Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə85/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   98
Müh 2016

Sanitar drujinaları 
Mülki müdafiə tibbi xidmətinin kütləvi şəkildə səfərbərliyə alınmasında sanitar, 
manqa və bölmələri mühüm yer tutur. Fəlakət baş vermiş yerlərdə, yaralı və 
xəstələrə ilk yardım göstərilməsində başlıca vəzifə sanitarların üzərinə düşür.
Zədələnmə ocaqlarında sanitar drujinalarının əsas vəzifələri aşağıdakılardan 
ibarətdir:
1)
Zədələnmiş adamların axtarılıb tapılması və onlara ilk tibbi yardım 
göstərilməsi;
2)
İlk tibbi yardım dəstəsi tərəfindən zədələnənlərin tibb məntəqəsinə 
piyada və ya maşınla aparması; 
3)
Sanitar postlarının və xərəkçilər manqasının işinə rəhbərlik 
edilməsi.
Bundan əlavə sanitar drujinaları nüvə zədələnmə və bakterioloji yoluxma 
ocaqlarında epidemiya əleyhinə sanitar tədbirlərinin həyata keçirilməsi işlərində də 
iştirak edə bilərlər. Sanitar drujinaları zədələnmə ocağında öz vəzifələrini mülki 
müdafiənin digər dəstələri ilə, qəza-texniki, yanğından mühafizə və s. ilk sıx 
qarşılıqlı əlaqə şəraitində yerinə yetirir.
Zədələnmələrin ağırlaşması hallarının azaldılması və zədələnmiş adamların 
müalicə müddətinin qısaldılması bir çox hallarda, ilk tibbi yardımın tez və düzgün 
göstərilməsindən asılı olacaqdır. Buna görə də sanitar drujinalarının, sanitar 


postlarının və digər dəstələrin şəxsi heyəti elə ilk anda zədələnmiş adamlara 
yardım göstərməlidirlər. Zədələnmə ocaqlarında sanitar drujinaları tərkibinə daxil 
olduqları ilk tibbi yardım dəstələri və ya mülki müdafiənin xilasetmə dəstələri ilə 
birlikdə işləyirlər.
İlk tibbi yardım dəstəsinin rəisi sanitar drujinalarına müavini vasitəsi ilə rəhbərlik 
edir. İşə başlanmazdan əvvəl hər bir sanitar drujinası üçün iş sahəsi ayrılır və onları 
ayrılmış sahədəki vəziyyətlə (binaların doğulma dərəcəsi, mülki müdafiənin 
mühafizə tikililərinin olması, radioaktiv zədələnmənin təxmini səviyyəsi, 
zədələnmiş adamların ehtimal olunan miqdarı) tanış edirlər. Drujina 
komandirlərinə zədələnmiş adamların köçürülməsi üçün nəqliyyat, daşınma yolları 
və ilk tibbi yardım dəstəsinin yerləşdiyi yer haqqında məlumat verilir, sərf 
olunmuş tibbi-sanitariya əmlakının yerinə təzəsini almaq və şəxsi heyətin 
dəyişdirilməsi qaydaları göstərilir, rabitə yaratmaq və məlumat göndərmək üsulları 
müəyyən edilir.
Bütün sandrujinaçılar zədələnmə ocağına daxil olmazdan əvvəl qoruyucu 
kostyumları, rezin uzunboğaz çəkmələri və əlcəkləri geyməlidirlər. Əleyhqazları 
zəhərləyici, radioaktiv maddələrlə zəhərlənmiş və bakterial vasitələrlə yoluxmuş 
yaxınlaşdıqda geyirlər.
Ayrılmış sahələrə çatdıqdan sonra sanitar drujinalarının komandirləri mülki 
müdafiənin digər xidmətləri dəstələrinin komandirləri ilə əlaqə yaradır, şəraiti 
yerindəcə dəqiqləşdirir, manqaların hərəkət istiqamətini təyin edir və drujinanın 
başqa dəstələrlə qarşılıqlı əlaqə şəraitdə dərhal işə girişməsini təşkil edirlər.
Sandrujinaçılar adamları tapmaq üçün ayrılmış sahəyə səpələnir və bir-birini 
gözdən qoymadan hərəkət edirlər. Sandrujinaçılar gündüz bir-birini səsləyir, gecə 
isə fənər ilə əlaqə saxlayırlar. Dağılmış binalar, zirzəmilər və sadə daldanacaqlar 
xüsusi olaraq axtarılır.
Sandrujinaçılar və digər dəstələrin şəxsi heyəti zədələnmiş adamlara yardım 
göstərdikləri zaman, birinci növbədə zədələyici amillərin təsirini dayandırmalıdır. 
Belə ki, əgər adamın paltarı yanırsa, onu dərhal söndürmək lazımdır. Radioaktiv 
maddələr və ya bakterial vasitələrlə zəhərlənmiş sahələrdə zədələnmiş adamlara 
əleyhqaz və ya nəm pambıq – tənzif sarğı geydirir, bununla da radioaktiv 
maddələrin və ya bakterial vasitələrin orqanizmin daxilinə keçməsini dayandırırlar. 
Sonra zədələnənlərə ilk tibbi yardım göstərilir. Sandrujinaçılar zədələnənlərə 
yardım göstərdikləri zamanı ən təcili tədbirləri yerinə yetirilməlidir: yanı turna, 
turna-burmac və ya sıxıcı sarğı bağlayaraq qanaxmanı dayandırılmalı; yaraya və 
yanıq yerlərinə bint, sarğı paketi, əlaltı materiallar vasitəsi ilə sarğı qoymalı, 
sınıqları standart şinlər və ya əlaltı materiallar (faner, taxta və digər bərk əşyalar) 
vasitəsi ilə immobilizasiya etməlidirlər. Bundan əlavə zədələnmələrə ağrıkəsici 
dərmanlar verir; onları soyuqdan bürüyərək qızındırır və şoka qarşı digər adi 
tədbirləri yerinə yetirirlər. Tənəffüsün zəiflədiyi və yaxud tamamilə kəsildiyi halda 
dərhal süni tənəffüs verməyə başlayırlar. Lazım olduqda qismən sanitariya 
təmizliyi və dezaktivasiya aparırlar.
İlk növbədə şok halında olan zədələnənlərə, nəfəs kəsilməsi və ya zəifləməsi 
hallarına, güclü qanaxmaya, eləcə də qarışıq və digər ağır zədələnməyə məruz 
qalmış adamlara yardım göstərilir.


Sanitar drujinalarının şəxsi heyəti həm ilk tibbi yardım dəstələrinin tərkibinə, həm 
də epidemiya əleyhinə səyyar dəstələrin infeksion xəstəxana və izolyatorların 
tərkibinə daxil edilərək bakterioloji yoluxma ocaqlarından işə cəlb oluna bilərlər. 
Bakterioloji yoluxma ocaqlarında sanitar drujinalarının əsas vəzifələri bakterioloji 
kəşfiyyat aparmaqda xəstələri aşkara çıxarmaq və izolyatorlarla yerləşdirməkdə, 
təcili və xüsusi profilaktika tədbirlərini həyata keçirməkdə, xəstəxana və evlərdəki 
xəstələrə xidmət etməkdə tibbi işçilərinə yardım göstərməkdən ibarətdir. 
Sandrujinaçılar əhaliyə mənzillərdə tam sanitar təmizlənmədən keçmək işində, 
mənzilləri, pilləkənləri, evlərin həyətlərini, ümumi istifadə yerlərini və s. 
zəhərsizləşdirməkdə əhaliyə yardım göstərir. Sandrujinaçılar icra etdiyi işdən asılı 
olmayaraq qoruyucu paltar, əleyhqaz və ya qoruyucu xüsusi maska, əlcək, rezin 
uzunboğaz çəkmə geyməlidir. Sanitar drujinaçılar xəstələnmişi və xəstələnmə 
şübhəsi oyadan adamları aşkar edir. Xəstələri aşkara çıxarmaq üçün sanitar 
drujinaçılar gündə 2 dəfə bütün həyətləri gəzib yoxlamalıdırlar. Xəstə olan 
mənzilə tənəffüs üzvlərinin və dərinin fərdi mühafizə vasitələrini geyərək girmək 
olar.
Belə mənzillərdən çıxdıqdan sonra fərdi mühafizə vasitələrini dezinfeksiya etmək 
və ya dəyişdirmək lazımdır. Aşkara çıxarılan xəstələr haqqında dərhal sanitar 
drujinasının komandirinə və ya təhkim olunmuş tibb işçilərinə məlumat verilir. 
Sandrujinaçılar əhalinin öz mənzillərini zərərsizləşdirilməsi işini təşkil edir və 
buna nəzarət qoyaraq, əhalinin dezinfeksiya maddələri ilə təmin olunmasını 
mənzillərdə istifadə etmə qaydalarına və dezinfeksiyanın düzgün aparılmasına fikir 
verir. Sanitar drujinanın şəxsi heyəti sanitar təmizlənmə aparılmasında, eləcə də 
həşərat və gəmiricilərin məhv edilməsində xüsusi dəstələrə və əhaliyə kömək edir.
Bir neçə sanitar drujinalarından təşkil olunmuş iri sənaye obyektlərində, tədris 
müəssisələrində onları daha idarə etmək məqsədilə sanitar drujina dəstələri 
yaradılır. Sanitar drujina dəstəsi 4-5 sanitar drujinasından və dəstənin idarəetmə 
qrupundan ibarətdir. Sanitar drujina dəstəsi eynilə sanitar drujinalarının gördüyü 
işləri icra edir.
Sanitar postu – düşmən hücumu zamanı öz ərazisində zərər çəkmiş əhaliyə ilk tibbi 
yardım göstərməyə cəlb olunurlar. Sanitar drujinalarının hazırlanması məktəblərdə, 
ali tədris müəssisələrində və “Qırmızı aypara” cəmiyyətlərində təşkil olunur.
Sanitar drujina üzvləri əldə etdikləri bilikləri əyani sürətdə təkmilləşdirmək üçün 
onlar müalicə müəssisələrində xəstələrə qulluq etmək və növbətçi sanitar kimi 
təşkil olunurlar. Bundan başqa sanitar drujina üzvləri təcili tibbi yardım 
məntəqələrində və epidemiya əleyhinə görülən tədbirlərin həyata keçirilməsində 
iştirak etməyə cəlb olunurlar.
Sanitar drujinalarının və sanitar postlarının zədələnmə ocağında göstərdikləri ilk 
tibbi yardımın həcminə aiddir:
-
tənəffüs üzvlərinin mühafizəsi üçün zədələnmiş şəxslərə əleyhqaz, 
respirator və ya pambıq-tənzif sarğı geydirmək;
-
qanaxmanın qarşısını almaq (turna, turna-burmac və yaxud sıxıcı 
sarğı qoymaq);


-
sınıqlarda və külli miqdarda yumşaq toxumaların yaralanması 
zamanı şin və yaxud əl altında olan materiallardan istifadə edərək bədənin 
zədələnmiş hissəsini immobilizə etmək (hərəkətsiz hala salmaq);
-
şok əleyhinə tədbirlər görmək: narkotik analgetiklər vurmaq, sakitlik 
yaratmaq, ürək dərmanları vermək və bədəni qızdırmaq; 
-
süni tənəffüs vermək;
-
ürək fəaliyyətini bərpa etmək (ürəyin qapalı masajı); 
-
zəhərləyici maddələrə qarşı xüsusi antidot vermək və başqa 
profilaktik tədbirlər görmək; 
-
zədənin xarakterinə uyğun zədələnmiş şəxsi xərəyə düzgün qoymaq.
Ümumiyyətlə əsasən sanitar drujinaları və sanitar postları aşağıdakı məqsədlə 
istifadə olunur:
1.
Kütləvi qırğın ocağında ilk tibbi yardım göstərmək üçün;
2.
Səyyar epidemiya əleyhinə dəstələrdə epidemiya əleyhinə aparılan işlərdə 
kömək üçün (həyətləri gəzib qızdırmalı şəxsləri axtarmaq, profilaktik dərmanlar 
vermək, dezinfeksiyada iştirak etmək).
3.
İlk tibbi yardım dəstəsinin tərkibində işləyəndə, tibbi şöbələrin 
açılmasında, xəstələrə qulluq etməkdə, sarğı otağında tibb işçilərinə köməkdə, 
xəstələri nəqliyyata mindirməkdə kömək edirlər.
4.
İxtisaslaşdırılmış xəstəxanalar açılanda onlara kömək etmək 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin