Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi



Yüklə 315 Kb.
səhifə12/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
UNEC 1654327859

Qeyd etmək lazımdır ki, eyni bir material ya məhsul ehtiyatı həm istehsal va­si­­ləri ehtiyatına, həm istehlak şeyləri eh­ti­ya­tı­na aid edilə bilər. Bu hər şeydən əvvəl onun iqtisadi təyinatı ilə, baş­qa sözlə, hansı sahədə istifadə olun­ması ilə müəyyən edilir. Məsələn, par­ça, şəxsi tə­lə­batı ödəmək üçün istifadə edilərsə, onda o istehlak şey­ləri ehtiyatına aid edilir. Əgər parça is­tehsal is­tehlakı üçün is­ti­fadə edilərsə, onda o, istehsal vasitələri ehtiyatı hesab olunur.
İstehsal vasitələrindən iki növ ehtiyat yaradılır: əmtəəlik və is­teh­sal.
Məcmu material ehtiyatı, ehtiyat şəklində olan vəsaitlərin döv­­ra­nı­nın bü­tün mərhələlərində, yəni hazır məhsul istehsalçı müəs­sisədə əm­təə forması qə­bul etdiyi andan (anbarlaşdırıldığı an­­dan) onun isteh­lakçıda istehsal istehlakına daxil olduğu ana qə­­dər olan mər­hə­lə­lərdə yaradılan əmtəə-material qiymətlərinin məc­mu­su­dur. İqtisadi ədəbiyyatda bu, əmtəəlik və ya satış ehtiyatları adlandırılır.
Müəssisənin fasiləsiz və ahəngdar işini təmin etmək məqsədilə cari, hazırlıq, sığorta və mövsümi adlanan istehsal ehtiyatları yara­dı­lır. Artıq əvvəllər qeyd olunduğu kimi, istehsal ehtiyatları müəssisə­də yaradılmış, lakin hələ texnoloji prosesə daxil olmamış xammal, ma­terial, yanacaq və s.-dən ibarət olan ehtiyatlardır. Onların aşağıda­kı növləri vardır:
Cari ehtiyat – istehsal ehtiyatının əsas hissəsi olmaqla iki məh­sul­gön­dərmə arasın­dakı vaxt intervalında firmanın normal işlə­məsi­ni tə­min etmək üçün yaradılır. O, gətirildiyi vaxt özünün maksimum, növ­bə­ti ma­terial partiyasının alınması ərəfəsində minimum həddində olur.
Hazırlıq ehtiyatı – firmada materialın qəbu­lu, istehsal is­teh­la­kına hazırlanması və bilavasitə onun istehlak olunacağı yerə gəti­ril­məsi ilə əla­qə­dar olan vaxt ərzində istehsalın fasiləsizliyinin təmin edil­məsi məqsədilə yaradılır.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin