HRM-in funksiyaları. HRM-in müxtəlif funksiyaları arasında aşağıdakıları ayırmaq olar:
insan resurslarının tələbatlarının proqnozlaşdırılması, cari və perspektiv planlaşdırılması, insan resurslarının marketinqi;
insan resurslarının keyfiyyət və kəmiyyət tərkibinin peşəkar-ixtisas və sosial-demoqrafik strukturlar üzrə təhlili, müəssisədə kadr monitorinqi və kadr auditi;
İşçilərin seçimi və sənət seçimi;
İşçilərin işə götürülmə, yerləşdirilmə, yerdəyişməsinin həyata keçirilməsi;
Peşəkar, sosial və psixoloji adaptasiya və istiqamətləndirmə proseslərinin təşkili;
Iş yerləri, iş vaxtı və əmək şəraitinin təhlili və layihələşdirilməsi;
Əməyin nəticələrinin qiymətləndirilməsi və işçilərin attestasiyasının aparılmas;
Kadr ehtiyatının formalaşması və onlarla iş;
İnsan resurslarının korporativ inkişaf proqramının işlənib hazırlanması və reallaşdırılması;
Əmək münasibətlərinin tənzimlənməsi, sosial partnyorluğun inkişafı, firmanın işinə işçilərin cəlb edilməsi;
Münaqişə və əmək mübahisələrinin diaqnostikası və həll edilməsi;
Karyeranın planlaşdırılmasının idarə edilməsi və əməkdaşların peşəkarcasına irəli çəkilməsi;
Sosial proqramların işlənilib hazırlanması və reallaşdırılması;
Kollektivdə psixoloji mühitin yaxşılaşdırılmasına dəstək və təşkilati mədəniyyətin idarə edilməsi;
Əməyin ödənilməsinin təşkili və stimullaşdırılması, mənfəət, mülkiyyət və kapitalda iştirak siyasətinin reallaşdırılması (qeyd edək ki, əməyin ödənilməsinin ən səmərəli ödəniş forması iki həftədən bir ödənilən əmək haqqıdır);
HRM-in səmərəliliyinə nəzarət;
HRM-in məlumat-kargüzarlıq təminatı;
İxtisar olunma və işdən çıxarılmanın idarə edilməsi.
Beləliklə, HRM bir-biri ilə qarşılıqlı əlaqədə olan müəyyən, istiqamətlənmiş funksiyaların yerinə yetirilməsi prosesində həyata keçirilir və müəssisədə HRM-in strukturunu təyin edən tam funksional sistemi əmələ gətirir (şəkil 3.1). Strukturlar adətən, təşkilati sxem şəklində təsvir olunur.