Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


Sülh dövründə əhalinin köçürülməsinin əsas prinsipləri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə70/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   98
Müh 2016

Sülh dövründə əhalinin köçürülməsinin əsas prinsipləri. 
Sülh dövründə əhalinin təxliyyəsi – əhalinin təbii və texnogen FH baş verən 
zonadan və FH ehtimal olunan ərazidən, FH zədələyici amillərinin təsirindən uzaq 
ərazidə həyat təminatlı-əvvəlcədən müəyyən olunmuş yerlərdə qısa müddətə 
yerləşdirilməsi üçün həyata keçirilən kompleks tədbirlərdir. 
Təxliyyənin xüsusiyyətləri FH mənbəsnin xarakterindən (ərazinin radioaktif və ya 
kimyəvi çirklənməsi, zəlzələ, qar uçqunu, sel, subasma və s.), FH zədələyici 
amillərinin ərazidə yayılması və yayılması vaxtından, köçürüləcək əhalinin sayı və 
nə dərəcədə əhatə olunmasından, təxliyyə tədbirlərinin keçirilməmi müddəti və 
tezliyindən asılıdır. 
Köçürülmə ozaman bitmiş hesab olunur ki, köçürüləcək bütün əhali FH zədələyici 
amillərinin təsir edə biləcəyi zonanın sərhədlərindən kənar təhlükəsiz rayona 
çıxarılsın və yerləşdirilsin. 
Zaman və köçürülmə müddətindən asılı olaraq köçürülmənin variantları: 
əvvəlcədən və təxirəsalınmaz. 
Əvvəlcədən təxliyyə etibarlı mənbədən verlən məlumata əsasən potensial təhlükəli 
obyektlərdən və təbii fəlakət mümkün ola biləcək FH (FH proqnozlaşdırılan) 
zədələyici amillərinin təsir edə biləcəyi zonalardan əhalinin köçürülmasidir. Belə 
tədbirin keçirilməsi üçün əsas mümkün hadisədən bir neçə dəqiqə və ya bir neçə 
gün əvvəl verilən proqnozdur; həmin proqnoz verilən müddət ərzində 
dəqiqləşdirilir. 
FH baş verdikdə ekstren və ya təxirəsalınmaz köçürülmə həyata keçirilir. Əhalinin 
köçürülməsi zədələyici amillərinin təsir etdiyi şəraidə yerinə yetirilir. 
FH-in inkişafından və köçürüləcək əhalinin sayından asılı olaraq təxliyyənin lokal, 
yerli, reqional variantları ayırd olunur. 
FH zonasında olan əhalinin köçürülmə tədbirləri ilə əhatə olunmasından asılı 
olaraq 
ümumi və qismən təxliyyə variantları ayırd olunur. 


Təxliyyənin növləri və keçirilmə müddəti FH miqyasından, təhlükəli zonada 
qalmış əhalinin sayından, yerli şəraitdən və nəqliyyatın olmasından asılıdır. 
Əhali nəqliyyatla, piyada və ya kombinə olunmuş üsulla təxliyyə olunur. 
Köçürülən əhali müvəqqəti olaraq sanitar-gigiyenik tələblərə cavab verən 
düşərgələrdə və ya qonşu yaşayış məskənlərində yerləşdirilir. Əhalini 
yerləşdirərkən hər bir adama 2,75 m2 sahə düşür, səyyar ərzaq və su təchizatı 
məntəqələri quraşdırılır. Palata tipli şəhərlərdə, yataqxanalarda və digər tipli 
məskənlərdə hər bir adama düşən minimal sahə 2,0-2,5 m2 olmalıdır. İçməli suyun 
müalicə məqsədilə adambaşına su sərfi-10 litrdir, stasionar müalicəsində su sərfi 
(bütün ehtiyacları üçün) adambaşına-75 l, bir adamın yuyunması üçün-45 litrdir 
(təhlükə zonasında işləyən dəstələrin şəxsi heyəti də daxil olmaqla). 
Təxliyyənin mütəşəkkil keçirilməsi zamanı təminat məqsədilə şərait yaratmaq 
üçün aşağıdakı xidmət dəstələri planlaşdırılır: nəqliyyat, tibb, ictimai asayişi 
mühafizə və yolhərəkəti təhlükəsizliyini mühafizə, mühəndis, maddi-texniki, rabitə 
və xəbərdarlıq, kəşfiyyat dəstələri. 
Dövlətlərarası bağlanmış sazişlərə əsasən Azərbaycan Respublikasının təxliyyə 
olunmuş vətəndaşları yaxın qonşuların ərazisində yerləşdirilə bilər, həm də 
respublikamızın ərazisində digər dövlətlərin təxiyyə olunmuş vətəndaşları 
yerləşdirilə bilər. 
Təxliyyə tədbirlərinin təbii xarakterli fövqəladə hadisələr, qəzalar və fəlakətlər 
zamanı təşkilinin xüsusiyyətləri. 
Zəlzələ baş vermiş rayonlarda əsas həyat təminatı sistemləri sıradan çıxarsa 
əhalinin təxliyyəsi yerinə yetirilir. Təxliyyə yerli və ya regional səciyyəli 
olur.Təxliyyə tədbirlərinin yerinə yetirilməsi müddəti yol-nəqliyyat imkanları ilə 
müəyyən olunur və təxliyyə nəqliyyat sistemlərinin bərpasından sonra yerinə 
yetirilir. FH zonasında qalmış əhalinin ilk növbədə həyatı təminatı təşkil olunur. 
Təxliyyə bir mərhələdə aparılır, müvəqqəti yerləşmə zərərçəkmiş rayonlarda təşkil 
olunur. Bu məqsədlə şəhərdəki meydançalar, stadionlar və digər təhlükəsiz yerlər 
istifadə olunur. Mənzillərini itirmiş insanlar müvəqqəti olaraq çadırlarda, 
vaqonlarda, yığma evlərdə, su nəqliyyatı gəmilərində yerləşdirilir. 
Fəlakətli subasmış ərazilərdə təxliyyə hidro-texniki qurğularda qəzalar, çay və su 
hövzələrində suyun səviyyəsinin qalxması zamanı təşkil olunur. Hidro-texniki 
qurğularda qəza proqnozu ehtimalı olduqda əvvəlcədən təxliyyə təşkil olunur. 
Təxliyyə lokal və ya yerli xarakter daşıyır. Əgər təxliyyə üçün zaman azdırsa, 
təxliyyə ərazi prinsipi üzrə bir və ya iki mərhələdə aparılır. 
Hidro-texniki qurğunun dağılma təhlükəsi olduqda ekstren təxliyyə qəza zamanı su 
dalğasının 4 saat müddətində çata biləcəyi zonadan kənar əraziyə edilir. 
Kimya təhlükəli obyektlərdə qəzalar zamanı zəhərlənmə zonasında olan əhali təcili 
olaraq güclü təsirli zəhərli maddənin (GTZM) buludunun yayıldığı zonanın 
sərhədlərindən uzaq əraziyə köçürülür. Zəhərləyici maddənin növündən asılı olaraq 
zəhərlənmə zonasından ya hündürlüklərin üzəri ilə (məsələn xlorla zəhərlənmə 
zamanı), ya da çökəklik ərazisi ilə (məsələn, ammonyakla zəhərlənmə zamanı) 
çıxmaq lazımdır. 
Kimyəvi təhlükəli obyektlərin bilavasitə yaxınlığında yaşayan əhalini, GTZM 
buludunun tez yayılmasına görə, adətən, ərazidən tez çıxarmaq mümkün olmur. 


Ona görə də həmin ərazidəki əhali yaşayış binalarında (istehsal və xidməti 
binalarda) otaqları kipləşdirməklə və fərdi mühafizə vasitələrindən istifadə etməklə 
yuxarı və ya aşağı mərtəbələrdə (GTZM növündən asılı olaraq) sığınırlar. 
Əhalinin mümükün ekstern köçürülməsi ilkin proqnoz məlumatlarına əsasən 
əvvəlcədən mümkün zədələnmə zonasından kənar əraziyə aparılır. GTZM ətraf 
mühitə yayılması ilə əlaqədar köçürülən əhalinin köçürüldüyü ərazidə qalma 
müddəti bir neçə saatdan bir neçə günə qədər ola bilər. Bu mühafizə vasitəsi iri 
miqyaslı qəzalar zamanı çox effektivdir. 
Kimyəvi zəhərlənmə zonasından əhalinin və personalın müvəffəqiyyətlə qısa 
müddətə köçürülməsi əvvəlcədən planlışdırma, xəbərdarlıq, nəqliyyat və tibbi 
təminat, ictimai asayişin mühafizəsi və köçürülmənin təşkili tədbirlərinin yerinə 
yetirilməsi ilə mümkündür. 
Əhalinin köçürülməsi qərarı GTZM insan həyatı və sağlamlığı üçün təhlükə 
yaradan toksiki doza həddi proqnozlaşdırıldıqda verilir. Təxliyyə qərarı əsasən 
direktiv sənədlərdəki toksiki doza həddi normalarını aşdıqda verilir. 
Radiasiya təhlükəli obyektlərdə qəzalar zamanı əhalinin köçürülməsi, adətən, yerli 
və ya regional xarakter daşıyır. Əhalinin təxliyyə olunması qərarı radiasiya 
şəraitinin proqnozları əsasında verilir. 
Əgər proqnozlaşdırılan şüalanma həddi aşağı səviyyədədirsə, o zaman təxliyyə 
aparılmır. Əgər şüalanma proqnozuna görə şüalanma aşağı səviyyədən yuxarı 
olarsa, lakin yuxarı səviyyəyə qədər çatmırsa, o zaman köçürülmə təxirə salınır və 
konkret şəraitdən və yerli şərtlərdən asılı olaraq aparılır. 
Əgər şüalanma proqnozu yuxarı səviyyədə olarsa, o zaman təxliyyə mütləq yerinə 
yetirilməlidir. 
Əhalinin təxliyyəsi 2 mərhələdə aparılır: birinci mərhələdə-təxiyyə olunan əhali 
köçürülmə məntəqəsindən mümkün radiasiya zədələnməsi zonası sərhədlərinə 
qədər çatdırılır; ikinci mərhələ isə təxliyyə olunacaq təhlükəsiz yerə çatdırılmadır. 
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə 
komissiyalarının qüvvələri ilə toplanış—köçürmə məntəqələri açılır (TKM). Bu 
məntəqələr adətən, adamlar, nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və 
yolların yaxınlığındakı, məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. 
Müxtəlif əhali toplanış köçürmə məntəqələrinə əvvəlcədən obyektlər üzrə təhkim 
edilir. Toplanış köçürmə məntəqələrinə gələn əhali burada qeydə alınır. Köçürülən 
əhalini qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, 
yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir. 
Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar 
nəqliyyat vasitələrinin növləri üzrə (qatarlar və avtomobil), şəhərdən piyada 
çıxarılacaq adamlar isə piyada dəstələr üzrə qruplaşdırılır. 
Piyada yürüş edən adamların istrahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə 
tutulur: qısa istirahət (10 –15 dəqiqəlik) – hər 1 – 1,5 saat yürüşdən sonra uzun 
istirahət (1 –2 saatlıq) yolun ikinci yarısında, adətən ehtimal edilən güclü dağıntı, 
zəhərlənmə zonasının hüddudlarından kənarda təyin edilir. 
Köçürmə zamanı adamlar ən lazımi şeyləri—paltar, ayyaqqabı, yataq ləvazimatı 
götürməlidirlər. Hər bir adam özü ilə həmçinin ərzaq və bir qədər içməli su ehtiyatı 
(2-3 günlük ərzaq və su) götürməlidir. Tez xarab olmayan, saxlanması daha rahat 


olan və yeməkdən əvvəl hazırlanması tələb olunmayan ərzaq növləri—konservlər, 
qurudulmuş çörək və s. məhsullar götürmək daha məqsədəuyğundur. 
Sənədlərdən pasportu, hərbi bileti, təhsil haqqında diplomu (atestatı), evlənmə 
haqqında vəsiqə, əmək kitabçasını və yaxud təqaüd vəsiqəsini, uşaqların doğum 
şəhadətnaməsi– yaş kağızlarını və məktəb gündəliklərini götürürlər. 
Köçürüləcək uşaqların pal—paltarı və ərzağı yığılmış çemodana (arxa çantasına) 
çətələ (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını, ev 
ünvanını və köçürmə məntəqəsinin adını aydın xətlə yazmaq lazımdır. 
Məktəbəqədər yaşlı uşaqların geyindiyi paltarın daxili cibinə də bu cürə çətələ 
qoyulur; bu məlumatlar yazılmış ağ parça uşağın paltarının astarına tikilsə daha 
yaxşı olar. 
Köçürmə zamanı adamlar öyrəşdikləri yaşayış yerlərini tərk etməyə, əmlakının 
xeyli hissəsini qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yaşamağa vadar 
olacaqlar. Hamı başa düşməlidir ki, müəyyən olunmuş davranış qaydalarına riayət 
etmək hər bir vətəndaşın borcudur. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin