Mövzu : 1964 – cu illərdə istehsal edilmiş kupe vaqonların elektrik avadanlıqlar haqqında məlumat
1962 – ci ildə istehsal olunmuş vaqonların elektrik avadanlıqları ilə uyğun gəlir. Bu vaqonlarda, yəni 1964 – cü ildə istehsal olunmuş vaqonlarda yarım keçiricilərdən hazırlanmış düzləndiricilərdən istifadə olunmuşdur. Bu da vaqonda 220 bolt gərginliklə işləyən elektrik üz qırxanlar üçün nəzərdə tutulmuşdur. Bu düzləndirici xüsusi şöbədə yerləşdirilmiş şkafın içində quraşdırılmış idarə etmə paneldə quraşdırılmışdır və tualetlərdə quraşdırılmış 2 ədəd razetkanı qidalandırır. Vaqonun bütün su doldurulan və digər su borular elektrik qızdırıcılar ilə təmin edilmişdir. Bu xətlərdə istifadə edilən elektrik qızdırıcıların gərginliyi 50 volt, gücü isə 350 vata bərabərdir. Vaqonu işıqlandıran lyuminsensiya işıqların tezliyi 100 hers tezliyinə hesablanılmışdır.
İdarə etmə paneli: Bu idarə etmə panelin qurluşu şəkil 9 – da göstərilmişdir.Paneldə 1 – 13 rəqəmləri ilə işarə edilmiş avtomatik qoşucular quraşdırılmışdır. Bunlardan əlavə həmin şəkildə ölçü cihazları, paket qoşucular və siqnal lampalar yerləşdirilmişdir. Qeyd etdiyimiz bu cihazlar panelin üstündə quraşdırılmışdır. İşıqların əsas paket qoşucusunun iki vəziyyəti 1 və 2 vəziyyətləri vardır. Bu vaqonun lyumesent işıqlarını qoşmaq üçün soldan birinci paket qoşucunu 1 vəziyyətinə, vaqonun digər işıqlarını qoşmaq üçün isə 2 vəziyyətinə qoymaq lazımdır.Soldan ikinci paket qoşucu vasitəsi ilə vaqon altı işıqları qoşmaq üçün istifadə olunur. Bu qoşucunun da iki vəziyyəti vardır 1 və 2. Qoşucunu 1 vəziyyətinə qoyulduğu zaman bu zaman vaqon elektrik enerjini verir, 2 vəziyyətə qoyulduğu zaman isə vaqon özü elektrik enerjini qəbul edir. Soldan üçüncü paket qoşucunun üç vəziyyəti vardır. 1 – ci vəziyyətə qoyulduğu zaman vaqonun soyuducu qurğuları, 2-ci vəziyyətdə vaqonun divarında yerləşdirilmiş ventelyatorlar qoşulur, 3-cü vəziyyətdə isə həm soyuducu qurğular, həm də ventelyatorlar qoşulur. 4-cü paket qoşucunun da 3 vəziyyəti vardır. Bu qoşucu vasitəsi ilə ventelyatorların fırlanma sürətini dəyişdirilir. 1-ci vəziyyətdə- aşağı sürət; 2-ci vəziyyətd – orta surətlə; 3-cü vəziyyətdə isə yüksək sürətlə hərəkətə gətirir. 5-ci paket qoşucusu: elektrik peçlərini qoşmaq üçün- 1-ci vəziyyət, 2-ci vəziyyətdə elektrik peçləri və elektrokolariferləri qoşmaq üün;
3-cü vəziyyətdə isə ancaq elektroğaloriferləri qoşmaq üçün istifadə edilir. 6-cı paket qoşucu vasitəsi ilə xüsusi şöbənin isitmə sistemini qoşmaq üçün, 7-ci paket qoşucusu: vaqonun su doldurulan suyu buraxılan boru xətlərini qızdırmaq üçün istifadə olunur. 8-ci qoşucu vasitəsi ilə vaqona suyu doldurulduğu zaman işıq yanaraq işin gedişatı barəsində bildirir. 9-cu qoşucu vasitəsi ilə vaqonun alt işıqlarının qoşulmasını təmin edilir.
Mövzu : 1968 -ci ildə istehsal edilmiş kupe vaqonların elektrik işıqlandırma xətti haqqında məlumat
Bu kupe vaqonların bələdçilər üçün nəzərdə tutulmuş xüsusi kupelərdə dörd lampalı iki ədəd lyumisens lampalar olan, 20 vat gücə malik 220 vat gücə malik 220 bolt gərginliklə işləyən işıqlandırıcılar quraşdırılmışdır. Bunlardan bir ədəd 54 boltluq lampa gecə işıqlandırılması üçün, göy rəngində nəzərdə tutulmuşdur. Bunlardan başqa bir ədəd 25 vat gücə malik olan düzləndirici işlək halda olmadığı zaman qoşulması üçün nəzərdə tutulmuşdur. Vaqonun dəhlizlərində 8 ədəd iki lampalı işıqlandırıcılar quraşdırılmışdır. Bunlardan 6 ədəd böyük, 2 ədəd isə kiçik dəhlizlərdə yerləşdirilmişdir.Bu işıqlandırıcılarda hər birisində ЛБ – 20 tipli lyumisens lampa və xəttin qəza vaxtında dəhlizi işıqlandırmaq üçün közərmə lampalar yerləşdirilmişdir Tamburları, qazanxana şöbəsini, tualetləri işıqlandırmaq üçün vaqonun damında düzləndiricilər və başqa cihazlar quraşdırılmışdır. Bu cihazların vasitəsi ilə közərmə işıqlarını işə salırlar. Közərmə lampalar xətində vaqonun quyruğ siqnallarını, sərnişinləri vaqona mindirərkən yağ altı işıqların qoşulması və tualetlər tutulu olduğu zaman oranın işıqlarını yandırmaq üçün nəzərdə tutulur. Bunlardan başqa vaqonda razetkalar quraşdırılmışdır. Bu razetkalar stol üstü lampalar, tozsoran və elektrik üz qırxanlar üçün nəzərdə tutulmuşdur. Hər bir yataq polkasının baş tərəfində 54 b gecə işığı lampası quraşdırılmışdır.
Bütün işıq lampaları qruplar üzrə yerləşdirilmişdir.
I qrupa - 2 xüsusi şöbənin və 10 kupenin işıqları qoşmuşdur; bundan savayı 10 kupenin gecə sarı işıqları qoşulmuşdur
II qrupa- 4 pilləkən, 6 böyük və 2 kiçik dəhlizin, 2 tamburun , 2 tualetlərin, 2 sərnişinlərin vaqon mindirmə işıqları qoşulmuşdur
III qrupa – 2 dəhliz (tambur) 10 ədəd stol üstü lampalar
IV qrupa – 40 ədəd yataq polkaların baş tərəfində quraşdırılmış işıqlar.
V qrupa- 3 ədəd böyük dəhlizdəki razetkalar, 1 ədəd kiçik dəhlizdəki razetka (xüsusi şöbə tərəfə) və 4 ədəd vaqon altı razetkalar qoşulmuşdur
VI qrupa- tualetlərin tutulması işıqları, 1 qazanxana tərəfdəki razetka, 1 ədəd idarə etmə panelin üstündəki razetkanı qoşmuşdur
VII qrupa – quyruq siqnal fanarları
VIII qrupa – bələdçini çağırmaq üçün səs siqnalı
IX qrupa – 14 lyumisens işıqlandırıcı lampalar, 10 – kupe, 1 – xüsusi şöbə, 1 – kiçik dəhliz, 2 – isə böyük koridor
X qrupa – 16 lyumisens işıqlandırıcı lampalar, 10 – kupe, 1 – xüsusi şöbə, 1 – kiçik dəhliz (koridor), 4 ədəd böyük dəhlizdə qoşulmuşdur.
Dostları ilə paylaş: |