Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi



Yüklə 315 Kb.
səhifə2/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   2   3   4   5   6   7   8   9   ...   19
UNEC 1654327859

1. İstehsal ehtiyatları – bu, istehsalçı müəssisə tərəfindən alın­mış, özünün əm­lakı kimi istehsal prosesi üçün hazırlanmış və onun (istehsalın) fasiləsizliyini tə­min etmək məqsədilə həmin prosesə daxil olmağı gözləyən xammal, material, yanacaq və s.-dən ibarətdir.
2. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar – bu, artıq texnoloji prosesə buraxılmış və emalın müəyyən mər­hə­lə­sin­də olan material, istehsalı hələ başa çatdırılmamış his­sə, bağ­lama və məmulatlar və habelə özünün istehsalı olan yarımfab­ri­katlardır.
3. Gələcək dövrün xərcləri – bu, dövriyyə fondlarının qeyri-mad­di ün­sürləri kimi, cari dövrdə çə­kil­sə­­lər də gələcəkdə istehsal olunacaq məhsulun maya dəyərinə daxil edil­məklə geri qaytarılır. Məsələn, yeni məhsulun layihələndirilməsi və nü­munə­si­nin yaradılması, onun istehsalı üçün yeni texnologiyanın işlən­mə­si və tətbiqi və s. ilə əlaqədar xərclərdir ki, cari dövrdə çə­kil­sə­­lər də gələcəkdə istehsal olunacaq məhsulun maya dəyərinə daxil edil­məklə geri qaytarılır.
İstehsal prosesində əmək predmetləri natural – əşya for­ma­sında is­teh­lak olun­du­qlarına görə hər bir məhsul növü­nün fasiləsiz tək­rar istehsalı üçün on­­­lardan isteh­sa­latda hər an və müəyyən miq­darda is­tifadə edilməsi imkanı təmin olunmalıdır. Bu­na o halda nail olmaq mümkündür ki,
a) ya xammal və materiallar müəs­si­sə­yə isteh­lak üçün hazır vəziyyətdə və gündəlik təlabat həcmində (istehsala dəqiq buraxılma sin­xron­lu­ğu ilə) göndərilsin,
b) ya da müəssisədə xammal və ma­teriallardan lazımi miqdarda ehtiyat yaradılmış ol­sun.
Bu şərtlərdən birincisi nəzəri baxımdan mümkündür, lakin praktik olaraq bütün hallarda ya yerinə yetirilə bilməz və ya da iq­tisadi cəhət­dən məqsədəuyğun deyil. Buna səbəb bir çox əmək predmetlərinin müəyyən istehsal tsikli ərzində istehlak olunması və bu istehsal tsikl­ləri isə həmin əmək pred­met­lə­rin­dən hər birinin istehsala bura­xılması ilə eyni vax­ta düşməməsidir. Bundan əlavə, nəqliy­yat vasitələrindən is­tifadə səmərəliliyi tələb edir ki, məsələn, məh­­­sul dəmiryolu ilə gön­dərilərkən onun çəkisi vaqonun yük­gö­tür­mə qabiliyyə­tin­dən (40-60 ton) az olmasın. Bununla əla­qə­dar ola­­raq istehsalçının ünvanına məh­­­sul onun günlük tələbatına görə deyil, vaqonun tam yük qaldırma qabliyyətinə uyğun miqdarda və həm də vaxtaşırı göndərilir.
Beləliklə, ictimai əmək bölgüsü nəticəsində bir müəssisənin is­teh­sal etdiyi məh­sulun di­gər müəssisə üçün istehsal vasitəsinə çev­­ril­diyi şəraitdə istehsalın vaxtı, məka­nı və həcmi istehlakın uy­­­ğun göstə­ri­cilərindən fərqlənir. Belə bir vəziyyətdə istehsal pro­­­sesinin fasilə­siz­li­yi yalnız dövriyyə fondlarının müəyyən his­­səsinin onların hərəkətinin müxtəlif mərhələlərində yığımı ilə tə­min edilə bilər.
İstehsal-texniki təyinatlı əmək məhsullarının istehlakçı müəs­si­sə­lərdə bu cür yığımı istehsal vasitələrindən ehtiyatlar və ya is­teh­sal ehtiyatları adlanır.
Ehtiyatların həcmi həm mütləq, həm dəyər və həm də nisbi öl­çülərlə hesablanıla bilər. Ehtiyatın mütləq ölçüsü natural şəkildə ton, sen­t­ner, metr, ədəd­lə, başqa sözlə, materialın ölçülə biləcəyi fiziki va­­hidlərlə müəyyən edi­lir. İstehsal ehtiyatları həcminin müt­ləq öl­çülərdə öyrənilməsinin əhəmiy­yə­ti ondadır ki, bunun vasi­təsilə an­bar təsərrüfatının səmərəli təşkilinə, xüsu­silə maddi-tex­niki təc­hi­za­tın planlaşdırılmasının həyata keçirilməsinə, başqa sözlə, materiala təla­batın hesablanmasına nail ol­maq müm­kün olur.
İstehsal ehtiyatlarının həcmi dəyər ölçüsü ilə də qiy­mət­ləndirilir. Eh­tiyatın mütləq həcminin, onu təşkil edən material va­hi­dinin qiy­mətinə vu­rulması yolu ilə ehtiyatın dəyər ölçüsündə miq­darı tapılır. Ehtiyatın həc­minin qiy­mət ölçüsündə tapıl­ma­sı, is­­teh­salın dəyər gös­təricilərinin plan­laş­dı­rıl­­masında, maliy­yə pla­nı­­nın tər­tibində, isteh­salın rentabelliyinin hesablanmasında və s.-də bö­yük əhəmiyyət kəsb edir.
İstehsal ehtiyatları həm də nisbi ölçülərlə müəyyən olunur. Bu hal­da ehtiyatın kütləsi (çəkisi) və dəyəri heç bir rol oynamır. Mə­sə­lən, çəkisi 80 ton olan poladdan günlük məsrəf norması 4 ton, çəkisi 80 kq olan sürtgü yağından günlük məsrəf norması 2 kq olarsa, müəs­sisə kənardan polad almadan 20 gün, sürtgü yağı almadan isə 40 gün istehsalını fasiləsiz davam etdirə bilər.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin