MÖVZU10.
Mülki müdafiənin öyrədilməsinin təşkili.
Plan
1.Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması mülki
müdafiənin əsas vəzifələrinnən biri kimi.
2.Ümumtəhsil məktəbləri şagirdlərinin MM üzrə MM biliklərinin öyrədilməsinin
tədrsinin məqsədi.
3. Mülki müdafiə təliminin metodikası
4.Nəzəri və əməli məşğələ formalarının keçirilməsi metodikası
5.MM üzrə məşğələlərə hazırlığın metodikası
6.Müəllimlərin məşğələyə(dərsə) hazırlanması,mövzuların aydınlaşdırılması və
tövsiyyə olunan ədəbiyyatların öyrənilməsi
7.Məşğələlərin məqsədi,tədris sualları və seçilmiş qaydaların müəyyən edilməsi
8.Mülki müdafiənin təlimlərinin prinsipləri, metodları və formaları
Azərbaycan Respublikasının mülki müdafiəsi sülh və müharibə dövründə əhalinin
və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti
orqanları,hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Mülki
müdafiə sistemi yerinə yetirir.
Dünyada baş verən təbii hadisələr, texnogen qəzalar, dövletlerarası və
dövlətdaxili silahlı toqquşmalar təhlükəsinin mövcud olması, hərbi işinin inkişaf
tendensiyalarını bir daha nəzərə almağı,silahlı mübarizə vasitələrinin,xüsusən də
nüvə silahının dövrümüzdəki rolu və yeri barədə düşünməyi tələb edir.
Burada hərbi qüvvədən o cümlədən də nüvə silahından istifadə edilməsinin
mümkünlüyü, yaxud qeyri mümkünlüyü məsələsi qarşıya cıxır.
İndiki dünyada beynəlxalq münasibətlərə istiqamət verən iri və hərbi gücü
çox olan dövlətlərin apardıqları siyasətin rolu və məsuliyyəti artir, digər tərəfdən
nüvə silahının mövcudluğu onlara ehtiyyatlı olmağa məcbur edir
Hazırda dunyada bir cox ictimai xadimlər yuxarıda gostərilən reallığı qeyri-
şərtsiz qəbul edir və belə bir cəhətə ustunluk verirlər ki, siyasi məqsədlərə əsasən
hərbi quvvə tətbiq etmədən dinc və siyasi danışıq yolu ilə nail olmaq mumkundur.
Dunya dövlətləri sitemində muxtəlif dəyişikliklər baş verir, lakin muharibə ,
sulh məsələsi problem olaraq qalır.
Bu gun Azərbaycan Respublikasi suveren dövlətdir və muharibə
vəziyyətindədir.O muhafizə sahəsində butun problemləri özu həll etməlidir.
Son onilliklərin nəticəsi göstərir ki,butun dunyada təbii fəlakətlərin texnogen
qəzaların,ekoloji katastrofaların intensivliyi son dərəcədə artmışdır,bunlar da bir
sıra gözlənilməz nəticəlrə gətirib çıxarır, insanların həyatına,sağlamlığına,genetik
fonduna ciddi təhlukə yaradır.
Hal-hazırda bir cox fövqəladə halların yaranmasina səbəb terrorizm olub
tədricən beynəlxalq xarekter alır.
Muasir Azərbaycan Respublikasında əhalinin tehlukəsizliyinin təmin
olunması,o cumlədən də təbii,texnogen,ekoloji,sosial-siyasi xarakterli fövqəladə
hallardan muhafizesi böyuk əhəmiyyət kesb edir.
Bununla belə Mulki mudafiə haqinda Azərbaycan Respublikası qanunun
tətbiq edilməsi barədə Azərbaycan respublikası prezdenti H.Ə.Əliyevin 1998-ci il
18 aprel tarixli 700 sayli fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azerbaycan respublikasinin Nazirler Kabinetinin verdiyi qərara əsasən
Azerbaycan Respublikasi Tehsil Nazirinin 07.01.1999-cu il tarixli 14 sayli əmri ilə
humanitar və pedaqoji ali məktəblərin tədris planlarına Mulki Mudafiə və tibbi
biliklərin əsasları fənni daxil edilmisdir.Butun tədris prosesində tələbələrə-
gələcək muəllimlərə fövqəladə hallarda evdə,kucede,məktəbdə,cöldə duzgun
davraniş qaydaları və normalarına riayət etməyin vacibliyi izah edilir.
Belə ki, sulh və muharibə dövrlərindəki fövqəladə hallarin, təbii
fəlakətlər,istehsalat qəzalarının nəticəsində yaranmış zədələnmə ocaqlarin da
xilasetmə və təxirəsalinmaz işlərin təşkilin əsasları,əhalinin Azərbaycan
respublikası Nazirlər kabinetin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarı ilə
təsdiq edilmiş Azerbaycan Respublikasında fövqəladə hadisələrdən mudafiə
sahəsində əhalinin hazırlanması qaydalarina muvafiq olaraq muhafizə bilikləri
ölkəmizin 6 yaşdan yuxarı butun vətəndaşlarına öyrədilməlidir.Bu məqsədlə
məktəblərintədris praqramına da Mulki mudafiə fənni daxil edilmisdir.Şagirdlərə
bu fənnin oyrənilməsində məqsəd-onlari təbii fəlakətlərin,qəzaların
nəticələrindən,eləcədə muasir silahların təsirindən muhafizəyə hazirlamaqdır.bu
həmcinin sagirdlərə dəyanət,oz quvvələrinə inam kimi keyfiyyətlər
aşılanmasına,vətənpərvərlik tərbiyəsinə yardim gostərir ki,bunlarda muharibəyə
cəlb olunmuş respublikamizin gənc vətəndaşlari ucun vacib keyfiyyətlərdəndir.
Orta ümumtəhsil məktəblərində MM məşğələləri 2,5 və 6-cı siniflərdə,(tədrisi
6 yaşdan başlayan məktəblərdə isə 3,6 və yeddinci siniflərdə) keçirilir.
Məktəblərdə MM üzrə məşğələ saatları qüvvədə olan proqram üzrə
keçirilir.Tibb mövzuları üzrə məşğələlərin aparılması(6-cı sinifdə) məktəblərin tibb
işçiləri səhiyyə orqanlarının,"Qızıl Aypara" cəmiyyəti yerli təşkilatların ayırdığı
şəxslər,habelə "tibbi biliklərin əsasları" kursunu bitirmiş fənn müəllimləri cəlb
olunmalıdır.Aşağı sinif şagirdlərinin psixoloji xüsusiyyətlərini nəzərə
alaraq,təcrübi məşğələlərdə oyun metotikasindan istifadə etmək,yarış keçirmək,
bununlada uşaqlarda öyrədilən fənnə maraq və müsbət əhval-ruhiyyə yaratmaq
məqsədə uyğundur.
Məşğələlərin aparılması metodikasının əsasını müəllimin qısa
söhbəti,fəaliyyət üsulunu nümunəvi surətdə göstərməklə onu dəqiq izah etməsi,bu
qayda və üsulları yerinə yetirməkdə şagirdlərdə əməli vərdişlər yaratmaq üçün
onlara məşq keçirilməsi təşkil etməlidir.
Məşğələləri daha səmərəli hazirlamaq və onları keyfiyyətli kecirmək
məqsədilə muəllim MM-yə dair metodiki və əyani vasitədən,texniki tədris
vasitələrindən istifadə edir.Aşagi siniflərdə Mulki mudafiə məşğələləri apararkən
nəzərə alinmalidir ki,bu uşaqların muhafizə məsələlərinə,geniş mənada isə hərbi
işin ən bəsit də olsa unsurləri ilə ilk tanışlıqdır.Burada şagirdlərə muəyyən
anlayışlar verməklə bərabər onlarda bu işə tədricən maraq,həvəs yaradilması,sonra
isə bacarıq ve vərdişlər aşılanması yuxarı siniflərdə kecirilən ibtidai hərbi
hazirlığın keyfiyyətlərinə musbət təsir gösterir.Butun bunlar isə məktəblərin
umumi hərbi vətənpərvərlik tərbiyəsi ucun də son dərəcədə əhəmiyyətlidir.
Mülki müdafiə kursunu öyrənərkən 3 əsas məsələ həll edilir:təlim keçənlərdə
bu fənn üzrə mükəmməl biliklər formalaşdırmaq,fərdi və kollektiv mühafizə
vasitələrindən istifadə etməyin əməli vərdişlərini aşılamaq və bu mühafizənin
səmərəliyinə inam tərbiyə etmək .Məllimin metodikası bu məsələlərin kompleks
həllini təmin etməlidir. Dərsin səmərəliyinin yüksəldilməsi möhkəm biliklərin
formalaşmasında başlıca şərtdir.Səmərəliyin əsasını dərsdə tədris işinin yaxşı təşkil
olunması həm də bu,dərsdə şagirdin ,müəllimin rəhbərliyi altında müstəqil
işləməsinə daha cox yer verilməsini nəzərdə tutur.Yeni materialının qısa şəhrindən
sonra mətni öyrənmək,habelə əyani vəsaitlə işləmək,öyrənilən suallara aid
üsulları,hərəkətləri,tapşırıqları yerinə yetirmək üçün şagirdlərə çox vaxt vermək
lazımdır.Öyrənilən materialın ,xüsusilə tədris proqramının daha vacib bölmələrinin
yuxarı sinif şagirdləri ilə tez-tez müzakirəsini keçirmək lazımdır.Bütün tədris
sualları dərsdə mükəmməl öyrənilməlidir.Bu işin ev tapşırığı kimi şagirdlərin
öhdəsinə buraxılması yol verilməzdir.Sadalanan bu tələblərin yerinə yetirilməsi
mülkü müdafiə proqramının şagirdlər tərəfindən mənimsənilməsinə imkan
yaradır.Şagirdlərə müəyyən vərdişlərin aşıianması əsasən əməli məşgələlərdə
olur.Lakin ,nəzəri dərslərdə öyrənilən materialın mahiyətinin izahı ,əməli
qaydalarının və hərəkətlərin(məsələn MM normativlərinin)yerinə yetirilməsi ilə
düzgün uzlaşmalıdır.Mövzunun ,yaxud vacib tədris sualının şəhrinə başlayarkən
,bunu öyrəndikdən sonra şagirdlərin nə etməli olduqlarını(verilən sualın cavabının
planını tərtib etmək,əməli tapşırığı yerinə yetirmək və yaxud əlavə ədəbiyyat
oxumaq və s.)əvvəlcədən demək məqsədə uygundur.Məsələnin belə qoyuluşu
şagirdlərın tədris prosesində faliyyətini artırır.Şagirdlərin MM proqramında
nəzəri,əməli məşgələ formaları nəzərdə tutulmuşdur.Nəzərı dərslər: müharizələr –
materialın şifahi şərhi metodu ilə keçrilir.Bu öyrənilən bölmənin elmi biliklərinin
əsasını verməli,tədris materialının mürəkkəb sullarını qarşılıqlı dialektiki əlaqəli
şəkildə açıqlamalı,şagirdlərin yaradıcı təfəkkürlərinin inkişafına və onların dünya
görüşünün formalaşmasına şərait yaratmalı,nəzəriyyə və təcrübənin aktual
məsələlərini,elmin müasir nailiyyətlərini əks etdirməli,başqa növ dərslərin təşkilinə
və keçirilməsinə və şagirdlərin müstəqil işləmələrinə əsas verməlidir.
Əməli dərslər-müxtəlif əyani vəsaitlər :cihazlar, mühavizə vasitələri və s. əməli
olaraq mənimsəmək, onların tətbiqini,saxlanması metodlarını mənimsəmək,
cürbəcür üsulları və hərəkətləri yerinə yetirməkdə müəyyən vərdişlərin aşılanması,
tədris proqramına müvafiq olaraq tapşırıqların işlənməsi məqsədi ilə keçirilir.
Əməli dərslər ,göstərmək, izah etmək yerində əməli işləməsidir.
Tədris materialının müstəqil öyrənilməsi-sxemlərdən və başqa əyani tədris
vasitələrindən istifadə edərək keçirilir.O,adətən ədəbiyyatdakı materialları təkrar
etməklə,əlavə ədəbiyyatlardan və sorğu kitablarından istifadə etməklə uzlaşdırılır.
Müəyyən edilmişdirki,insan oxuduğu materialın 10%-ə qədərini,eşitdiyinin 20%-ni
gördüyünün isə 30%-ni yadda saxlaya bilir! Eyni vaxtda gördüyünün və eşitdiyinin
50%-ni,danışdığının70%-ni və eyni zamanda danışa-danışa etdiyinin90%-ni yadda
saxlayır.Ona görə də biliklərin mərhələlərlə formalaşdırılması metodunda görülən
işin öz danışığına istinad edərək yerinə yetirilməsi ən proqressiv təlim metodudur.
Belə təlim şagirdlərə tədris materialının vacib əsaslarını,tarixləri,tərifləri,adları və
onlar arasında əlaqələri əks etdirən konspektlər,icmallar vasitəsilə verilməsidir.
Belə icmalar üzrə tədrisdə keçirilən materialların daha möhkəm mənimsənilməsinə
nail olunur,müstəqil hazırlaşarkən onun təkrarına və yadda saxlamasına az vaxt
sərf olunur. Son illərin təcrübələri göstərir ki,fövqaladə halların
nəticələrindən,mühafizənin mövcud sistemində köklü dəyişikliklər edilməsi vaxtı
çatmışdır. Bu baxımdan əhaliyə fövqaladə hallarda davranış və faliyyət
qaydalarının öyrədilməsinin, habelə onların belə hallara mənəvi-psixoloji cəhətdən
də hazırlığının daha səmərəli üsulları tətbiq edilməsidir. İnsan təhlükəsizliyinin
təminatı son vaxtlar kəskin hal almışdır. Bu ona görədirki,təbii fəlakətlərin,eyni
zamanda sənayedə, nəqliyyatda və digər sənaye kompleksində qəzaların sayı
azalmır.
Elmi –texniki tərəqqinin yüksəlmiş mürrəkkəb texniki sistemlərin tətbiqi ilə elmi-
texniki və istehsalat fəaliyyətlərinin miqyasının genişlənməsi,onların istismarında
riskin artması insanların həyat və sağlamlığına,ətraf mühitə və istehsalatın normal
fəaliyyətinə təhlükə yaradır. Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə
müasir sihahların tətbiqi zamanı ,istehsalatda insanların həyat fəaliyyətinin və ətraf
mühütün mühavizəsini təmin etmək,biliyi,bacarığı vermək lüzumu günün vacib
məsələsidir.
Dostları ilə paylaş: |