Mövzu İstehsal xərcələrinin, məhsul və xidmətlərin maya dəyərinin idarə edilməsi



Yüklə 334 Kb.
səhifə11/15
tarix04.06.2022
ölçüsü334 Kb.
#116617
1   ...   7   8   9   10   11   12   13   14   15
UNEC 1654331720

Məhsulun maya dəyərinin idarə edilməsinin mühüm istiqa­mətlərindən biri xərclərin fakitiki həcminin və səviyyəsinin nor­ma­tiv və ya plan göstəriciləri ilə müqayisə edilməsidir. Bu müqa­yisə həm bütövlükdə məhsulun maya dəyəri üzrə, həm də onun ayrı-ayrı xərc maddələri üzrə aparılır, normativ və ya plan göstərici­lə­rin­dən kənarlaşmalar müəyyənləşdirilir və onların yaranma səbəbləri hər tərəfli və sistemli şəkildə təhlil edilir. Təhlilin başlıca məqsədi kə­nar­laşmanın yaranmasına səbəb olan bütün amillərin aşkar edil­mə­si və onla­rın dəqiq və obyektiv qiymətləndirilməsi, buna görə müva­fiq şəxslərin məsuliy­yətinin müəyyən olunmasıdır. Kənarlaşmaların vaxtında təhlil və aşkar edilməsi neqativ meyllərin aradan qaldırıl­ma­sı və oların təkrar olunmaması üçün zəruri idarəetmə qərarlarının qəbul edilməsinə imkan yaradır.
Müəssisədə xərclərin idarə edilməsi prosesində məhsul istehsa­lının zərərsizlik nöqtəsi­nin müəy­yən olunması xüsusi rol oynayır və mühüm əhəmiyyətə malikdir. Məhsul istehsalının zərərsizlik nöqtə­si­nin müəyyən edilməsinin məqsədi məhsul istehsalının həcmi ilə maliyyə nəticələri arasındakı əlaqənin, asılılığın müəyyən olunma­sı­dır. İqtisadiyyatda geniş yayılmış zərərsizlik nöqtəsi və ya məhsul isteh­s­alının kritik həcmi (həddi) adlanan bu metod ilk dəfə 1930-cu ildə mühəndis Uolter Raumenş­traux tərəfindən təklif edilmiş və o (metod) istehsal xərclərinin dəyişən və sabit xərclərə bölünməsinə əsaslanır.
Belə ki, dəyişən xərclərdən fərqli olaraq, məhsul istehsalın həcmi art­d­ıq­ca məhsul vahidinə düşən xərclərin həcmi – onun həcminin is­teh­sa­lın həc­min­dən asılı olmaması səbəbindən – azalır və bunun nə­ticəsində «miqyas effekti» adalan səmərə əldə edilir, başqa sözlə, məhsul vahi­di­nə düşən xərclərin həcmi aza­lır. Buna görə də məhz məh­­sul vahidinə sərf edilən dəyişən xərclərin səviyyəsi stabil qaldığı, hət­ta məhsul istehsalının artımı dəyişən xərclərin artım tempini qa­baq­ladığı hallarda sabit xərclər məhsulun tam maya dəyərinin aşağı salınmasının başlıca istiqaməti və amillərindən biri kimi çıxış edir. Şərti-sabit, dəyişən və məcmu xərclər arasındakı qarışılıqlı asılılıq aşağıdakı şəkildə verilmişdir (şəkil 2).
Məhsulun tam maya dəyəri ilə onun tərkib elementi olan şərti-dəyişən və şərti-sabit xərclər arasın­da­kı qarışılıqlı əlaqəni aşağıdakı düs­tur formasında ifadə etmək olar:

Burada, Zi – i növ məhsul vahi­di­nin tam maya dəyəri; Ci – i növ məhsul vahidinə düşən şərti-dəyişən xərclərin məbləği; Fi – i növ məhsul istehsalına sərf olunan şərti-sabit xərc­lərin ümu­mi məbləği; Qi – i növ məhsul istehsalının həcmi; i – müəssisədə istehsal edilən məhsul növləridir, .


Şəkil 2. Şərti-sabit, şərti-dəyişən xərclərin və onların ümumi məbləğinin qarışılıqlı əlaəqəsi

Məhsulun istehsalı və satışının operativ idarə edilməsinə dair qə­­rar­ların qəbulu olunmasının, istehsal xərcləri norma və norma­tiv­lə­rinə əməl edilməsinin və mənfəətinin həcminin artırılmasının əsas amillərindən olan istehsal xərcləri­nin həcm və səviyyəsinin azal­dıl­masını təmin etmək məqsədi ilə mütəmadi olaraq istehsal xərclə­ri­nin fak­tiki səviyyəsini xərclər smetası, həmçinin məhsul vahidinin fak­tiki maya dəyərini onun plan maya dəyəri ilə müqayisə etmək lazımdır.




Şəkil 3. Məhsul vahidinin tam maya dəyəri ilə istehsalın ümumi həcmi arasında qarışılıqlı əlaqə

Yuxarıda qeyd edildiyi kimi, zərər­siz­lik nöqtəsinin müəyyən edil­məsi və zərərsizliyin təhlili xərc­lərin idarə edilməsində mühüm rol oynayır. Zərərsilik nöqtəsi müəssisənin öz məh­su­lunun qiyməti ilə manevr etmək imkanını göstərir. Zərərsizlik nöqtəsi məhsul is­teh­­sa­lının elə bir kritik həcminə uyğun gələn həddidir ki, bu zaman sa­tışdan ələdə edilən gəlirlərin məbləği onun tam maya dəyərinə bə­rabər olmasını ifadə edir. Başqa sözlə, zərərsizik nöq­təsində məh­sul vahidinin qiyməti onun istehsalı və satışına çəkilən xərc­lərin ümu­mi məbləğinə bərabər olur. İstehsalının kri­tik həc­mindən artıq məh­sul istehsalı isə müəssisəyə mənfəətlə, həmin həcm­dən aşağı məh­sul istehsalı isə müəssiyə ziyanla başa gəlir. Xərclərin idarə edil­məsi prosesində zərərsizliyin təhlilinin əsas vəzifəsi aşağıdakılardır:


– zərərsizlik nöqtəsinin, yəni məhsul satışından əldə edilən gə­lir­­lərin onun istehsalı və satışına çəkilən xərclərə (tam maya də­yə­rinə), mənfətin isə sıfıra bərabər olduğu nöqtənin müəyyən edil­mə­si;
– planda nəzərdə tutulan mənfəətin əldə edilməsini təmin edən məhsul istehsalının həcminin aşkarlanması;
– planda nəzərdə tutulan mənfəəti və tələbi təmin edən qiymətin müəyyən edilməsi;
– ən səmərəli texnoloji istehsal üsulunun seçilməsi;
– optimal istehsal planının tərtibi.
Məhsulun qiyməti məhsul vahidinə çəkilən xərclərə görə müəy­yən edildiyindən zərərsizlik nöqtəsi (həddi), yəni məhsul istehsalının kritik həcmi (Qki) aşağıdakı düsturla hesablanılır:

Burada Pi – i növ məhsul vahidinin satış qiymətidir.
Yuxarıda qeyd edildiyi kimi, mənfəət əldə etmək üçün məhsu­lun kritik həc­mindən (həddindən) artıq həcmdə məhsul istehsal edil­­məlidir. Planda nəzərdə tutlan mənfəətin əldə edilməsi üçün məh­sul istehalının zəruri həcmini (Qzi) aşağıdakı düsturla hesab­lamaq olar:

Burada Mi – i növ məhsullar üçün planlaşdırılan mənfəətdir.
Göründüyü kimi, zərərsizliyin təhlili bazar münasibətləri şəraitin­də planda nəzərdə tutulan mənfəətin əldə edilməsi üçün zəruri tələbin həcminin müəy­yən edilməsi metodlarından biridir.
Mənfəətli və ziyanlı zonaların, həmçinin xərclərin ümumi məb­lə­ği ilə məhsul istehsalının həcmi və zərəsizlik nöqtəsinin müəyyən edil­məsi aşağıdakı şəkildə (şəkil 4) verilmişdir.

Şəkil 4. Xərclərin və gəlirlərin istehsalın həcmi ilə əlaqələri

Beləliklə, zərərsizlik nöqtəsi (həddi) həm mənfəətin zəruri səviy­yə­sinin, həm də optimal istehsal plananın tərtib edilməsinə şərait ya­radır.


Sual 4.
Məhsulun maya dəyərinin göstəriciləri
Firmada məhsulun maya dəyərinin təhlili və planlaşdırılmasında isteh­sal xərclərinin smetası (xərc elementləri üzrə maya dəyəri), bü­tün nomenklatura üzrə məhsul vahidinin maya dəyərinin kalkul­ya­si­ya­sı, əmtəəlik məhsulun maya dəyəri, əmətəlik məhsulun maya dəyə­rinin və 1 manatlıq əmtəəlik məhsula düşən xərclərin aşağı salın­­ması üzrə tapşırıqlar kimi göstəricilərdən istifadə ediir.
Yuxarıda qeyd ediliyi kimi, xərclər smetası firmanın istehsal pla­nının yerinə yetirilməsinə çəkiləcək bütün xərclərin ümumi həcmini xarakterizə edir. Xərclər smetası xərc elementləri üzrə tərtib edilir və əmtəəlik məhsulun maya dəyərini müəyyən etməyə imkan versədə, onun vasitəsi ilə xərclərin sərfolunma istiqaməti haqqında məlumat­lar ədə etmək mümkün deyildir.
Xərclərin istiqaməti maya dəyərinin kalkulyasiyası vasitəsi ilə aş­kar edi­­lir. Məhsul vahidinin maya dəyərinin kalkulyasiyası dedikdə – artıq qeyd olunduğu kimi – firmanın konkret məhsul vahidinin isteh­salı və sa­tı­şı­­na sərf etdiy məsrəflərin xərc maddələri üzrə hesab­lan­ma­sı başa düşülür.
Məhsulun maya dəyərinin xərc maddələri üzrə təhlili xərclərin məq­­sədli təyinatı ilə texnoloji proses arasındakı əlaqəni, yəni ayrı-ayrı xərclərin texnoloji prosesin hansı əməliyyatları ilə əlaqədar ya­ran­dı­ğını əks etdirir. Məhsulun istehsalına çəkilən xərclərin tex­no­loji əməliyyatların yerinə yetirilməsinə sərf edildiyindən asılı olaraq qrup­laşdırılması istehsal edilən hər bir məhsul növünün maya dəyə­rini və xərclərin yaranma yerini, səbəblərini müəyyən etməyə im­kan verir. Xərc maddələri xərclərin yaranma yerinin müəy­yənləş­dir­məyə imkan verdiyindən və onların həcmi hər bir məhsul növü üzrə hesab­landığından o, məhsulun maya dəyərinin aşağı salınması üzrə kon­kret və ünvanlı tədbirlər planının hazırlanmasında mühüm yer tutur.

Yüklə 334 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin