Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə8/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   137
HRM 2021 yaz semestr

Autsorsinq (ing. outsourcing) – kooperativləşdirmənin müxtəlif növlüyü, müəssisənin ənənəvi açar olmayan funksiyalarının (məsələn, maşınqayırma kompaniyaları üçün mühasibat uçotu və ya reklam fəaliyyəti kimi) xarici icraçılara – autsorserə, subpodratçılara, kənar firmaların yüksək ixtisaslı mütəxəssislərinə verilməsi; şəxsi biznes-prosesindən imtina, məsələn, tökmə məmulatların hazırlanması və ya balansın tərtib olunması, bu biznes prosesin digər ixtisaslaşmış müəssisəyə realizasiyası üçün xidmətlərin əldə olunması. Autsorsinq dedikdə, bəzən həm heyətin lizinqi, həm də autstaffinq başa düşülür. Özünün hüquqi təbiətinə görə autsorsinqin bu növləri çox oxşardır.

Lizinq – yalnız heyətin şərti ixtisasını deyil, həm də bu heyətin ilkin seçimini, onun xüsusi hazırlığını, təlim keçməsini nəzərdə tutur və sonra sifarişçiyə “onu icarəyə verir”.

Autstaffinq – sifarişçinin analoji ixtisaslı heyəti ilə birgə iş üçün ona təlim keçmiş heyət şəklində “əlavə qüvvə” təqdim etməyi nəzərdə tutur. Autstaffinq – kənardan xarici təşkilatların, idarə edənlərin cəlb edilməsi və bir sıra idarə etmə funksiyalarının onlara verilməsi vasitəsilə idarə etmə proseslərinin kooperativləşdirilməsinə əsaslanan menecment texnologiyasıdır. Autstaffinqin hərfi mənası heyəti şirkətin ştatı üçün hazırlamaqdır. Autstaffinq zamanı şirkətin heyəti əmək müqaviləsini şirkətlə deyil, uyğun müəssisə (bu müəssisəni icraçı adlandıraq) ilə bağlayır. Buna görə icraçı əmək haqqının, vergilərin ödənilməsini, əmək qanunvericiliyinə əməl edilməsi (işə qəbul, işdən azad olunma və s.) funksiyalarını öz üzərinə götürür. Eyni zamanda heyət işi bilavasitə şirkət üçün yerinə yetirir. İcraçı və şirkət arasında müqavilə münasibətləri, bir qayda olaraq, heyətin təqdim olunması müqaviləsi vasitəsilə rəsmiləşdirilir.

Kadrlardan fərqli olaraq heyət – idarəetmə obyektini təşkil edən, operativ idarəetməyə daxil olan kadr və ştatdankənar işçilərin bir hissəsidir. Heyətin idarə edilməsi praktikasının təhlili əsasında “elit (seçmə) heyət”, “orta və yüksək dərəcəli heyət”, “müvəqqəti heyətin təqdim olunması” anlayışlarının istifadəsi ilə əlaqədar olaraq bu nəticəyə gəlmək olar. Praktikada müəssisə işçilərinin rəhbərə və heyətə bölünməsinə də rast gəlinir. Buna belə bir müddəanı misal gətirmək olar: “Qarşıdurma vəziyyəti – heyətin rəhbərin fəaliyyətinə cavabıdır”. Beləliklə, heyət – kadr və ştatdankənar işçilərin müəssisə rəhbəri üçün idarəetmə obyektini təşkil edən, operativ idarəetmədə olan hissəsidir. Müəssisənin strateji inkişafa istiqamətləndirilməsi heyətə münasibətin dəyişməsini tələb edir. Müəssisə daxilində insan resurs ola bilməz, lakin insanın daxili imkanları müəssisədə müəyyən olunmuş vəzifə təlimatları və reqlamentə müvafiq olaraq gözlənilən nəticədən savayı əlavə imkanlar verə bilər. Müəssisədə insan resurslarının idarə edilməsində tamamlayıcı zərurət meydana çıxır. Beləliklə, heyətin idarə edilməsində insan resurslarının idarə olunmasına xüsusi diqqət ayrılması vacibdir.

İnsan resursları” və “heyət” anlayışları ətrafında mübahisələr.

Heyətin idarə edilməsi = İnsan resurslarının idarə edilməsi?

İnsan resursları bizim hər birimizdə mövcud olan kompleks xarakteristikaları nəzərdə tutur. İnsan resurslarının idarə edilməsi – konkret insan və ya insan qrupları resurslarına psixoloji texniki vasitələrlə təsir yolu ilə idarəetmədir. Heyətin idarə edilməsi isə insanların əsas hissəsini menecment kimi, inzibati tədbir və səlahiyyətlərin tətbiqi yolu ilə idarəetmə kimi başa düşür (qəbul edir).




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin