Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə12/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   137
HRM 2021 yaz semestr

Heyətin idarə edilməsi – təşkilatın kadr siyasəti və məqsədlərinin müəyyən edilməsi və bu məqsədlərə nail olunması ilə əlaqədar konseptual, strateji, taktiki və operativ məsələlərinin aid olduğu rəhbər tərkibi, habelə, idarə etmə heyəti sisteminin bölmə rəhbərləri və mütəxəssislərinin fəaliyyətidir.

İnsan resurslarının idarə edilməsi (human resources management) - iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaşdırılması, bunun üçün zəruri təhlillərin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf məsələləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar fəaliyyətləri əlaqələndirir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insanı əsas tutmasıdır. Lakin bu, təşkilatın məqsədlərinin əsas olmadığı mənasını daşımır. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.

İnsan resurslarının idarə olunması” və “heyətin idarə olunması” anlayışlarının əsas fərqli xüsusiyyətləri. İnsan resurslarının idarə edilməsi və heyətin idarə edilməsi arasında zəruri fərqlərə əsasən aşağıdakıları daxil edirlər:

1. İnsan resurslarının idarə edilməsinin strateji pilləsinə nail olmaq kadr siyasətini, heyətin idarə edilməsinin ənənəvi modeli üçün xarakterik olan passiv və reaktiv siyasətdən fərqli olaraq daha aktiv edir.

2. Daha aktiv kadr siyasətinin reallaşdırılmasına cavabdehlik, həmçinin, struktur bölmə rəhbərlərinin də üzərinə məsuliyyət qoyur. Bu o deməkdir ki, bütün bölmələrin rəhbərlərinin bu cür siyasətin səmərəli reallaşmasına qadir olan təcrübəli işi vahid sistemdə birləşir.

3. Heyətin idarə olunması sistemindən, başqa sözlə, hakim kollektivçilikdən fərdi dəyərlərin sistemli birləşməsinə doğru hərəkət baş verir.

4. Əgər ənənəyə əsaslanan rəhbər, işçi qüvvəsinin təkrar istehsalı ilə əlaqədar olaraq məsrəflərə qənaət etməyə can atırsa (bu səbəbdən insan kapitalına uzunmüddətli investisiyalarla maraqlanmırsa), onda insan resurslarının idarə edilməsi texnologiyası oxşar tipli investisiyaların səmərəliliyinin yüksəldilməsinə yönəlir.



5. Heyətin yeni idarə etmə sistemi muzdlu işçi və işə götürənlərin qarşılıqlı cavabdehliyi mühitini stimullaşdıran adaptiv (uyğun) təşkilati mədəniyyəti nəzərdə tutur. Təşkilatın bütün səviyyələrində təşəbbüskarların, daimi texniki və təşkilati yeniliklərin, problemlərin açıq müzakirələrinin dəstəklənməsi hesabına müəssisənin bütün işçilərinin səyləri onu “əla şirkət” edir.

Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin