Elm hədislərdə
İslam dini həm cəmiyyətə, həm də tək-tək insanlara, şəriətə aid bə`zi məsələlərdə zaman, məkan və cins baxımından məhdudiyyətlər tə`yin etmişdir. Lakin yeganə sahə elmdir ki, İslam dini ona heç bir hədd qoymamış və elmə daha geniş yer vermişdir. Deyilənləri izah etmək istərdik:
Zaman baxımından: Bilirik ki, zaman cəhətindən oğlan 15, qız isə 9 yaşına çatarkən “namaz” qılmaq onlara vacib olur. Yə`ni, bu yaşdan qabaq ibadət etmək vacib deyil və şəxsin öz ixtiyarındadır. Deməli, namaz məsələsində Allah-təala insana zaman cəhətindən məhdudiyyət qoymuşdur.
Lakin, elm cəhətindən isə Allah-təala insana heç bir hədd qoymamışdır. Necə ki, Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Beşikdən qəbrədək elm öyrənin!”1
Hədisdən aydın olur ki, elmi 9 və ya 15 yaşından deyil, körpənin dünyaya göz açmasından öyrənməsi lazımdır.
Bə`ziləri: “Axı körpənin beşikdə elm öyrənməsi necə mümkündür?”- deyə soruşa bilərlər. Cavab: “Insanın tərbiyəsinin məhz elə o vaxtdan başlanması zəruridir. Çünki, körpənin zehni tər-təmizdir. Ora nə həkk olunsa, o da qalacaqdır. Əgər valideyn haram musiqiləri onun qulağına eşitdirərsə, onda həmin musiqi körpənin mə`nəviyyatında mənfi izlər buraxacaq və onun qəlbi qaralacaqdır. Yox, əgər körpə Qur`an eşidərsə və Onunla böyüyərsə, mə`lumdur ki, onun vücudunu müsbət xüsusiyyətlər əhatə edəcəkdir.
Dostları ilə paylaş: |