Mühazirələr konspekti Fənn: avtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ-1



Yüklə 1,03 Mb.
səhifə33/50
tarix05.01.2022
ölçüsü1,03 Mb.
#111359
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   50
Təminatlı xidmət – istehsalçı-müəssisənin təminat öhdə-liklərinin yerinə yetirməsi ilə bağlı olan və təminatlı xidmət dövründə məmulatın istehsalçı-müəssisənin müəyyən etdiyi istismar xarakteristikaları çərçivəsində tam işləmə qabiliyyətinin təmin edilməsinə yönəldilmiş işlər (əməliyyatlar) kompleksidir.

Təminatlı xidmətə daxildir:



  • istismarın təminatlı dövründə avtomobillərə TQ;

  • avtomobillərin və əsas aqreqatların təminatlı təmiri (dəyişdirilməsi).

Təminatlı TQ− istehsalçı-müəssisənin təminat öhdəliklərinin yerinə yetirməsi ilə bağlı olan və təminatlı xidmət dövründə imtina və nasazlıqların, ətraf mühitin zərərli təsirinin qarşısının alınmasına və məmulatın istehsalçı-müəssisənin müəyyən etdiyi istismar xarakteristikaları çərçivəsində tam işləmə qabiliyyətinin təmin edilməsinə yönəldilmiş işlər (əməliyyatlar) kompleksidir.

Təminatlı təmir − istehsalçı-müəssisənin təminat öhdə-liklərinin yerinə yetirməsi ilə bağlı olan və təminatlı xidmət dövründə konsruksiya və istehsalat xarakterli gizli qüsurların nəticəsində ortaya çıxan (yaranan) qüsurların və nasazlıqların aradan qaldırılmasına və məmulatın istehsalçı-müəssisənin müəyyən etdiyi istismar xarakteristikaları çərçivəsində tam işləmə qabiliyyətinin bərpasına yönəldilmiş işlər (əməliyyatlar) kompleksidir.

Təminatlı istismar dövründən sonra avtomobillərə xidmət. Bu dövrdə avtomobillərin TQ və CT qüvvədə olan Nizamnamələr, Əsasnamələr, işlərin təşkili üçün digər rəhbər sənədlər, təlimatlar, normativ-texniki sənədlər və s. əsasında həyata keçirilir.

Bu sənədlərdə aşağıdakı məsələlər öz əksini tapır:



  • aparılan texniki siyasət;

  • texniki xidmət sisteminə tələblər, onun təşkili;

  • avtoservis sistemi müəssisələri, avtomobil sahibləri və istehsalçı-zavodlar arasında qarşılıqlı münasibətlərin nizamlanması;

  • avtomobillərin etibarlığının və təhlükəsiz istismarının təmin olunmasına yönəlmiş texniki təsirlərin prinsipial əsasları və normativləri;

  • TXS-də istehsalatın təşkili, TQ və CT-nin texnoloji proseslərinin təşkili;

  • xidmət növlərinin keyfiyyətinin idarə olunması sistemi;

  • ehtiyat hissələrinə və texnoloji avadanlığa olan tətəbatın təyin edilməsinə aid tövsiyələr;

  • avtoservis müəssisələrinin layihələndirilməsi və rekons-truksiya edilməsi üzrə tövsiyələr.

Bu dövrdə aparılan texniki təsirlər aşağıdakı kimi qruplaşdırılır: servis kitabçasının talonları (kuponları) üzrə xidmət; gündəlik qulluq; servis kitabçaları olmayan avtomobillər üçün TQ; mövsümi TQ; ümumi diaqnostika; elementlər üzrə diaqnostika; CT; əsaslı təmir.

Göstərilən iş növləri üçün pul ödənişi TXS-də qüvvədə olan qiymət cədvəllərinə görə aparılır.



MÜHAZİRƏ


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin