Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi


Təşkilati-texniki tullantı və itkilər texnika və texnologiya ilə əla­­­qədar deyildir



Yüklə 315 Kb.
səhifə10/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
UNEC 1654327859

Təşkilati-texniki tullantı və itkilər texnika və texnologiya ilə əla­­­qədar deyildir. Onların yaranması və həcmi istehsalın mütə­şək­kil­lik səviyyəsindən, maddi-texniki təchizatın təşkili səviyyə­sin­dən bilavasitə asılıdır. Məsələn, əgər təchizat fəaliy­yətində yol ve­rilmiş nöqsanla əlaqədar olaraq müəssisəyə standar­ta uyğun ol­ma­yan xam­mal və material gətirilirsə, yaxud gətirilən material tam (qalıq­sız) bö­lünməyən va yaxud ölçüləri istehsal ediləcək his­sənin ölçü­lə­rin­dən xeyli fərqli pəstah gətirilərsə, nəticədə tullantı və itkiyə mütləq yol verilir. Bu hal sabiq SSRİ-nin iqtisadiyyatı üçün daha səciyyəvi idi. Sərt mərkəzləşdirmə şəraitində işləyən müəssisələr aldıqları ma­te­rialların istehsalçısından birbaşa deyil, vasitəçilərin – təchizatçı təş­kilatların vasitəçiliyi ilə alırdılar. Ba­zar iqtisadiyyatı şəraitində üfiqi təsərrüfat əlaqələri bu qəbildən olan nöqsanları minimuma endirə­cəkdir.
Material məsrəf normasının quruluş tərkibi sxematik olaraq aşağıdakı şəkildə (3) verilmişdir.


Şəkil 3. Material məsrəf normasının tərkibi

Qeyd etmək lazımdır ki, əgər itki və tullantıların səbəbi tex­no­loji rejimdə, texnoloji xəritədə yol verilmiş kənar­laşmalardırsa, ha­belə itkilər həmin istehsal üçün konkret itki və tullantı (mə­sələn, təbii itki, zay məhsulun həcmi) normativindən yuxarıdırsa, belə itki və tullantı­lar material məsrəfi normasına daxil edilə bil­məz­lər. Material məsrəfi yeni məhsulun mənimsənilməsi, avadan­lığın təmiri və sazlanması ilə əlaqədar olanda və bu tədbirlərin hə­yata keçirilməsində müəyyən it­ki­lərə yol veriləndə, bütün bunlar əsas istehsal üçün məsrəf nor­ma­sının tərkibinə daxil edilmir.


Materialdan istifadəni təhlil etmək və ehtiyatları aşkara çı­xa­rıb istifadəyə vermək üçün material məsrəfi normasının tərkibi aşağıdakı kimi ifadə olunur:
N = Qx + İtex + İtəş-tex
Burada, N – material məsrəfi norması; Qx hissəsinin xalis çəkisi, konstruksiya materialtutumu; İtex – texnoloji tullantılar; İtəş-tex – təşkilati-texniki tullantılardır.
Texnoloji və təşkilati-texniki səbəblər üzündən yol verilən tul­lan­­­tı və itkilərin düsturda məcmu halında deyil, ayrılıqda göstə­ril­mə­sində məqsəd işlənib ha­zır­lanan texniki – təşkilati tədbirləri konkret «ünvanlar» üzrə yönəlt­mək­dir. Normanın tərkibi üzrə təhlil za­manı hər növ itkilərin təf­silatı ilə öyrənilməsi, başqa sözlə, təhlilin də­rin­dən aparılması təş­kilati-tex­ni­ki tədbirlərin habelə nəzarətin təsir gücünü daha da artırır.
Maddi ehtiyatlardan istifadə səviyyəsinin təhlili müxtəlif gös­tə­ri­ci­lərlə, əm­sal­larla aparılır. Bu göstəricilərin hər birinin mahiy­yəti tex­noloji pro­sesin xarak­terindən irəli gəlir.
İstehsalatda materiallara qənaət aşağıdakı düsturlarla müəy­yən olunur:

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin