Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


Pedaqoji texnikanın komponentləri



Yüklə 88,02 Kb.
səhifə10/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   42
Pedaqoji texnikanın komponentləri

Pedaqoji texnika ̶ ətrafdakılara pedaqoji təsir üsul və vasitələrinin toplusudur. Pedaqoji texnika, müəllimin öz şagirdlərini görməyə, eşitməyə və hiss etməsinə imkan verən bacarıqlar kompleksidir.

“Pedaqoji texnika” anlayışına iki qrup komponentləri daxil edirlər:



  1. Birinci qrup komponentlər pedaqoqun öz fəaliyyətini idarəetmə bacarıqları ilə bağlıdır. Bura daxildir:

  • Öz bədənini idarə etmək (mimika, pantomimika);

  • Emosiyaları, ruhi durumu idarə etmək (psixi gərginliyin azaldılması, yaradıcı əhvala malik olmaq);

  • Sosial-perseptiv qabiliyyətlər (diqqət, təxəyyül, müşahidə qabiliyyəti);

  • Nitq texnikası (tənəffüs, səsin qoyuluçu, diksiya, nitq tempi).

  1. Pedaqoji texnikanın ikinci qrup komponentləri şəxsiyyətə və kollektivə təsir göstərmək bacarığı ilə bağlıdır və təlim-tərbiyə prosesinin texnoloji tərəflərini aşkara çıxarır. Bu qrupa aşağıdakılar daxildir:

  • Didaktik, təşkilatçılıq, konstruktiv, kommunikativ bacarıqlar;

  • Tələblər verməyin texnoloji priyomları, pedaqoji ünsiyyətin idarə edilməsi və s.

Mimika - üz əzələləri vasitəsilə öz fikirlərini, hisslərini, əhvalını ifadə edə bilmək qabiliyyətidir. Çox zaman müəllimin mimikası onun nitqindən daha təsirli olur. Müəllim öz üzündəki üzvləri dərindən öyrənməli, onların imkanlarını bilməli, öz emosiya və fikirlərini onlar vasitəsilə bəzən bildirməyi, bəzən isə gizlətməyi bacarmalıdır.

Pantomimika ̶ bədənin, əl, al-ayağın hərəkəti deməkdir. Pedaqoq bütün bədənini müxtəlif vəziyyətlərdə məqsədinə uyğun hərəkət etdirməyi və ya sabit saxlamağı bacarmalıdır. Bədənin bütün hərəkətləri və pozaları öz zərifliyi və sadəliyi ilə dinləyiciləri cəlb etməlidir.

Ünsiyyətin aktiv olması üçün açıq pozaya malik olmaq, əlləri çarpazlaşdırmamaq, əksər hallarda auditoriya ilə üz-üzə durmaq, şagirdlərə daha yaxın dayanıb uzaqlaşmaq səmərə verə bilir. Hərəkət zamanı yanlara yox, irəli və geri addım atmaq daha düzgün sayılır. İrəliyə addım atmaq deyiləcək fikrin daha əhəmiyyətli olacağına işarədir. Geriyə çəkilmək, bir növ, dinləyicilərə istirahət vermək şəraiti yaradır.

Pedaqoji texnikanın strukturuna aşağıdakı komponentlər daxildir:



  • Müəllimin özünü idarə edə bilməsi:

  • sosial-perseptiv qabiliyyətlər (diqqət, müşahidə qabiliyyəti, təxəyyül);

  • öz emosiyalarını, əhval-ruhiyyəsini idarə etmək (gərgin psixoloji durumunu aradan qaldırmaq, yaradıcı əhvalda olmaq);

  • bədən üzvlərini idarə edə bilmək (mimika və jestlərin ifadəliliyi və məqsədə uyğunluğu);

  • nitq mədəniyyəti və texnikası (nəfəsalma, səsin qoyuluşu, diksiya, orfoepiya, nitqin məntiqiliyi və ifadəliliyi).

  • Başqalarını idarə edə bilməsi:

  • dərsin təşkili zamanı;

  • kollektiv əməyin təşkili zamanı;

  • ünsiyyət prosesində;

  • rejim vəziyyətinin təşkilində;

  • intizam nəzarət zamanı;

  • tələb verərkən.

  • Əməkdaşlıq etməyi bacarmaq:

  • şəxsiyyəti dərk edib, onu başa düşmək;

  • şagird şəxsiyyətini düzgün qavramaq;

  • uşağı düzgün başa düşmək;

  • uşağa təsir edə bilmək;

  • uşağı müdafiə edə bilmək;

  • qarşılıqlı fəaliyyət göstərməyi bacarmaq;

  • məlumat verməyi bacarmaq

Pedaqoji texnika müəllimə öz şagirdlərini görmək, eşitmək və hiss etməyə imkan verən bacarıqlar kompleksi hesab edilir. Pedaqoji texnikaya pedaqoji məsələlərin həlli zamanı özünü idarə edə bilmək və başqaları ilə qarşılıqlı fəaliyyət göstərə bilmək bacarıqları da daxildir. Pedaqoji texnikanın əsasını peşə bilikləri təşkil edir. pedaqoqun bilik və bacarıqlarının əlaqələndirilməsi, onların qarşılıqlı əlaqəsi müəllimin fəaliyyətinin daxili məzmununun və xarici ifadəsinin hərtərəfli birliyini, vahidliyini təmin edir. Pedaqoqun ustalığı mənəvi mədəniyyətlə pedaqoji baxımdan məqsədəuyğun xarici ifadənin sintezində meydana çıxır.

Pedaqoqun professional ustalığının əsası peşə sahəsindəki biliklərdir. Professional biliklər həm müəllimin tədris etdiyi fənni, həm də tərbiyə etdiyi şagirdləri əhatə edir. Pedaqoji biliklərin məzmununu təlim fənninə, onun metodikasına, həmçinin pedaqogika və psixologiyaya dair biliklər təşkil edir. Professional pedaqoji biliklərin mühüm xüsusiyyəti komplekslilik və inteqrasiyadır. Bu, hər şeydən əvvəl, müəllimin öyrənilən fənnləri əlaqələndirmək qabiliyyətinə aiddir. Hər bir pedaqoji məsələnin həlli pedaqoqun bütün pedaqoji biliklər sistemini aktuallaşdırır. Müəllimin pedaqoji bilikləri komplekslilik və ümumiliklə yanaşı, həm də onun fərdi iş stili ilə xarakterizə olunur. Pedaqoji biliklər əsasında müəllimin fəaliyyət və davranışını müəyyən edən prinsip və qaydalar, yəni pedaqoji şüur formalaşır.



Yüklə 88,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin