Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi


Dövriyyə fondları istehsal prosesində istehlak olunmaqla ha­zır



Yüklə 315 Kb.
səhifə4/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   2   3   4   5   6   7   8   9   ...   19
UNEC 1654327859

Dövriyyə fondları istehsal prosesində istehlak olunmaqla ha­zır məh­sula, sonuncu isə realizə edilərək müəssisənin pul vəsaitinə çev­ri­lir. Məhsul satışından əldə olunan pul və­saiti müəssisənin əv­vəl­ki mərhələdə dövriyyə fond­larına sərf etdiyi pul vəsaitindən mən­fəətin kütləsi qədər çox olur. Bu pro­sesin ahəngdar getməsi üçün yeni tədavül və istehsal mərhələlərinin ar­dıcıllıqla birindən-di­gə­ri­nə «ke­çidi» tədavül fondları vasitəsilə müm­kün olur.
Tə­da­vül fond­ları tədavül sfe­rasına xidmət etməklə müəssisənin an­ba­rın­dakı ha­zır məh­suldan, yola salın­mış, lakin haqqı ödənil­mə­miş əmtəə­lərin də­yərindən, hesab­laş­malardakı və bank­la­rın cari he­sablarında olan pul vəsaitlərindən və debitor borcla­rından ibarət olur.
Tədavül və istehsal dövriyyə fondlarının cəmi dövriyyə və­sait­ləri adla­nır.
Dövriyyə vəsaitləri müəssisənin öz pul vəsaitinin fasiləsiz döv­ranını tə­min etmək məq­sədilə dövriyyə və tədavül fondlarının ya­ranmasına avans edil­miş pul vəsaitinin məcmusudur.
Dövriyyə vəsaitlərinin dövriyyə və tədavül fondları kimi qruplaş­dı­rılmasının həm elmi – nəzəri və həm də sərf praktiki əhəmiyyəti vardır. Beləki, əgər dövriyyə vəsaitlərinin dövriyyə fondları hissəsi bilavasitə istehsalla, – məhsul istehsalı ilə – bağlıdırsa, tədavül fond­ları ünsürü isə istehsal olunmuş məhsulun istehlakçıya çatdırılması ilə bağlı xərclərdir. Tədavül fondları, obrazlı deyilərsə, «bazarlıq» xərc­ləridir, məhsulun realizə edilməsi ilə əlaqədar olan firmanın kommersiya fəaliyyətinə çəkilən xərclərdir.
Dövriyyə vəsaitlərinin tərkibi və təsnifatı şəkil 1-də veril­miş­dir.
Qeyd etmək lazımdır ki, dövriyyə vəsaitləri normalaşdırılan və nor­malaşdırılmayan (normalaşdırılması mümkün olmayan) qrup­la­ra bölünür. Normalaşdırılan dövriyyə vəsaitlərinə dövriyyə fond­ları və tədavül fondlarının tərkib hissəsi olan anbardakı hazır məhsul da­xil­dir. Tədavül fondlarının qalan ünsürlərini normalaşdırmaq imkan xa­ri­cində olur.




Şəkil 1. Dövriyyə vəsaitlərinin
tərkibi və təsnifatı.

Dövriyyə istehsal fondları və tədavül fondlarının dövriyyə və­sait­lə­rinin formalaşmasındakı «çəkiləri» çox fərqlidir. Belə ki, uzun döv­rün müşahi­də­ləri göstərmişdir ki, bilavasitə istehsala xid­mət gös­tərən dövriyyə fondları ilə tədavül fondlarının nisbəti istehsal firmaları və sə­na­ye müəssisələrində birincinin xeyrinə beşin birə (5:1) nisbəti ki­mi­dir. Bu baxımdan, təbiidir ki, dövriyyə vəsaitlərinə qənaətin əsas hissəsi də məhz dövriyyə fondlarının payına düşür. Dövriyyə fond­la­rına qənaətə, tə­da­vül fondları ilə müqayisədə təminat verən bir ob­yektiv amil də mövcud­dur. İş burasındadır ki, dövriyyə fond­ları sə­fərbər olunma səviyyəsinə görə təda­vül fondlarından ciddi surətdə fərqlənir. Belə ki, əgər dövriyyə fond­la­rının tərki­bi­nə daxil olan bü­tün ünsürlərin normalaşdırılması müm­kün­dür­sə, tə­­­da­vül fondların­dan, artıq qeyd edildiyi kimi, yalnız bir ünsürün – anbarda olan hazır məh­­­­­sulun nor­ma­laşdırılması və deməli, idarə olunması imkan da­xi­lindədir. İdarə edil­mə­si mümkün olmayan və ya çətin olan hər hansı bir prosesin və ya tədbirin səmərəsi də onun potensial im­ka­nın­dan xey­li aşağı olur. Lakin bazar iqtisadi sisteminə keçil­dikdən sonra inzibati-amirlik dövrü ilə müqayisədə normalaş­dı­rı­lan və nor­malaş­dırılması çətin olan dövriyyə vəsaitləri arasındakı fərq ciddi surətdə azalacaq və onların səfərbər olunma dərəcələri bir-birinə xeyli yaxın­la­şa­caq­­dır. Dövriyyə fondlarının səfərbər olun­­­ma dərəcəsinin yük­sək olması onların normalaşdırılması işi­nin mümkünlüyü ilə izah edilir.


Dövriyyə vəsaitlərinin dövretmə sferaları bir-birilə üzvü surət­də bağlı, birinin digəri üçün şərt olduğu 3 mərhələdən iba­rətdir (bax: şəkil 2).
Döv­riyyə fond­larının mühüm hissəsi olan istehsal ehtiyat­la­rı­nın hər bir nö­vü­nün nor­mativə müvafiq səviyyədə yaradılması və idarə edilməsi, hələ on­ların qə­naətlə istifadə olunması demək de­yildir. Normativə uyğun istehsal eh­ti­yat­larının yaradılması onun tər­ki­binə daxil olan maddi ünsürlərdən səmə­rəli istifadə üçün yalnız il­­kin şərt ola bilər. Maddi resurslardan səmə­rəli, qənaətlə istifadə isə, əsasən, onların istehlakı prosesində baş verir.
Ma­terial resurslarından istifadə zamanı qənaət işini təmin etmək üçün on­lar­dan məsrəf normalarının düzgün hesablanması çox ciddi və önəmli məsələdir.



Burada, P – dövriyyənin əvvəlində pul vəsaitləri; P' – dövriyyənin sonunda pul vəsaitləri; İE – istehsal ehtiyatları; İP – istehsal prosesi; HM – hazır məhsul.


Şəkil 2. Müəssisənin dövriyyə vəsaitlərinin dövr etməsi

Material resursları sərfinin düzgün normalaşdırılması isteh­salın texniki səviyyəsinin yüksəldilməsi, istehsaldaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi, materiallardan istifadəyə qənaət re­ji­minin gözlənilməsi kimi işlərin lazımi keyfiyyətdə icra olun­ma­sı­na bilavasitə köməklik göstərir. Nor­ma­laşdırmanın bir mühüm əhəmiy­yə­ti də müəssisələrin konkret ma­teriala tələbatının düzgün müəyyən­ləşdirilməsində onun həlledici rol oynamasıdır.


İstehsal sferasında olan dövriyyə vəsaitlərinin kəmiyyəti, əsa­sən, məh­su­lun hazırlanması üçün müəyyən edilmiş vaxtın – is­teh­sal tsik­li­nin uzun­lu­ğundan, istehsal tex­nologiyasının mütərəq­qi­li­yin­dən, tə­da­vül sfera­sında olan dövriyyə vəsaiti­nin məbləği isə məh­­sulun reali­zə edilməsi şərtlərindən və təşkili səviy­­yə­sin­dən ası­lıdır.


Sual 2.
Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri
Firma və müəssisələrin qarşısında duran mühüm iqtisadi vəzifə­lərdən bi­­­ri də döv­riyyə vəsaitlərindən istifadənin yaxşılaşdırılması­dır. Bu­­nun üçün isə, ilk növbədə, onlardan istifadə səviyyəsini qiy­mət­lən­­dir­mək lazımdır; qənaətin və ya israfçılığın həddi dəqiq­ləş­di­ril­­mə­li­dir. Dövriyyə vəsaitlərindən istifadə səviyyəsini öyrən­mək üçün iq­­ti­sadi texniki-iqtisadi göstəricilər sistemindən is­ti­­fadə olunur.
Material resurslarından və habelə dövriyyə vəsaitlərinin digər ün­sür­­lə­rindən səmərəli istifadə edilməsi, nəticədə, ümumiləşdirici bir gös­­tərici olan döviryyə vəsaitlərinin dövr sürətini artırır. Bu onun­­­­la nəticələnir ki, döv­riyyə vəsaitləri özlərinin dövranları za­manı pul for­masından istehsal ehti­yat­larına və bunların istifa­də­si­nin nəti­cəsi kimi əmək məhsuluna və sonun­cu­nun da realizə olun­ması yolu ilə yenidən pul formasına keçməsi müddəti azalır; tək­rar istehsalın fasi­ləsizliyi daxilində həmin mərhələlərin biri-birini əvəz etməsi sürətlənir, başqa sözlə, az vaxt intervalında onlar ardıcıl olaraq biri-birlərini əvəzlə­yir­lər.
Dövriyyə fondlarından istifadənin yaxşılaşdırılması iqtisadi cə­­hətdən böyük səmərə verir. Məhsul vahidinin hazırlan­masına maddi-enerji ehtiyatları sərfinin azaldılması, eyni miqdarda istehsal ehtiyat­la­rından daha çox məhsul istehsal etməyə, onun ma­ya dəyərini və ma­terialtutumunu aşağı salmağa, müəs­sisənin ma­liy­­yə vəziyyətini yax­şılaşdırmağa və s. imkan verir.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin