Mövzu : Kupe vaqonların (yumşaq) elektrik avadanlıqları və xüsusi sxeması haqqında məlumat
Kupe (yumşaq) vaqonunda quraşdırılmış (şəkil 1) də olan elektrik avadanlıqları kimi yerləşdirilmişdir. Şəkil -2 – də isə həmin elektrik cihazlarının sxemlərini göstərilmişdir. Vaqon hərəkətdə olmadığı zaman və ya 30 km\saat sürətə qədər hərəkətdə olduğu zaman bütün elektrik qəbul edən cihazlar hamısı АБ akkumlyator batareydan qidalanır. Generator Г dövrəyə qoşulduqdan sonra bütün istifadə edilən gərginlik akkumlyator batareya dövrəsindən qidalanmasını açaraq generatorun tərəfindən qidalandırmağa başlanır, o cümlədən akkum.batareyası özü də itirmiş elektrik enerjisini alaraq əvvəlki enerjiyə dolur. ЭВ elektrik ventelyatorun mühərriklərini qoşmaq üçün 7 (1 nömrəli şəkilə bax) paket qoşucusunu Mator qoşulmuşdur vəziyyətinə qoymaq lazımdır. Bundan sonra onun fırlanan (şəkil 2 – yə baxın) saat əqrəbinin istiqamətinə (ПК - kontakt) fırlanacaqdır. Bu fırlanan kontaktorun sağ istiqamətə fırlanmaqla işə salma R müqaviməti dövrədən çıxır, tənzimləyici r müqavimət OB həyəcanlandırıcı sarğısını qoşur, beləliklə 3 B ventelyatorun fırlanma sürəti 300 dövr – dəqiqədən 1200 dövr – dəqiqəyə qədər artır. Ventelyatorların mühərriklərin işi P işıqlandırıcı rubilnikin (qoşucunun) vəziyyətindən asılı deyildir. Vaqon altı magistral ПМ kleyma ilə M qrup şitində 13 rəqəmlə qeyd edilmişdir. Vaqon altı magistral işıqlandırıcı xətti qoşmaq üçün magistral paket 16 qoşucusunu qoşmaq kifayətdir. Bununla belə 15 (CЛ) siqnal lampası işıqlanır və xəttin qoşulmasını təsdiqləyir. Cihazların iş prinsipini 2 şitdə açıq göstərmişdir. Vaqonun bütün işıqlandırma şəbəkəsi altı qrupa bölüşdürmüşdür, bu qruplara aşağıa qeyd olunmuş lampalar və razetkalar qoşulmuşdur:
I – vaqonun qoyruğ siqnaları; II – vaqonun qazanxana olmayan böyük və kiçik dəhlizin lampaları; III – xüsusi şöbəsinin lampaları və şiti işıqlandırmaq üçün 11 lampa; IV – tamburun (vaqona minən dəhliz) tualetlərin, vaqonun qazanxana olan dəhlizin lampaları, razetkaları və vaqonalatı işıqları; V – sərnişinlərin kupelərindəki damdakı lampalar. Uzun dəhlizdəki (koridordakı) razetkalar; VI – közərici lampalar, stol üstü lampaların razetkalar, vaqonun qazanxana olmayan tualetin və tamburun işıqlarını qoşurlar. Akkumlyator batareyanın minus xəttinə 100 amperlik quruyucu quraşdırılır.
Mövzu : Bağaj vaqonların elektrik avadanlıqları haqqında məlumat
Bağaj vaqonları sərnişin qatarların tərkibində qoşaraq uzaq məsafələrə bağajın aparılması, gətirilməsi üçün xidmət göstərir. Bu vaqon adi görünüşlə sərnişin vaqona oxşayır, amma qurluşuna görə xeyli fərqlənir. Qurluşuna görə üst hissəsinin görünüşünə görə, sağ və sol tərəfdən bağajı yükləmək üçün 2m 80 sm hündürlüyündə və 3 metr enində qapıları vardır. Bunlardan əlavə sərnişin vaqonlarda olduğu kimi vaqonun hər iki kəllə tərəfindən qapılar vardır. Bu qapılar isə xidməti briqadanın öz iş yerlərinə qalxmaq üçün nəzərdə tutulmuşdur. Bütün sərnişin vaqonalrda olduğu kimi bu vaqonlarda elektrik qurğuları ilə (şəkil - 3) təmin edilmişdir. Bu vaqonlarda ГСВ- 8 tipli dəyişən cərəyan generatoru quraşdırılmışdır. Akkumlyatorlar isə tipi 40 ТЖН – 250 ampes saatdır. Vaqonun içində xüsusi şöbədə maqnit gücləndirici, avtomatik idarə ПА olunan panel vardır. İdarə etmə panellərdə pakot qoşucular və söndürücülər quraşdırmışdır. Bu qoşucular vasitəsi ilə işıqlandırma xətti, ventelyatorlar, su sirkulyasiya olunan boruların qızdırılması, elektrik qızdırıcısı (kipyatilnik), voltmetr və ampermetr, akkumlyator batareyaların gərginliyini ölçmək üçün istifadə olunur. Bunlardan əlavə paneldə quraşdırılmış cihazları qoşub açırlar. Voltmetri qoşmaq üçün
ПВ 2, ampermetri qoşmaq üçün isə ПВ1 qoşuculardan istifadə olunur. İdarə etmək paneli işıqlandırmaq üçün gücü 10 vata bərabər olan gərginliyi 54 volta bərabər olan lampadan ЛО istifadə olunur. Vaqon öz elektrik xətti ilə qonşu vaqonları işıqlandırmağa və özü də qonşu vaqonlardan qəbul etməyə qadirdir. Bunun üçün vaqonun altında xüsusi elektrik xətt quraşdırılmışdır. Bununla əlaqədar paneldə quraşdırılmış СЛ lampa yanaraq vaqonun alt xəttində gərginlik olduğunu bildirir. Şitin sol tərəfində quraşdırılmış ДП paneldə P2, P3 rele, ПВ qoşucu BC 3 düzləndirici və iki ədəd su boruların xəttinin qızdırılması xəttində iki ədəd qoruyucu quraşdırılmışdır. ПВ qoşucunun iki rejimi vardır: birinci vəziyyət Avt, əl ilə idarə etməsi isə Ruç vəziyyətləridir. Vaqon 3 kb gücə malik olan yüksək gərginlikli xətlə təmin edilmişdir. Bununla belə vaqonu sərnişin qatara qoşmaq imkanı yaranır. Bağaj vaqonun işıqlandırma xətti: işıqlandırma lampaların qoşulma sxemi (şəkil 4) göstərilmişdir. İşıqlandırıcı lampalar altı qrupp: I qrupa vaqonun sol tərəfdəki yük hissəsinədə quraşdırılmışdır; II qrupa lampalar vaqonn yük hissəsinin sağ tərəfinə; III qrup lampalar tamburda, qazan sahəsində vaqonda işləyən işçilərinin 1-ci və 2 – ci kupelərdə quraşdırılmışdır; IV qrup lampalar tualetlərdə, xüsusi şöbədə , dəhlizdə və vaqon altı lampalar qruppudur (şəkildə bu qrup lampalar göstərilməmişdir) V qrup lampalar quyruğ fanar siqnallarıdır; VI qrup lampalar isə 2- ci kupenin közərmə lampalar qruppudur.
Dostları ilə paylaş: |