Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi


Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı



Yüklə 315 Kb.
səhifə7/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   2   3   4   5   6   7   8   9   10   ...   19
UNEC 1654327859

Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı dövretmə əmsalının tərsi kimi hesablanır və o, 1 manatlıq realizə olunmuş məhsula sərf edilmiş (ona təhkim edilmiş) dövriyyə vəsaitlərinin həcmini səciy­yə­ləndirir. Bunun üçün aşaqıdakı düsturdan istifadə olu­nur:

Əy =

Dor

R

Burada, Əy – dövriyyə vəsaitlərinin yuklənmə əmsalıdır.
Nəhayət, dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzun­lu­ğu göstəricisi dövrdəki (il, rüb, ay) günlərin sayının dövr­et­mə əmsa­lına bö­lün­məsi yolu ilə hesablanılır. Bunun üçün aşağı­da­kı düs­turdan istifadə olu­nur:

Yk =

B

= B :

R

=

B × Dor

Ə

Dor

R

Burada, Yk – dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün he­sa­bı ilə uzunluğudur; B – dövrdəki günlərin sayıdır (il – 360 gün, rüb – 90 gün və ay – 30 gün).
Döv­riyyə vəsaitlərindən istifadə göstəriciləri bütövlükdə döv­riy­yə vəsaitləri üzrə, həm də onun ayrı-ayrı elementləri üzrə he­sab­­lana bilər.
Dövriyyə vəsaitlərinin dövriyyəsinin dəyişməsi plan və əvvəlki dövr­lə­rin göstəricilərinin təhlili əsasında müəyyən edilir.
Dövriyyə vəsaitlərinin dövriyyəsi artdıqda dövriyyədən vəsait­lərin bir qismi azad olu­nur, azaldıqda isə dövriyyəyə əlavə vəsait­lə­rin cəlb olunmasına ehtiyac yaranır.

Sual 3.
Firmada maddi resursların normalaşdırılması
Firmada maddi resursların əsas növlə­rini texniki şöbənin (baş tex­noloq şöbəsinin) tərki­bindəki xüsusi büro, yaxud qrup nor­malaşdırır. Təmir-istismar ehtiyacları üçün materialın nor­ma­laş­dırılması işi ilə baş mexanik şöbəsi (təmir təyinatlı material­lar) və baş energetik şö­bəsi (yanacaq, enerji və s.) məş­ğul olurlar. Alət, tərtibatlar, ştamplar və habelə müx­tə­lif təsərrüfat in­ven­tar­larının istehsalı ilə əla­qədar olan materialların norma­laş­dırılması işi müəssisə­nin müvafiq şöbə və sexləri tərəfindən yerinə ye­ti­rilir.
Məsrəf norması nədir? Norma – məhsul vahidinin istehsalına ma­terialdan maksimum yol verilə bilən, yaxud mini­mum məsrəf­dir.
Firma və müəssisənin təchizat orqanları həmin şö­bə­lərdən məs­rəf norma­larını alıb, onları əvvəlki illər qüv­vədə olan məsrəf normaları ilə müqayisə edir, sis­tem­ləş­dirir və bunun əsasında illik maddi-texniki təchizat pla­nını işləyib hazırlayır.
Materialdan məsrəf norması olmadıqda müəssisənin bu və ya di­gər materiala tələbatını müəyyən etmək qeyri-mümkündür. Ma­te­rial­dan məs­­rəf normasını il ərzində istehsal ediləcək məhsulun miq­darına vur­maqla materiala illik tələbatın həcmini tapırlar və bu­nun əsasında müəs­sisənin maddi-texniki təminat planını tərtib edirlər.
Maddi resurslardan məsrəf normaları mütərəqqi, texniki-iq­ti­sa­di cə­hətdən əsas­lan­dırılmış və materiallardan qənaət işində sə­fər­bər­edici mahiyyətə malik olmalıdır.
Mütərəqqi material məsrəfi normaları qabaqcıl təc­rü­bə­ni, elm və texnikanın son nailiyyətlərini özlərində tə­cəs­­süm etdirməli və materiala faktiki qənaət səviyyəsini ötüb keçməlidir.
Maddi resurslardan məsrəf normaları həm texniki cə­hət­dən əsas­landırılmış və həm də real normalar olmalıdır. Real, tex­ni­ki-iqtisadi cəhət­dən əsaslandırılmış normaların iş­lənib hazırlanması istehsalın tex­niki səviyyəsi və onun plan ilində yüksəldilməsi im­kanı, isteh­salın təşkili sə­viy­yəsi və plan ili üçün həyata keçirilməsi nəzərdə tutulan təşki­lati-texniki tədbirlər, işçilərin ixtisas sə­viy­yə­lə­rinin yüksəl­dil­məsi və s. bu kimi tədbirlər nəzərə alındı­ğı təq­dirdə mümkündür.
Material resurslarının normalaşdırılması işini la­zı­mi keyfiy­yət­də ye­rinə yetirmək və metodoloji cəhətdən səh­­və yol vermə­mək məq­sə­di­lə məsrəf normalarının düzgün təs­­nifləşdirilməsinin elmi-nəzəri və praktik əhəmiyyəti vardır.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin