Mövzu CƏMİYYƏTİN İNKİŞafinda elmin rolu. Elmi FƏALİYYƏTİn metodologiyasi haqqinda anlayiş Elm anlayışı


OPTİMALLAŞDIRMA PARAMETRLƏRİNİN TƏSNİFATI VƏ ONLARA QOYULAN TƏLƏBLƏR



Yüklə 277,58 Kb.
səhifə50/51
tarix01.01.2022
ölçüsü277,58 Kb.
#106951
1   ...   43   44   45   46   47   48   49   50   51
Elmi tədqiqatın əsasları - Rauf

OPTİMALLAŞDIRMA PARAMETRLƏRİNİN TƏSNİFATI
VƏ ONLARA QOYULAN TƏLƏBLƏR

Eksperimental tədqiqata hazırlığın ən başlıca mərhələ­lərindən biri optimallaşdırma parametrlərinin seçilməsidir. Belə ki, tədqiqat işində məsələnin düzgün qoyuluşu bilava­sitə optimallaşdırma parametrlərinin seçilməsindən asılıdır.

Qeyd edək ki, optimallaşdırma parametrləri-optimal­laşdırma kriteriyaları, optimallaşdırma meyarları, məqsəd funksiyaları, çıxış parametrləri, reaksiya və otklik funksiya­ları kimi adlandırılır.

Optimallaşdırma parametri dedikdə eksperimental tədqiqatın məqsəd xarakteristikasının miqdarca qiymətlən­dirilməsi nəzərdə tutulur. Başqa sözlə optimallaşdırma pa­rametri-öyrənilən sistemin vəziyyətini təyin edən faktorlara göstərilən təsirin reaksiyası (otklik) kimi başa düşülür. Eks­perimental tədqiqatın və tədqiqat obyektinin məqsədindən asılı olaraq optimallaşdırma parametrləri müxtəlif olur. Hər bir real obyekt bir və bir neçə parametrlər toplusu ilə sə­ciyyələndirilə bilər.

Bir optimallaşdırma parametrindən iki halda istifadə edilir: birinci halda - tədqiqat obyektinin vəziyyətini ümu­miləşdirilmiş parametrlə tələb olunan səviyyədə tam qiy­mətləndirmək mümkün olduqda;

İkinci halda - tədqiqatın məqsədinin hər hansı bir fər­di göstərici ilə xarakterizə edilməsi mümkün olduqda.

Tədqiqat obyektini xarakterizə edən bütün parametr­ləri aşağıdakı kimi təsnifatlandırmaq olar: iqtisadi, texniki - iqtisadi, texnoloji, erqonomik, estetik, psixoloji və s.

İqtisadi optimallaşdırma parametrlərinə: mənfəət, ren­tabellik, maya dəyəri, gətirilmiş (çevrilmiş) xərclər, toplum xərclər (tam xidmət müddəti ərzində) aid edilir.

Texniki-iqtisadi optimallaşdırma parametrlərinə diferensial və inteqral keyfiyyət göstəriciləri aid edilir.

Texnoloji optimallaşdırma parametrləri kimi fiziki-kimyəvi, fiziki-mexaniki, texniki, dəqiqlik və s. xarakteristikalardan istifadə edilir. Müxtəlif sahələrdə digər kriteriyalardan da istifadə edilir.

Optimallaşdırma parametrləri seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır. Optimallaşdırma parametri müəy­yən fiziki mənaya malik olmalıdır, miqdarca qiymətləndirilə bilərək, rəqəmlə ifadə olunan, sadə və asan hesablana bilən olmalıdır. Faktorlar yığımının verilən qiymətinə optimallaş­dırma parametrinin bir qiyməti uyğun gəlməlidir. Yəni bir mənalılıq (bir qiymətlilik) təmin olunmalıdır. Eyni zamanda optimallaşdırma parametri universal olmalıdır.

Parametrin universallığı dedikdə, onun tədqiqat obyektini hərtərəfli səciyyələndirə bilməsi nəzərdə tutulur. Qeyd edək ki, bir-neçə iqtisadi və texniki - iqtisadi optimal­laşdırma parametrləri universallığa malikdir.

Optimallaşdırma parametri normal qanun üzrə pay­lanmaya malik olmalıdır. Əgər tədqiqat obyektini bir neçə parametrlə xarakterizə etmək tələb olunarsa, korrelyasiya analizinin köməyi ilə onların sayını azaltmaq olur. Bütün çıxış parametrlərinin mümkün olan cütlükləri arasındakı sıxlıq əlaqəsi, cütlük korrelyasiya əmsalı vasitəsilə təyin edi­lir. Nəzərə alınmalıdır ki, cütlük korrelyasiya əmsalı rabitə (əlaqə) sıxlığı ölçüsü kimi o zaman riyazi məna kəsb edir ki, parametrlər arasında xətti asılılıq olsun və onlar normal paylanmaya malik olsunlar.

Bir çox hallarda universal parametrlər kimi bir neçə fərdi parametrlərin funksiyası olan parametrlərdən istifadə edilir və onlar ümumiləşdirici optimallaşdırma parametrləri adlanır.

Əgər bır neçə optimallaşdırma parametrləri arasında əlaqə aşkar edilməzsə, onları məqsəd (üstünlük) funksiyası­nın köməyi ilə bir ümumiləşdirici parametrdə birləşdirmək olar.

Əgər optimallaşdırma parametrinin miqdarca qiymət­ləndirilməsində çətinlik yaranarsa, ranq üsulundan (varian­tından) da istifadə etmək olar. Tədqiqatın gedişində tədqi­qat obyekti haqqında aprior təsəvvür dəyişə bilər, bu da öz növbəsində optimallaşdırma parametrinin seçilməsində ar­dıcıl yanaşmağa sövq edir.

Tədqiqat obyektini xarakterizə edən parametrlərdən yalnız biri ümumiləşdirilmiş optimallaşdırma parametri ki­mi istifadə edilə bilər. Qalanlarına isə məhdud halda baxılır.

Optimallaşdırma kriteriyasının effektivliyi və univer­sallığı, onun məqsəd və funksiyasını kifayət qədər yaxşı əks etdirməsini, tədqiqat obyektinin keyfiyyətini hərtərəfli xa­rakterizə etməsini göstərir və ən yaxşı həll (qərar) axtarışına şərait yaradır. Optimallaşdırma kriteriyasının seçilməsinin vacibliyini nəzərə alaraq nümunə kimi bir neçə misal gös­tərmək olar.




Yüklə 277,58 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin