Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi


Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normasını müəy­yən etmək üçün məhsulun hazırlıq dərəcəsini də bilmək lazımdır



Yüklə 315 Kb.
səhifə16/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   ...   11   12   13   14   15   16   17   18   19
UNEC 1654327859

Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normasını müəy­yən etmək üçün məhsulun hazırlıq dərəcəsini də bilmək lazımdır. Bu­nu xərclərin çoxalma əmsalı əks etdirir. İstehsal prosesində xərc­lər bir­dəfəlik və çoxalan xərclərə bölünürlər. Birdəfəlik xərc­lərə is­tehsal tsiklinin əvvəlində sərf edilən xərclər (xammalın, əsas mate­rialların və kənardan alınmış yarımfabrikatların sərfi), çoxa­lan xərc­lərə isə qalan di­gər xərclər (amortizasiya ayırmaları, elek­trik enerjisi məsrəfləri, əmək haqqı və s.) aiddir. Xərclərin çoxal­ma əmsalı xərclərin bərabər və qeyri-bərabər artımı üçün müəy­yən olunur. Bərabər artım üçün xərc­lərin çoxalma əmsalı aşağı­dakı kimi düsturun köməyi ilə hesablanır.

K =

Fbird + 1/2 Far

Fbird + Far

Burada, K – xərclərin çoxalma əmsalı; Fbird – birdəfəlik xərclər; Far – artan xərclər.
Xərclərin qeyri-bərabər artımı üçün istehsal tsiklinin müddəti üzrə xərclərin çoxalma əmsalı aşağıdakı kimi hesablanır:

K=

OMD

İMD

Burada, OMD – bitməmiş istehsaldakı məmulatların orta dəyəri; İMD – məmulatların istehsal maya dəyəri.
Bitməmiş istehsalda dövriyyə vəsaitlərinin normativi (N) aşa­ğı­da­kı düsturun köməyilə hesablanır:
N = X  T  K
Burada, X – məhsul istehsalına çəkilən birgünlük xərclər; T – istehsal tsiklinin günlərlə uzunluğu; K – xərclərin çoxalma əmsalı.
Müəssisənin illik fəaliyyəti planlaşdırılarkən, yəni istehsal proq­ramı tərtib edilərkən bitməmiş istehsal üçün müəyyənləş­diril­miş nor­ma­tivlər nəzərə alınır.
Bitməmiş istehsalın normativlərdən artıq olması dövriyyə və­saitlərinin dövriyyə sürətinin aşağı düşməsinə, istehsal meydan­ça­­­la­rından səmərəsiz istifadə olunmasına və saxlanma rejiminin po­­­zulmasına görə yarımfabrikat­ların keyfiy­yə­­tinin aşağı düşmə­sinə gə­­ti­rib çıxarır. Bitməmiş istehsalın normativlərdən az ol­ması, yəni çatışmamazlığı, işçilərin və avadanlıqların boşdayanma halla­rı­nın artmasına, is­tehsal gücündən səmərəsiz istifadəyə, həm də boş­da­yan­ma hal­larının ödənilməsi ilə əlaqədar lüzumsuz xərclərin çoxal­ma­sı ilə nəticələnir. Bitməmiş istehsalın kəskin çatışma­ma­zlığı isə, ümu­miy­yətlə texnoloji prosesin pozulmasına gətirib çıxara bilər. Bütün bunlara görə də bitməmiş istehsal texnoloji prosesin hər bir keçidi üzrə çox ciddi və dəqiq hesablanmalıdır.
Sexdə bitməmiş istehsalın ümumi miqdarı (həcmi) bütün qrup­lar üzrə bitməmiş istehsalların cəmi kimi müəyyən edilir. Bitmə­miş is­tehsalın ümumi həcmi sexin normal işini təmin etməlidir. La­kin is­teh­salda müxtəlif gözlənilməz hallar (məsələn, bu və ya digər ava­danlığın sıradan çıxması kimi) baş verə bilər. Buna görə də is­teh­salın ayrı-ayrı mərhələləri üçün müəyyən miqdarda yarım­fab­ri­kat­lardan sı­ğorta ehtiyatı yaradılır. Onun həcminin əvvəl­cə­dən hesablanması – tə­sadüflərlə əlaqədar olduğundan – müm­kün deyildir. Sığorta ehti­ya­tının miqdarı (həcmi) is­teh­salın təş­ki­lin­dən və texniki səviyyəsindən asılıdır.
İl ərzində dövriyyə fondlarının bitməmiş istehsalda olan həc­mi­ni tapmaq üçün aşağıdakı düsturdan istifadə edilir:

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin