Mövzu : Macarıstan Xalq Respublikasında istehsal olunan kupe vaqonların elektrik avadanlıqları haqqında qısa məlumat
Bu kupe vaqonlar 1961 – ci ildə istehsal olunmuşdur. Kupelərin işıqlandırılması üçün damında 2 ədəd lyuminesset lampa quraşdırılmışdır. Bu işıqlandırıcı lampalar ЛБ-20 tipli 20 vat gücə malikdir. Hər işıqlandırıcı lampada lyumimesset işığı söndürüldükdən sonra, gecə işığı (közərmə) yanır. Xüsusi şöbə, dəhliz, tualetlər və qazanxana olan hissə közərmə lampalarla təchiz edilmişdir. Kupelərdə lyuminesset işıqlardan əlavə, hər bir polkanın baş tərəfində gecə vaxtı oxumaq üçün gecə işıqları və qapının üstündə ümumi gecə işığı kupeni içıqlandırmaq üçün lampa quraşdırılmışdır. Bunlardan əlavə stol üstü işıq lampaları üçün razetkalar quraşdırılmışdır. Bunlardan əlavə kupelərdə və tualetlərdə, gücü 220 volta bərabər olan razetkalar quraşdırılmışdır. Bu razetkaları xüsusi, gücü 130 vata bərabər olan enerji istehsal edici maşından qidalanır. Bu elektrik maşın 52 bolt sabit və 220 dəyişən cərəyan istehsal edir, tezliyi isə 50 hersə bərabərdir. Vaqonn lyuminesset işıqları, vaqonun altında quraşdırılmış düzləndirici vasitəsi ilə təmin edir. Bu düzləndirici sabit gərginliyi (52 b) 220 voltluq dəyişən cərəyana çevirir. Bu vaqonlarda EV 648\1 tipli 52\65 volt gərginliyə, gücü 4,5 kilovata bərabər olan generatordan istifadə olunur. Generatorun lövbərinin fırlanma sürəti 420 – 2520 dövr dəqiqəyə bərabərdir. Çəkisi isə 215 kq – dır. Generator reduktor – kardan ötürmə vasitəsi ilə işləyir. 26 – XГО – 50 və ya 40ТЖН-250 tipli akkumlyator batareyalar ilə təmin edilmişdir. Elektrik tənzimləyicisinin tipi isə 64\01.18 – dir.
Vaqonda elektrik avadanlıqların yerləşdirilməsi : (şəkil 7) Xüsusi şöbədə yerləşdirilmiş ПУ idarə etmə paneldə aşağıda qeyd olunanlar yerləşdirilmişdir: generatorun və lyumüsentsiya lampaların qoşulmasını bildirən lampa, V – volt metr və A ampermetr hansı ki, akkumlyator batareyaların xəttindəki gərginliyi və cərəyan şiddətini ölçmək üçün. Vaqon altı işıq xəttini qoşduğu zaman ampermetrin əqrəbi əvvəl sağa sonra isə sol tərəfə yerini dəyişərək işıqların qoşulmasını göstərir. Vaqonun altındakı işıq xətti ПМ pakat qoşucu vasitəsi ilə qoşulur. BU qoşucunun üç vəziyyəti vardır. O – sıfır söndürülmüş hal, işığın verilməsi və işığın qəbul edilməsi. Bu qoşucu 0 – da olduğu zaman heç bir işıq xətti qoşulmamışdır, qoşucu “işığın verilməsi” vəziyyətində özü işıq verir “işığın qəbulu vəziyyətində” isə özü digər vaqondan qəbul edir. Əsas baş qoşucunun dörd vəziyyəti vardır. 1\2 vəziyyətində işıqlandırma sistemi tam qoşulmur, 1\1 vəziyyətə qoyulduğu zaman bütün işıqlandırma sistemi qoşulur. Qoşucunun gecə işıqları vəziyyətində isə gecə işıqları yanır.
Qrup şitində: I,II,III – elektrokipyatilnik (samovar) IV – içməli suyun soyuducu qurğusunu qidalandırır və bu xətlərlə qoruyucular quraşdırılmışdır. V – vaqonun qazanxana olmadığı tərəfdə, dəhlizlərdə, tamburda və tualetlərdəki işıqlar, VI – vaqonun quyruq siqnal işıqları, VII – işıqlandırma dördüncü kupe qarşıq dörd kupenin işıqları, VIII – beşinci kupedən, doqquzuncu kupeyə kimi lyumisentsiya işıqları, IX – tualetlərin tutulmasını bildirən işıqlandırma, X – xət, xüsusi şöbənin sərnişinlərin minik vaxtı işıqların yandırılması üçün işıqlar, XI – şivitilniklərin işıqları, XII – qəza halında işıqların xətti, XIII – səs zənglərin qoşulması üçün, XIV – stol, stolüstü işıqları qoşmaq üçün razetkalar, XV – su boruların qızdırma xətti, XVI – qızdırma xəttində suyun sirkulyasiyasını artırmaq üçün, XVII – tualetlərə isti suyun verilməsini təmin edən xətt, XVIII – vaqon altı magistral xəttini təmin edən naqillərin qoşulması üçün.
Mövzu : Almaniya Respublikasında istehsal olunmuş kupe vaqonlarının elektrik avadanlıqları haqqında məlumat
47 Д tipli 1968 – ci ildə Almaniya Respublikasında istehsal edilmiş kupe vaqonun sorucu ventelyasiyası vaqonun içindəki havanın dərəcəsindən asıllı olaraq avtomatik işləyir. Ventelyasiyanın iş prinsipini əl ilə də idarə etmək olur. Süni ventelyasiyanın elektrik mühərriki ЕВ5A tiplidir gücü isə 1,2 kilovata bərabərdir. Vaqonun lyumisens işıqlandırma sistemini qidalandırmaq üçün 1,2 kilovat gücə malik olan FV – 120 tipli düzləndiricidən istifadə edilir. Bu düzləndiricinin gərginliyi 55\220 volta, tezliyi isə 400 hersə bərabərdir. Elektrik üz qırxanları işlətmək üçün gərginliyi 54\220 volta, bərabər olan razetkalardan istifadə edilir. İçməli suyu soyudulması üçün ТWK – 10 tipli qurğudan istifadə olunur. Bu su sərinləşdirici qurğunun kompressoru 60 volt gərginliklə işləyərək gücü 0,25 kvt-a bərabər olan elektrik mühərriki ilə işləyir. Vaqonda 2,2 kvt gücə malik olan elektrokipyatilnik quraşdırılmışdır. 60 volt gərginliklə işləyərək 400 vt gücə malik olan “Omega” adlı tozsorandan istifadə edilir. Qeyd olunanlardan başqa vaqonda radio şəbəkəsi quraşdırılmışdır. Vaqonda cəmi 13 ədəd hündürdən danışan, bunlardan 10 ədəd kupedə, 2 ədəd böyük dəhlizdə, 1 ədəd isə xüsusi şöbədə quraşdırılmışdır. Su boruların qızdırılması üçün gücü 350 vata su doldurulan borular isə 25 vata bərabər olan elektrik qızdırıcılardan istifadə edilir. Qızdırıcı xəttində isti suyun sirkulyasiyanın dövr edilməsini təmin etmək üçün 0,2 kilovat gücə malik olan nasosdan istifadə edilir. Vaqonun altında quraşdırılmış akkumlyator batareyalar quraşdırılmış qutu kip hazırlandığını nəzərə alaraq, qutunun üstündə gücü 0,05 kilovata bərabər olan ventelyator quraşdırılmışdır. Vaqonun altında 23\07,21 tipli 4,9 gücə malik olan kardan reduktor ötürmə hərəkəti ilə işləyən generator, nikel-kadiumlu 13-3-3K375H tipli qələvəli akkumlyator batareyalar quraşdırılmışdır.
İdarə etmə paneli (şəkil 8) Bu idarə etmə paneldə quraşdırılmış cihazlar üstündə yazılmış yazıları ilə oxunulur. Akkumlyator batareyasının gərginliyini ölçmək üçün “K” düyməsinin basılması kifayət edilir. Vaqonun altında yüksək gərginlikli elektrik xətti quraşdırılmışdır. Burda 3000 b gərginlik vardır. Bu xətt bütün qatar boyunca istilik elektrik sistemini qoşmaq üçün nəzərdə tutulmuşdur. İdarə etmə paneldə iki ədəd paket qoşucular quraşdırılmışdır (ПD). Bumlardan biri vaqonun altındakı elektrik xəttinə el.enerjinin verilməsi üçün, ikinciisə (ПТ) digər vaqonlardan özünə el.enerjini götürmək üçündür. Ventelyatoru işlətmək üçün paket qoşucudan istifadə edilir. Bu qoşucunun 5 vəziyyəti vardır: 1- qoşulmuşdur, 2- sorucu ventelyasiya sistemi avtomatik rejimdə işləyir. Ventelyatorun elektrik mühərriki BH döyməsi ilə temperaturadan asıllı olaraq avtomayik qoşulur. 3(I), 4(I) və 5 (III) döymələr ilə ventelyatorun elektrik mühərrikini əl ilə qoşulur. I vəziyyətdə qış mövsümü üçün vaqona havanın üfürülməsi üçün 900 m3\s; II vəziyyətdə keçid dövrü zaman vaqona 18000 m3\s üçün; III vəziyyət isə yay mövsümündə havanın verilməsi üçün istifadə edilir. Bu halda isə 4000 m3\saatda vaqona hava üfürülür.
Dostları ilə paylaş: |