Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi



Yüklə 315 Kb.
səhifə19/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   11   12   13   14   15   16   17   18   19
UNEC 1654327859

Nh.m = R  D
Burada, R – istehsal maya dəyəri ilə əmtəəlik məhsulun bir gün­lük buraxılışı; D – hazır məhsuldan günlük ehtiyat norması.
Anbarda hazır məhsul ehtiyatı üzrə müəyyən edilmiş norma məh­sulun zəruri olan həcmdə dəstləşdirilməsi və yığılmasına, məh­su­lun qab­laşdırılmasına, markalanmasına və yüklənib yola sa­lın­ma­sı­na qə­dər anbarda saxlanmasına, yola salınma stansi­ya­sı­na çat­dırıl­ma­sı və bo­şaldılmasına çəkilən müddətlə müəyyən olu­nur.
Dövriyyə vəsaitlərinin xüsusi normativləri hesablanıb topla­nı­la­raq normalaşdırılan dövriyyə vəsaitlərinin məcmu normativi ta­pılır.
Müəssisədə pul vəsaitlərinin saxlanması sövdələşmə, xəbər­dar­­­­lıq, möhtəkirlik motivləri ilə əlaqədardır. Sövdələşmə motivi müəs­­sisənin fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərin yerinə ye­­­ti­­rilməsi üçün nağd pula olan tələbatından irəli gəlir. Belə ki, müəs­­­­sisə müxtəlif təyinatlı məhsulların alınması, əmək haqqının, ver­­­gi və dividendlərin ödənməsi və s. üçün müəyyən məbləğdə pul vəsaitlərinə malik olma­lıdır.
Xəbərdarlıq motivi gözlənilməz hallarda yaranan öhdəlikləri ye­ri­nə yetirmək məqsədilə pul vəsaitlərinin saxlanması ilə əla­qə­dar­ır. Müəssisəyə nağd pul vəsaitlərinin axını qabaqcadan nə qədər dəqiq qiymətləndirilərsə və ya gözlənilməz nağd pul məs­rəflərini hə­yata ke­­çirmək üçün kreditin əldə olunması imkanları nə qədər yük­sək­dir­sə, pul ehtiyatına olan tələbat bir o qədər aza­lır. Qeyd etmək lazımdır ki, müəs­sisənin pul vəsaitlərinin ha­mı­sını öz təyinatına görə nağd şə­kil­də saxlamaq məqsədəuyğun deyil, onun müəyyən hissəsini təq­ri­bən pula bərabər aktivlərdə – qiy­mətli kağızlarda saxlamaq olar.
Möhtəkirlik motivi – qiymətli kağızların qiymətinin gözlənilən dəyişməsi nəticəsində əlavə gəlirin əldə edilməsi məqsədilə nağd pul vəsaitlərinin saxlanması ilə əlaqədardır. Əgər faiz dərəcə­lə­ri­nin yük­səlməsi və qiymətli kağızların qiymətinin aşağı düşməsi göz­lənilirsə, onda pulu nağd formada o vaxta qədər saxlamaq la­zımdır ki, faiz də­rəcəsinin artımı dayansın. Faiz dərəcəsinin aşağı düşməsi gözləni­lər­sə, onda nağd vəsaitlər qiymətli kağızlara in­vestisiya oluna bilər. Bu halda faiz dərəcəsinin aşağı düş­mə­sin­dən və qiymətli kağızların qiy­mətinin artmasından müəssisə əlavə gə­lir qa­za­na bilir.
Firmanın pul vəsaitlərinin idarə olunması nağd pulların alın­ması və sərbəst pul vəsaitlərindən faizlərə görə əldə olunan gə­lir­lərin mak­si­mumlaşdırılması ilə əlaqədardır; o, de­bi­tor borclarının əmələ gəl­mə­sindən başlayır və pu­lun əldə olunması ilə başa çatır. Bu iki mə­qa­mın arasındakı fəaliy­yət nağd vəsaitlərin idarə olun­ma­sı sferasına aid­dir. Firmanın reallaşdırdığı məhsulların alı­cı­­la­rının ona olan öh­də­liklərinin yerinə yetirməsinə yönəldilmiş səy­­ləri debitor öh­də­lik­lə­rinin idarəedilməsinə daxildir, öz öhdə­lik­lə­rini ödəməyə dair qə­ra­rı isə onun (müəssisənin) kreditor öh­də­lik­lərinin və toplanmış ödə­nişlərinin idarə olunması ilə əla­qə­dar­­dır.
Müəssisə pul vəsaitlərinin qəbul edilməsi və ödənilməsinin müx­təlif metodları vasitəsilə onların idarə edilməsinin səmə­rəli­li­yi­ni ar­tı­ra bilər. Bu zaman əsas məqsəd ondan ibarətdir ki, de­bi­tor borclar – nə qədər mümkündürsə – tez bir zamanda pul vəsai­ti­nə çevrilsin, kreditor borcları isə gec ödənilsin.
Hər bir müəssisə özünün pul qalığının həddini müəyyən et­mə­li­dir. Çün­ki əlavə nağd pulun saxlanması qiymətli kağızlara in­ves­ti­si­ya edilmiş pul vəsaitlərinə düşən faizlərdən əldə edilə bilən gəlirlərin iti­ril­məsi ilə nəticələnir.
Müəssisənin kredit siyasətinə məhsulun reallaşdırılması ciddi şə­kil­də təsir göstərir. Kredit müəssisənin istehsal etdiyi məhsula olan tə­­­ləbin dəyişməsinə səbəb olan çoxsaylı amillərdən biridir. Nə­­zəri cə­­­hətdən müəssisə kreditqabiliyyətlilik normativini o vax­ta qədər aşa­ğı salmalıdır ki, nəticədə, əldə edilmiş mənfəət debitor öhdəlikləri ilə əlaqədar əlavə xərclərdən çox olsun. De­bitor borc­ları ilə əlaqədar xərc­lər satışın həcminin və pulun daxil olması dövrünün artması sə­bə­bilə arta bilər.
Bazar münasibətləri şəraitində inflyasiyanın səviyyəsinin və val­yuta kurslarının dəyişməsi iqtisadiyyat üçün mümkün olan hal­lar­dır. Bu baxımdan müəssisə yüksək inflyasiya şəraitində de­bi­tor borc­larını minimuma endirməyə, kreditor borclarını isə nisbətən artırmağa çalışmalıdır.
Beləliklə, müəssisədə tədavül fondlarından səmərəli istifadə olun­­masına məhsulun satışının səmərəli təşkili, hesablaşmaların səmərəli formalarının tətbiqi, sənədləşmənin vaxtında həyata ke­çi­rilməsi, mü­qavilə və ödəmə intizamına əməl olunması və s. bu kimi amillər həll­edici təsir göstərir.
Tədavül fondlarının düzgün idarə olunması, başqa sözlə, on­lar­dan istifadənin yaxşılaşdırılması, nəticə etibarilə, dövriyyə və­sait­lərinin sə­mərəlilik səviyyəsini yüksəldir, müəssisənin iqtisadi in­kişafına müs­bət planda ciddi şəkildə təkan verir.




Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin