Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi



Yüklə 315 Kb.
səhifə11/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
UNEC 1654327859

Q = N × Pf - F
Burada, Q – hesabat dövründə materiala qənaətin miqdarı; N – məhsul, hissə, məmulat vahidinə material məsrəfi nor­ması; Pfhesabat ilində məhsul, hissə, məmulatdan faktiki is­teh­salın həcmi; F – hesabat ilində materialın faktik məsrəfi.
Hesablama nəticəsinin müsbət işarə ilə alınması qənaəti, mənfi işa­rə ilə alınması israfçılığı göstərir. Texnoloji intizama nəzarət zəiflə­dik­də və materialın müstəqil təyinatına laqeydlik göstəril­dik­də onların is­raf­çılıqla istehlakına yol verilir. Müəssisə sexlərində materialların is­raf­çı­lıqla istehlakına, habelə zay məhsul isteh­sa­lına yol verilməsi və is­teh­sal tullantılarından təkrar istifadə olun­ma­ması da ciddi təsir göstərir.
Material məsrəflərinin istifadə səviyyəsinin təhlili bu sahədə əldə olunmuş mü­vəffəqiyyətləri müəyyən etməkdən başqa hələ istifadəsiz qalan ehtiyatların aşka­ra çıxarılmasına imkan yaradır.
Kimyəvi reaksiyalara əsaslanan istehsalatlarda materialdan (kim­yəvi mad­dədən) istifadəni səciyyələndirən göstərici öz mahiy­yətinə görə fərqlənir. Belə istehsalatlarda materialdan (mad­dələr­dən) isti­fadə səviyyəsi öyrənilərkən kimyəvi reaksiyaların gedişinə görə hər hansı maddənin məsrəf norması nəzəri ölçüyə görə qəbul edilir və bu məqsədlə maddələrin molekul çəkilərindən isti­fadə olunur. Aşağıdakı kimyəvi reaksiyaya və maddələrin molekul çəki­­lərinə nəzər salaq:
H2SO4 + 2NaCl = Na2SO4 + 2HCl

Reaksiyaya görə nəzəri olaraq 142 pay (kq, ton) natrium sul­fat al­maq üçün 98 pay sulfat turşusu və 117 pay xörək duzu sərf etmək la­zımdır. Faktik olaraq bu paylar reaksiyaya daxil olan mad­dələrin nə­zəri kəmiyyət asılılığına nə qədər yaxın olar­sa, de­mə­li, mate­rial­lar­dan bir o qədər səmərəli istifadə olunur. Əksinə, kənara­çıxma art­dıq­ca israfçılığa yol verilir.



Sual 4.
İstehsal ehtiyatlarının təsnifatı və təyinatı
İsteh­sal ehtiyatları dövriyyə vəsaitlərinin mühüm tərkib his­səsi kimi, onun norma­laş­dı­rılması mümkün olan ünsürüdür. İstehsal ehti­yatları üzrə normativlər gün­lük ehtiyatın həcmi ilə müəyyən olunur.
İstehsal ehtiyatları təyinatına görə aşağıdakı kimi təsnif­ləş­di­ri­lir:
a) Xammal, əsas material və satın alınmış yarımfab­rikat­lar­dan eh­ti­yatlar;
b) Köməkçi materiallardan ehtiyatlar;
c) Yanacaqdan ehtiyatlar;
d) Tara və tara materiallarından ehtiyatlar;
e) Ehtiyat hissələrindən ehtiyatlar;
f) Alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əş­ya­lardan ehtiyatlar.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin