Qrup məsrəf normaları isə (bir qrup müəssisələr üzrə) eyni tipdən (həmcins, analoji və ya eyni təyinatdan olan), lakin bir şirkətin (və ya firmanın) müxtəlif müəssisələri tərəfindən istehsal olunan məhsullar üçün işlənib hazırlanır.
Qrup normaları ayrı-ayrı müəssisələrdə eyni tipli məhsul üçün fərdi məsrəf normalarının orta kəmiyyəti kimi müəyyən edilir. Qrup normalarının səviyyəsi bir tərəfdən fərdi məsrəf normalarından, digər tərəfdən isə müvafiq məhsulun istehsal proqramının quruluşundan asılıdır. Başqa sözlə, qrup normalarının səviyyəsi qrupa daxil olan müəssisələr üzrə müvafiq məhsulun istehsal həcminin nisbətindən asılı olaraq dəyişə bilər. Hər hansı materialın yüksək səviyyədə ümumiləşdirilmiş qrup məsrəf norması eyni tipli məhsul istehsal edən bütün müəssisələrin tabeliyindən və yerləşdiyi regiondan asılı olmayaraq həmin məhsul üzrə məsrəf normaları əsasında müəyyən edilmiş orta çəkili məsrəf norması ola bilər.
Nəhayət, materialresurslarınınistehlakmərhələsindəaldığıtəyinatdamüxtəlifməsrəfnormalarınınişlənibhazırlanmasınıtələbedir. Bu baxımdan onlar əsas material, köməkçi material, yanacaq, elektrik enerjisi normalarından ibarətdir. Materialın təyinatı ilə əlaqədar olaraq məsrəf normalarının müəyyən edilməsində həlledici cəhət norma üçün səciyyəvi ölçü vahidinin düzgün tapılmasıdır; ölçü vahidi hər bir konkret hal üçün materialın istehlakı xüsusiyyətini və mahiyyətini tam və obyektiv xarakterizə etməlidir.
Əsasmateriallaryaradılanməhsulunsubstansiyasınıtəşkiletdiyindən, onlarüçünməsrəfnormalarıməhsulvahidinəgörəhesablanır. Lakin köməkçi materialların istehlakının bütün istiqamətləri üçün eyni ölçüdən istifadə etmək mümkün olmur. Məsələn, yanacaq texnoloji ehtiyac üçün (metaləridən sobalarda, vaqrankalarda, termik aqreqatlarda və s.) istehlak olunanda məsrəf norması istehsal edilən məhsul vahidinə görə (polad, çuqun tökmələri və s.), binaların qızdırılması üçün istehlak olunanda isə hər 1000 m3 həcmin qızdırılmasına məsrəfin kəmiyyəti kimi hesablanır.
Təyinatının müxtəlifliyinə görə eyni materialın müxtəlif məsrəf normalarının işlənib hazırlanması maddi resurs normalarını düzgün müəyyən etməklə yanaşı, material resursuna tələbatın həcminin də dəqiq hesablanmasını təmin etmiş olur.
Material resurslarının normalaşdırılmasında məsrəf normalarının tərkib və quruluşunun öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir.
Materiallara qənaətin başlıca istiqamətlərindən birini texniki-texnoloji itkilərin və tullantıların azaldılması, bunların təsərrüfat dövriyyəsinə təkrar cəlb edilməsi təşkil edir.
Materialsərfininnormallaşdırılmasıonlardanistifadəsəmərəliliyinəxidmətedir. Lakinhərhansımaterialdanməsrəfnormasıfaydalıməsrəflərləyanaşı, texnolojitullantıvəitkiləridəöztərkibindəəksetdirir. Bu, texnologiyanınmövcudsəviyyəsindəqaçılmazitkilərdir. Materialməsrəfinormasısəviyyəsindənartıqtullantıvəitkilərəyolverilməsimüəssisədəistehsalındüzgünqurulmadığınıəksetdirir. Bütüntullantıvəitkilərintəsərrüfatdövriyyəsinəcəlbedilməsimüəssisələrüçünbirincidərəcəlitəsərrüfatvəzifəsidir. Materialın məsrəf norması öz tərkibinə görə müxtəlif məsrəflər ünsürlərindən – faydalı məsrəf, texnoloji tullantı və itkilərdən, təşkilati-texniki tullantı və itkilərdən ibarət olur.
Materialın faydalı məsrəfi (hissənin təmiz çəkisi) istehlak olunan materialın istehsal edilən məhsula daxil olan hissəsidir. Başqa sözlə, faydalı məsrəf istehsal olunan məhsulun istehlak dəyərini yaratmaqla məmulatın çəkisini və materialtutumunu müəyyən edir. Material məsrəfinin bu ünsürünün kəmiyyəti texnoloji-konstruktor sənədlərində göstərilir.
Məsrəf normasının tərkibini müəyyən edən digər ünsürlər texnoloji və təşkilati-texniki tullantı və itkilərdir.
Hər şeydən əvvəl göstərmək lazımdır ki, təkraristehlakınmümkünlüyübaxımından tullantılar istifadə oluna bilən və istifadə oluna bilməyən itkilər kimi qruplaşdırılır. Özünün əmələ gəldiyi istehsalatda təkrar istifadəyə yaramayan, lakin başqa bir istehsalatda utilləşdirilməsi mümkün olan tullantılara əsas və ya köməkçi material kimi istifadə oluna bilən tullantı deyilir. Məsələn, maşınqayırmada yaranan və burada təkrar istifadəsi tam mümkün olmayan metal tullantıları poladəritmədə xammalın mühüm komponenti kimi istehlak edilir.
İstifadə oluna bilməyən tullantılar istehsalın mövcud texniki səviyyəsində istehlakı təkrar mümkün olmayan texnoloji və təşkilati-texniki itkilərdir (toza çevrilən və toplanması mümkün olmayan, qaza çevrilən və tutulması mümkün olmayan itkilər və s.).
Texnoloji tullantı və itkilərin yaranması məhsul istehsalı zamanı tətbiq olunan texnoloji istehsal üsulundan, pəstah istehsalı metodundan (ştamplama, sərbəst döymə, kokil tökməsi və s.), xammal və materialların istehsal istehlakına hazırlıq və emal mərhələlərinin texnoloji mükəmməllik səviyyələrindən bilavasitə asılı olur.