Mövzu Müəssisənin dövriyyə kapitalının idarə edilməsi


Dövriyyə vəsaitlərinin dövretmə əmsalı



Yüklə 315 Kb.
səhifə6/19
tarix04.06.2022
ölçüsü315 Kb.
#116619
1   2   3   4   5   6   7   8   9   ...   19
UNEC 1654327859

Dövriyyə vəsaitlərinin dövretmə əmsalı realizə olunmuş məh­su­lun həcminin (əlavə edilmiş dəyərin satılmış hissəsi) dövriy­yə və­sait­lərinin orta qalığına (illik, rüblük) nisbəti kimi hesablanılır və bu­nun üçün aşağıdakı düsturdan istifadə olunur:

Ə =

R

Dor

Burada, Ə – dövriyyə vəsaitlərinin dövretmə əmsalı – il (rüb, ay) ərzində dövret­mələrin sayıdır; R – topdansatış qiymətində realizə olunmuş məh­su­lun həcmidir, manatla; Dor – dövriyyə vəsaitlərinin orta illik (rüb­lük, aylıq) qa­lı­ğıdır, manatla.
Dövriyyə vəsaitlərinin orta illik qalığını hesablamaq üçün, o qədər dəqiq olmasada, onların ilin əvvəlinə və axırına olan qalıqlarının ya­rı­sı­nın üzərinə ilin aylarının (ilin 1-ci ayı istisna olmaqla) əvvəlinə olan qalıqları əlavə edilib, nəticəni ildəki ayların sayına bölürlər:

Dor =

Də /2 + Dq2 + Dq3+ Dq4+ Dq5+ Dq6+ Dq7+ Dq8+ Dq9+ Dq10+ Dq11+ Dq12+ Da/2

12


Burada, Də və Dq – uyğun olaraq ilin əvvəlinə və axırına dövriyyə vəsaitlərinin qalığıdır, manatla; Dq2 , Dq3, Dq4, Dq5, Dq6, Dq7, Dq8, Dq9, Dq10, Dq11, Dq12 indeksdə göstərilən rəqəmlərə müvafiq ayların əvvəlinə dövriyyə vəsaitlərindən qalıqdır, manatla; 12 – təqvim ilindəki ayların sayıdır
Bundan əvvəlki düsturdan göründüyü kimi, dövriyyə vəsaitlərinin il ərzindəki dövretmələrinin sayı ya realizə olunmuş məhsulun həc­minin çoxaldılması və ya da dövriyyə vəsait­lərinin həcminin azal­dıl­ması (hər iki halın eyni vaxtda baş verməsi də mümkündür) hesabına ola bilər. Əks istiqamət kimi dövriyyə vəsaitlərinin illik dövr­et­mə­lə­ri­nin sayının artması, ya 1 manatlıq dövriyyə vəsaitinə düşən məh­su­lun həcmini artıra, ya da 1 manatlıq məhsula düşən dövriyyə vəsait­lə­ri­ni məbləğini azalda bilər.

Yüklə 315 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin