-
Bundan başqa kredit təşkilatları üçün:
- Nağd pulun saxlanması;
- Daşınması və inkassasiya qaydası;
-
Pul nişanlarının ödəmə qabiliyyətsizliyini;
- Zədələnmiş kağız pulların dəyişdirilməsini;
-
Zədəli pulların məhv edilməsini təmin edir.
Nağd pul tədavülü aşağıdakı prinsiplər əsasında aparılır:
1. Bütün müəssisə və təşkilatlar müəyyən olunmuş limit həddindən artıq nağd
pullarını kommersiya banklarında saxlamalıdırlar.
2. İstənilən növ müəssisə və təşkilatlar üçün nağd pul qalıqları üçün banklar limit
həddi müəyyən edir.
3. Nağd pul dövriyyəsi proqnoz planlaşdırmanın obyekti kimi çıxış edir.
4. Pul tədavülünün idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
5. Nağd pul tədavülünün təşkili pul dövriyyəsinin sabitliyini təmin etmək məqsədi
güdür.
6. Müəssisələr nağd pulları ancaq onlara xidmət edən banklardan ala bilərlər.
Nağd pul emissiyası
pulların tədavülə pul kütləsinin artması ilə baş verən
buraxılışıdır.
Nağd pulların inhisarçı emissiya hüququ hər bir dövlətin mərkəzi bankına verilir
ki, bu da bu bankı digər kommersiya banklarından fərqləndirən əsas cəhətlərdəndir.
Dostları ilə paylaş: