Təyinatına görə informasiya-ölçmə sistemləri aşağıdakı növlərə ayrılır:
1)
ölçmə sistemləri;
2) avtomatik nəzarət sistemləri;
3)
texniki diaqnostika sistemləri;
4) təsvirləri tanıma sistemləri.
Ölçmə sistemləri (ÖS) birbaşa,dolayı və birgə ölçmələr aparılması üçün tətbiq olunur.Bu
sistemlərdən,adətən,müxtəlif obyektləri və prosesləri tədqiq etmək üçün istifadə edilir və onlar
nisbətən yüksək metroloji xarakteristikalara malik olur.
Tədqiq edilən obyektlər haqqında informasiya bəzən minimum olduğu üçün ölçmə sistemləri
strukturuna və imkanlarına görə universal olmalıdır.Bu sistemlərin çıxışında informasiya adlı rəqəmlər
və ya onların nisbəti şəklində operatora verilir. İnformasiyanı təsvir vasitələri çox müxtəlif ola bilər:
əqrəbli və rəqəm cihazlarının
göstərişləri, qrafiklər, cədvəllər və s.Sistem
məsləhətçi rejimində də
işləyə bilər.Bu halda informasiya məlumat şəklində verilir və ondan operator istifadə edə bilər.
Bəzi ölçmə sistemləri ölçmə informasiyasını mürəkkəb riyazi emaletmə qabiliyyətinə
malikdirlər.Bu halda ölçmə nəticəsi məntiqi nəticələr və ümumiləşdirilmiş rəqəmlər şəklində alınır.
Avtomatik nəzarət sistemlərində (ANS) nəzarət obyektinin vəziyyəti müəyyənləşdirilir,yəni
nəzarət olunan obyekti xarakterizə edən paramaetrlərin həqiqi qiymətləri normal və ya mümkün
ola bilən qiymətləri ilə tutuşdurulur.Bu
qrup sistemlər mərkəzləşdirilmiş nəzarət sistemləri də
adlandırılır. Burada obyektin xarakteri əvvəldən məlum olur,onun mümkün olan halları isə normal
və yol verilməyən hallara bölünür (“norma”, “normadan yuxarı”, və “normadan aşagı”).
Sistemin
verdiyi informasiya keyfiyyət xarakteri daşıyır və obyektin verilən rejimdə olduğunu,yaxud ondan
“yuxarı” və ya “aşağı” çıxdığını göstərir.Ona görə də avtomatik
nəzarət sistemləri ölçmə
sistemlərinə nisbətən az universal ola bilər.
Texniki diaqnostika sistemlərində (TDS) ölçmə nəticələri əsasında obyektin
xarakteri,ondakı nasazlıqların xarakteri, bu nasazlıqları aradan qaldırmaq və s.haqqında ümumi-
ləşdirilmiş mülahizələr verilir.
Bu qrup sistemlərdə, adətən, yaxşı inkişaf etmiş hesablama və
məntiq qurğuları olmalıdır.
Təsvirləri tanıma sistemləri (TTS) ölçmə informasiyasını emal yolu ilə sistemin çıxışında
təsvirləri təsnif etmə nəticələrinin alınmasına imkan verir.
İÖS-nin əsas növü ölçmə sistemləridir.Ölçmə sistemləri
də avtonom və ya texnoloji
proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TPAİS), yaxud daha yüksək səviyyəli
İÖS-nin tərkib hissəsi ola bilər. Ölçülən kəmiyyətlərin miqdarı
nisbətən az olduqda, ölçmə
dəqiqliyinə tələbat böyük olmadıqda və verilənlərin ötürülmə məsafələri kiçik olduqda yalnız
vericilərdən və analoq hissədən ibarət analoq ÖS tətbiq edilir.
Ölçmə nəticələrinin uyğun emalından sonra və bir sıra əlavə verilənlər olduqda avtomatik
nəzarət,diaqnostika və təsvirləri tanıma nəticələri alına bilər.
Tədqiq edilən obyektə qədər olan məsafədən asılı olaraq İÖS – yaxın və uzaq məsafədə
təsir edən sistemlərə və ya teleölçmə sistemlərinə (TÖS) ayrılır.Teleölçmə
sistemlərinin əsas
fərqləndirici əlaməti onlarda əlavə olaraq rabitə kanalları xarakteristikasının nəzərə alınması
tələbatıdır.
Tədqiq olunan obyektlə qarşılıqlı əlaqəsinə görə sistemlərin strukturu passiv və aktiv
sistemlərə ayrılır.Passiv sistemlər yalnız obyektdən informasiyanı qəbul edir.Aktiv obyektlər isə
obyektə xarici təsiretmə qurğuları vasitəsilə təsir etməklə onun vəziyyətinin avtomatik olaraq və
daha dolğun öyrənilməsinə imkan verir. Bu cür strukturlardan elmi tədqiqatların
avtomatlaşdırılması üçün istifadə olunur.
Dostları ilə paylaş: