Ünsiyyət insanların qarşılıqlı təsir mexanizmi kimi.
Ünsiyyətsiz insanlar və cəmiyyət mövcud ola bilməz. Ünsiyyətsiz insan şəxsiyyəti, onun tərbiyəsi, intellektual inkişafı mümkün deyildir. Ünsiyyət insanların, sosial qrupların informasiya, təcrübə və müəyyən fəaliyyət nəticələrinin mübadiləsinin baş verdiyi qarşılıqlı təsir prosesidir.
Ünsiyyət prosesində aşağıdakılar baş verir:
Sosial təcrübə ötürülür və mənimsənilir;
Qarşılıqlı təsirdə olan subyektiklərin quruluşu və mahiyyətində dəyişikliklər olur;
Müəllim peşəsini seçən hər bir şəxs həm özünün peşə hazırlığı, həm də tərbiyə edəcəyi, öyrədəcəyi adamların yetişdirilməsi üçün məsuliyyət daşımağı üzərinə götürür. Professional pedaqoji fəaliyyəti ləyaqətlə yerinə yetirmək üçün müəllim bir sıra tələblərə əməl etməlidir:
Öz imkanlarını obyektiv olaraq qiymətləndirməlidir;
İntellektual fəaliyyət mədəniyyətinə (təfəkkür, hafizə, qavrayış, təsəvvür, diqqət) malik olmaq:
Davranış və ünsiyyət mədəniyyətinə malik olmaq;
Şagirdi öyrənmək, ona hörmət etmək, onu başa düşmək və s.
Professional- pedaqoji ünsiyyətin aşağıdakı istiqamətləri vardır: