Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Hava yolu ilə sərnişin daşınması müqaviləsi



Yüklə 200,14 Kb.
səhifə18/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   46
Hava yolu ilə sərnişin daşınması müqaviləsi
Hava nəqliyyatının fəaliyyətində sərnişinlərin daşınması mühüm yer tutur.

Məhz nəqliyyatın bu növü sərnişinlərin mənzil başına – təyinat yerinə daha

tez və səmərəli surətdə çatdırılmasını təmin edir.

Hava nəqliyyatı ilə sərnişinlərin daşınması müqavilə əsasında həyata

keçirilir. Bu müqavilə hava yolu ilə sərnişin daşınması müqaviləsi adlanır.

Həmin müqavilənin şərtləri, tərəflərin hüquq və vəzifələri, müqaviləni yerinə

yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə onların daşıdıqları

məsuliyyət, həmçinin digər məsələlər aviasiya qanunvericiliyi ilə tənzimlənir.

«Aviasiya haqqında» Azərbaycan Respublikası Qanununun X fəslinə daxil olan

normaların bir hissəsi məhz sərnişin daşınması müqaviləsinin tənzimlənməsinə


həsr edilmişdir. Bundan əlavə, Daşıma Qaydalarında sərnişindaşıma özünün

detalları ilə, daha aydın və konkret surətdə tənzim olunur. Qaydaların 3-cü

fəsli özündə məhz hava nəqliyyatı müəssisəsi ilə sərnişinlər arasındakı

münasibətləri nizama salan normaları birləşdirir. Hava yolu ilə sərnişin

daşınması müqaviləsinə anlayış Daşıma Qaydalarında da verilir.

Hava yolu ilə sərnişin daşınması müqaviləsinə görə, daşıyıcı biletdə

göstərilmiş reyslə uçan hava gəmisində sərnişinə yer verməklə sərnişini təyinat

məntəqəsinə çatdırmağı, sərnişin isə müəyyənləşdirilmiş tarif üzrə daşıma

haqqını ödəməyi öhdəsinə götürür.

Verilən anlayış onu göstərir ki, hava yolu ilə sərnişin daşınması

müqaviləsi əvəzli müqavilədir. Belə ki, daşıyıcı sərnişini təyinat yerinə haqq

müqabilində çatdırır. Buna daşıma haqqı deyilir. Sərnişin daşıyıcıya daşıma

haqqı ödəyir.

Verilən anlayış həm də onu göstərir ki, hava yolu ilə sərnişin daşınması

müqaviləsi ikitərəfli müqavilədir. Belə ki, müqavilədə iştirak edən hər iki tərəf

hüquqlara malik olub vəzifələr daşıyır: sərnişinin üzərinə daşıma haqqını

ödəmək vəzifəsi, daşıyıcının üzərinə isə sərnişini təyinat yerinə çatdırmaq

vəzifəsi düşür; sərnişin daşıyıcıdan onun təyinat məntəqəsinə çatdırılmasını tələb

etmək hüququna, daşıyıcı isə sərnişindən daşıma haqqının ödənilməsini tələb

etmək hüququna malikdir.

Hava yolu ilə sərnişin daşınması müqaviləsi həm də konsensual

müqavilədir. Bu cəhəti ilə o, yük daşınması müqaviləsindən fərqlənir.

Bildiyimiz kimi, yük daşınması müqaviləsi real əqd kateqoriyasına daxildir.

Sərnişin yol bileti və ya gediş bileti əldə etdiyi andan müqavilə bağlanmış

sayılır. Buna görə də hava yolu ilə sərnişin daşınması müqaviləsi bütün

hallarda, istisnasız olaraq, konsensual müqavilə kateqoriyasına aid edilir.

Beləliklə, hava yolu ilə sərnişin daşınması müqaviləsi öz hüquqi təbiətinə

və xarakterinə görə əvəzli, ikitərəfli və konsensual müqavilədir.

Hava yolu ilə sərnişin daşınmasını həyata keçirən təşkilatın hava

nəqliyyatı ümumi istifadədə olan nəqliyyat növünə aiddir. Mülki qanunvericiliyə

görə, ümumi istifadədə olan nəqliyyatla daşıma sahəsində bağlanan müqavilə

ümumi müqavilə sayılır (MM-in 400-cü maddəsinin 1-ci bəndi). Ümumi

istifadədə olan hava nəqliyyatı təşkilatı öz fəaliyyətinin xarakterinə görə ona

müraciət edəcək hər kəsi – hər bir sərnişini daşımağa borcludur. Deməli, hava

yolu ilə sərnişin daşınması müqaviləsi ümumi müqavilə hesab edilir.

Bağlanma qaydasına görə, hava yolu ilə sərnişin daşınması müqaviləsi

qoşulma müqaviləsi sayılır (MM-in 401-ci maddəsi). Belə ki, həmin müqavilənin

şərtləri standart formalarda müəyyənləşdirilir. Şərtlər, bir qayda olaraq, gediş

biletinin (sərnişin biletinin) mətnində göstərilir. Bu şərtlər sərnişin tərəfindən

nəqliyyat təşkilatının (daşıyıcının) təklif etdiyi müqaviləyə bütövlükdə qoşulmaq

yolu ilə qəbul edilə bilər. Bu isə onu göstərir ki, sərnişin daşınması müqaviləsi

qoşulma müqaviləsi kateqoriyasına aiddir.2

Hava yolu ilə sərnişin daşınması müqaviləsinin iki növü fərqləndirilir:

-hava yolu ilə adi (müntəzəm) sərnişin daşınması müqaviləsi;

-hava çarter (qeyri-müntəzəm) sərnişin daşınması müqaviləsi.

Hava yolu ilə sərnişindaşıma daşınmanın xarici ölkə ərazisi ilə bağlı

olub-olmamasından asılı olaraq iki növə bölünür:

-yerli sərnişindaşıma;

-beynəlxalq sərnişindaşıma.

Yerli sərnişindaşıma yalnız bir dövlətin ərazisi ilə məhdudlaşır. Məsələn,

sərnişinin Bakı şəhərindən Gəncə şəhərinə uçması yerli daşınmaya misaldır.

Yerli daşınma zamanı, həm də sərnişinin (hava gəmisinin) başqa xarici

dövlətin ərazisində dayanması nəzərdə tutulmur.

Aşağıdakı hallarda hər cür daşıma beynəlxalq sərnişindaşıma sayılır:

-yoladüşmə və təyinat yeri iki dövlətin ərazisində olan daşıma;

-yoladüşmə və təyinat yeri eyni dövlətin ərazisində yerləşərsə, lakin başqa

dövlətin ərazisində dayanmaq nəzərdə tutularsa.

Məsələn, sərnişin Bakı şəhərindən Parisə uçur. Bu, beynəlxalq hava

daşınmasıdır. Başqa bir misalda, sərnişin Moskva şəhərindən Vladivostoka

uçarkən hava gəmisi Çin dövlətinin ərazisində yanacaq doldurmaq üçün yerə

enir və dayanır. Yoladüşmənin və təyinat yerinin eyni dövlətin (Rusiya

Federasiyasının) ərazisində olmasına baxmayaraq, hava gəmisi başqa dövlətin

ərazisində dayandığına görə, bu cür daşınma yerli deyil, beynəlxalq daşınma

hesab edilir.



Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin