Mühazirə konspekti


 İNFORMASİYA-ÖLÇMƏ SİSTEMİNİN ÜMUMİLƏŞDİRİLMİŞ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix16.06.2022
ölçüsü0,72 Mb.
#117005
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
Elektrik-ölçmələri-mühazirə

13. İNFORMASİYA-ÖLÇMƏ SİSTEMİNİN ÜMUMİLƏŞDİRİLMİŞ 
STRUKTUR SXEMİ 
 


İnformasiya-ölçmə sistemlərinin əsas funksiyalarına – tədqiqat obyektindən ölçmə 
informasiyasının alınması,onun emalı, informasiyanın operatora və yaxud kompyuterə verilməsi, 
tədqiqat obyektinə idarəedici təsirlərin formalaşdırılması və s. əsasən onların ümumiləşdirilmiş 
struktur sxemini şəkil 13.1-də göstərilmiş sxem kimi təqdim etmək olar. 
Şəkil 13.1. İnformasiya – ölçmə sisteminin ümumiləşdirilmiş struktur sxemi 
Sxem aşağıdakı qurğulardan təşkil olunmuşdur: 
1) ölçmə qurğusu – buraya ilkin və ikinci ölçmə çeviriciləri, ölçü ilə müqayisə, kvantlama, 
kodlama əməliyyatlarını yerinə yetirən ölçmə qurğuları,eləcə də kommutator daxildir
2) ölçmə informasiyasını müəyyən alqoritm (izafiliyin ixtisarı, riyazi əməliyyatlar, 
modulyasiya və i.a.) üzrə emal edən qurğu; 
3) informasiyanı yadda saxlama qurğusu
4) informasiyanı reqistrator və yaxud indikator şəklində təqdimetmə qurğusu; 
5) İÖS-nin bütün qovşaqlarının qarşılıqlı təsirini təşkil edən idarəetmə qurğusu; 
6) stimullaşdırıcı təsir generatorları da daxil olmaqla obyektə təsiretmə qurğusu. 
İnformasiya İÖS-dən operatora verilə və yaxud kompyuterə daxil ola bilər. Operator və 
kompyuter sistemin iş proqramını dəyişməklə idarəetmə qurğusuna təsir edə bilər. Bir sıra İÖS-də 
bəzi qurğular və əlaqələr olmaya və yaxud dəyişdirilə bilər. Məsələn, obyektə təsiretmə, 
informasiyanı saxlama və emal qurğuları olmaya bilər. İÖS-in tərkibində kompyuter olduqda 
informasiya bu kompyuterə bilavasitə emal və yaxud (və) saxlama qurğularından daxil ola bilər. 
İnformasiya qəbulediciləri və ötürücüləri olan funksional qovşaqlar (FQ) arasında 
informasiyanın ötürülməsinin təşkili üsulundan asılı olaraq İÖS-nin zəncirvari, radial və maqistral 
strukturları vardır. 
Zəncirvari strukturlu İÖS-də informasiya bir FQ-dan digərinə ardıcıl olaraq ötürülür (şəkil 
13.2). 
Şəkil 13.2. Verilənlərin ötürülməsinin zəncirvari struktur sxemi 
Bütün FQ-lar giriş siqnalları üzərində qabaqcadan verilmiş əməliyyatı yerinə 
yetirirlər.Belə strukturlu İÖS nisbətən sadədir,lakin onun funksional imkanları məhduddur. 
Radial strukturlu İÖS-də (şəkil 9.3) FQ-lər arasında siqnalların mübadiləsi mərkəzi idarəetmə 
qurğusu – kontroller vasitəsilə yerinə yetirilir. Kontroller FQ- lərin iş rejimlərini verir, qarşılıqlı 
təsirdə olan FQ-lərın sayını və tərkibini, eləcə də onlar arasında əlaqələri dəyişir ki,bu da İÖS-nin 
funksiyalarının dəyişməsinə səbəb olur. Bu strukturda hər bir FQ kontrollerə özlərinin fərdi şinləri 


ilə qoşulur.Radial strukturun çatışmayan cəhəti FQ-ların sayı artdıqda kontrollerin mürək-
kəbləşməsidir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin