İqtisadi fəal əhali (işçi qüvvəsi) – əhalinin əmtəə və xidmətlər istehsalı üçün işçi qüvvəsinin təklifini (məşğul və işsizləri) təmin edən hissəsidir.
Məşğulluq – qanunvericiliyə uyğun olaraq şəxsi və ictimai tələbatların ödənilməsi ilə əlaqədar vətəndaşların onlara bir qayda olaraq, əmək haqqı gətirən fəaliyyətidir.
Bu səbəbdən tam məşğulluğa – məşğul əhalinin sayının ödənişli işə malik olmaq arzusunda olanların sayına nisbəti kimi baxmaq olar.
Kadrlar – sosial-iqtisadi kateqoriya olub, hər hansı ölkənin, regionun, müəssisənin insan resurslarını xarakterizə edir. Ölkənin bütün əmək qabiliyyətli (istər məşğul, istər potensial işçilər) əhalisini birləşdirən əmək resurslarından fərqli olaraq, “kadr” anlayışı işçilərin sabit (ştat) tərkibini, yəni, müxtəlif müəssisələrdə əmək münasibətlərində olan əmək qabiliyyətli əhalini özünə daxil edir. Kadrlar – müəssisənin ştatında olan və əmək münasibətləri əsasında onun fəaliyyətində iştirakı qəbul edən insanlardır. “Kadr” və “heyət” anlayışlarının fərqləndirilməsi autsorsinq prinsipinə görə müəssisədə kənar şəxslərin aşkara çıxarılması zamanı da aktualdır.