ƏQL (AĞIL)
Insan ağlı yaxşı işi pis işdən seçmə qüvvəsinə, yaxşı və pisi dərketmə səlahiyyətinə malikdir. Və bu qüvvə Qur`ani-Kərimin insana bəxş etdiyi “yaxşını və pisi ayırd etmə bacarığ”ından qaynaqlanır. Deməli, İlahi dinlər göndərilməzdən əvvəl də bir çox ictimai və fərdi məsələlər bəşər övladına öz ağlının vasitəsilə mə`lum idi. Yaxşılığın və ədalətin gözəlliyi, zülmün və e`tinasızlığın çirkinliyi, bə`zi əxlaqi xüsusiyyətlər, məsələn, “doğru danışmaq”, “əmanətdarlıq”, “şücaət”, “səxavətli olmaq” və s. ağlın dərk etdiyi məsələlərdəndir. Həmçinin, “yalan”, “xəyanət”, “paxıllıq” və “simiclik” və s. də, insan ağlının dərk etdiyi məsələlərdəndir. Amma insan ağlı bütün işlərin yaxşı və pis olmasını kamil şəkildə dərk edə bilmədiyinə görə, yaxud məhdud şəkildə qavradığına əsasən, İlahi dinlər, səmavi kitablar və Peyğəmbərlər (ələyhimussəlam) ona bu yolda kömək olaraq göndərilmiş, həmçinin Onlar insana anlamadığı digər həqiqətləri açıqlamış və həm də, ağlın dərk etdiyi gerçəklikləri tə`kid etmişlər.
Xülasə, ağlın yaxşı və pis işləri dərk etməsi, insan təfəkkürünün müstəqil şəkildə bir çox həqiqətləri anlaması mə`lumdur. Lakin bu heç də həmişə belə deyil. Yadda saxlamaq lazımdır ki, bə`zən insanın dərk etmə qabiliyyəti və anlayışı məhduddur. Yə`ni, ağıl vasitəsil kamilliyə və səadətə yetişmək yolunda lazım olan bütün həqiqətləri ələ gətirmək mümkün deyildir. Ona görə də bu çətin yolda İlahi dinlərə və Peyğəmbərlərə (ələyhimussəlam) ehtiyac duyulur.
On üçüncü fəsil
GÜNAH
Günah1 – ərəb kəlməsi olub, “haqqdan dönmə”, “itaətsizlik”, “qanunu pozmaq”, “dünyanın təbii nizamına qarşı qiyam” mə`naları nəzərdə tutulur. Bu baxışa əsasən, yaranış aləminin tam qanuni zərurətlərini görməməzliyə vuran şəxs günahkar sayılır. Çünki yaranış nizama əsaslanır, hər bir nizam qanundan qaynaqlanır. Qanunsuzluq özü günahdır və günah Xaliqə qarşı üsyan kimi başa düşülür.
Heç şübhəsiz, günahın insan həyatına ciddi tə`sirləri var. Günah öz dağıdıcı tə`siri ilə cism və ruhu, aşkar və gizlini, dünya və axirəti məhv edir. Günah qəlbi sıxıntıya düçar edir, ruhu kədərləndirir, insanlıq dəyərlərini qiymətdən salır. Günah ruhun daimi qərarsızlığına, asayişin aradan götürülməsinə, psixoloji narahatlığa səbəb olur. Günah ixtilaf, kin-küdurət, savaş, höcətləşmə səbəbidir və bir çox ictimai problemlər ondan qaynaqlanır.
Günahın zərərləri o qədər böyükdür ki, onları asanlıqla sadalayıb qurtarmaq olmur. Bunu demək olar ki:
-Günah millətləri məhv edir, mədəniyyətləri viran qoyur;
-Günah yaxşılıqları aradan qaldırır, pisliklərə meydan verir;
-Günah insan ömrünü qısaldır, gənc yaşda ölüm qapını döyür;
-Günah asayişi aradan qaldırır, cəmiyyətdə qarşıdurma hakim olur;
-Günah abadlıqları xaraba qoyur, viranlıq ətrafı bürüyür;
-Günah şadlığın yerinə qəm-qüssə gətirir;
-Günah çöhrələrin gözəlliyini alıb, onlara çirkinlik verir;
-Günah insanın rahatlığını əlindən alıb, onu iztiraba salır;
-Günah insanı ne`mətdən məhrum edib, onu yoxsulluğa düçar edir;
-Günah insanı sağlamlıqdan məhrum edib, onu əlacsız xəstəliklərə yoluxdurur və s...
Bu gün bəşəriyyət mə`nəviyyat qaynağından uzaqlaşaraq itaətsizliyə üz tutmaqla yerdə və göydə bir çox bəlalar əmələ gətirmişdir. Insan isə faciəyə düçar olmasının səbəbini anlamır. Doğrudan da, bəşəriyyət nə üçün bir bu qədər bəlaya düçar olmuşdur? Hansı bəladan danışaq?
Bə`zən dəhşətli bir sel şəhərləri və əkin sahələrini xaraba qoyur, sunami şəklində cənub-şərqi Asiya sahillərini bürüyür, milyonlarla insan ev-eşiksiz qalır.
Bə`zən göy yerə açılmış bacalarını bağlayır, yaşıl aləm dodağını islatmaq arzusunda qalır. Quraqlıq, qəhətlik, aclıq, məcburi mühacirətlərlə sonuclanır.
Bə`zən od, bə`zən külək, bə`zən torpaq sürüşməsi, bə`zən su elə fəlakətlər yaradır ki, buna savaşlar, qətl-qarətlər də əlavə olunsa, bəşər nəslinə son qoyular.
Əgər bu hadisələrin, təbii və qeyri-təbii bəlaların səbəbini araşdırsaq, belə bir qənaətə gələrik ki, biz öncədən yolumuzu seçmişik: Mə`nəviyyatdan uzaqlaşmaq!
Bu iddia üçün sözsüz ki, dəlillərimiz var. Birinci dəlil məntiqi dəlildir və asan anlaşılandır: “Hər kəs əkdiyini biçər.” Yə`ni müsibət əkən, torpağa günah toxumu səpən rahatlıq və xoşbəxtlik görməz.
Ikinci dəlil vəhydir. Yə`ni, Qur`an ayələridir. Qur`ani-Kərimdə iyirmi beş Peyğəmbərin (ələyhimussəlam) həyatından və günahkar qövmlərin başına gələn müsibətlərdən söhbət gedir. Əlbətdə ki, bütün bunlar təfəkkür və ağıl sahibləri üçün dərs və örnək olmalıdır.
Misal olaraq Lut Peyğəmbərin (ələyhissəlam) qövmü barəsində oxuyuruq: «Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri1 görürdülər. Dedi: “Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin! Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!” Dedilər: “Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən.” Dedi: “Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınaydım.” (Mələklər) dedilər: “Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın - zövcəndən2 başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) və`də vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!” Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq. 1«
Başqa ayədə belə buyurulur: «Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (Allah) hələ onların çoxundan keçir. 2«
Üçüncü dəlil isə mə`sumların (ələyhimussəlam) buyuruqlarında (hədislərdə) əks olunur. Misal olaraq İmam Baqir (ələyhissəlam) buyurur: “Həqiqətən, bir bəndə Allahdan nəsə diləyir və Allah onun diləyini yaxın bir zamanda yerinə yetirmək istəyir. Bu arada bəndə günaha batır. Allah-təala Öz mələyinə buyurur: Onun istəyini yerinə yetirmə, onu məhrum et! Çünki o (öz günahı ilə) Mənim qəzəbimə gəldi və rəhmətimdən məhrum qaldı.”3
)N$O@O#$R%E^F&N(O*T! 2 İmam Cəfər Sadiq (ələyhissəlam) buyurur: “Çirkin işlərdən çəkinin ki, ömrünüz uzun olsun.”4
Digər bir məqamda İmam (ələyhissəlam) buyurur: “Günah səbəbindən ölənlərin sayı təbii əcəllə ölənlərin sayından çoxdur. Ehsan səbəbi ilə yaşayanların sayı təbii ömrünü sürənlərin sayından daha çoxdur.”5
İmam Əli (ələyhissəlam) Allah-təalanın belə bir buyuruğunu nəql edir: “Məni tanıyan şəxs günaha yol versə, Məni tanımayan birini ona hakim edərəm.”6
Günah haqqında hədislər o qədər çoxdur ki, onların hamısını qeyd etmək üçün cildlərlə kitaba ehtiyac vardır. Burada kifayətlənirik.
Dostları ilə paylaş: |