Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi



Yüklə 315 Kb.
səhifə17/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   11   12   13   14   15   16   17   18   19
UNEC 1654327859

Nbi = M  Md  Tm  Əd
Burada, Nbi – dövriyyə fondlarının bitməmiş istehsalda olan həcmi; M – natural ölçülərdə məhsul buraxılışının həcmi; Md – məhsul vahidinin maya dəyəri; Tm – məhsulun istehsalı müddəti; Əd – məmulatın bitməmiş istehsalda hazırolma sə­viy­yə­si (bu, bitməmiş istehsalda maya dəyərinin ha­zır məh­su­lun maya dəyərinə nisbəti kimi hesablanır).
Qeyd etmək lazımdır ki, bitməmiş istehsalın nor­ma­laşdırılması müəssisənin işinin fasiləsizliyini təmin et­məyə və səmərəliliyini artır­ma­ğa, istehsal güclərindən tam və dol­ğun istifadəyə xidmət edir. Bu nor­mativlərin dəqiq hesablan­ması və onlara əməl edilməsi isteh­sal güc­­lərinin müəyyən dövr (il, ya­rım il və s.) ərzində tam yükləndiyi şə­raitdə mümkündür.
Əvvəllər qeyd olunduğu kimi, gələcək dövrün xərclərinə ha­zır­kı dövrdə çəkilmiş, lakin gələcək dövrə aid olan xərclər aiddir. Bu xərclər üzrə normativ (Ng.d.x.) aşağıdakı düsturla müəyyən olunur:
Ng.d.x.= Xo+Xp-Xm
Burada, Xo – cari ilin əvvəlinə gələcək dövrün xərc­ləri; Xp – smeta üzrə plan dövründə çəkilən xərclər; Xm – planlaşdırılan dövrdə məhsulun maya dəyərinə daxil edilən xərclər.
Firmada gələcək dövrün xərclərinin cari dövürdə çəkilib gə­lə­cəkdə maya dəyərinə daxil edilməsi xüsusiyyətilə əlaqədar onun həm normalaşdırılması və həm də idarə olunması xüsusi səy tələb edir.

Sual 6.
Firmada tədavül fondlarının idarə olunması
Firmada tədavül fondlarının düzgün idarə olunması dövriy­yə və­sait­­lə­rindən səmərəli istifadənin əsas istiqamətlərindən biri­dir. Xüsu­silə, bazar münasibətləri şə­raitin­də maliyyə münasibət­lə­ri­nin əhəmiy­yə­tinin artdığı bir dövrdə, pul vəsaitlərinin hərə­kətin­də vaxt amilinin nəzərə alınması, inflyasiya və valyuta kurslarının dəyişməsi tədavül fond­larının idarə olun­ması və onların üzərində mütəmadi nəzarət tə­ləb edir və onun əhəmiyyətini artırır.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin