Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə25/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26

Tirəyə səpin texnologiyası. Tirə üsulu ilə becərmənin mənşəyi ənənəvi olaraq suyun idarəedilməsi məsələləri ilə dəmyə şəraitdə artıq suyun bitkilərə təsirinin azaldılması, yaxud suvarılan ərazilərdə suvarma suyunun bitkilərə daha səmərəli şəkildə çatdırılması ilə bağlı olmuşdur.

Tirəyə səpinin bir çox üstünlükləri vardır. Bu üstünlüklərə aiddir: suyun paylanması və istifadəsinin yaxşılaşması, şırımların becərilməsi yolu ilə alaqlara alternativ üsulla nəzarət edilməsi, cərgəaralarına daha çox günəş işığının düşməsi hesabına bitkilərin daha güclü olması və beləliklə yatmanın azalması və nəhayət səpin normasının azalması. Quraq ərazidə tirəyə səpin yağışdan sonra suyun axıb getməsinin qarşısını alır, gələcək bitki üçün suyun torpaqda tutulub saxlanmasına səbəb olur.

Tirəyə səpin üsulunun ən üstün cəhətlərindən biri də gübrələrin tətbiq edilməsi üçün əlverişli olmasıdır. Gübrə birbaşa olaraq tirə zolaqlarının arasına verilə bilər, bu zaman bitkilər ondan daha səmərəli istifadə edər, bitkilər tapdalanmaz və zədələnməz. Tirəyə səpin üsulunda şırımla suvarma zamanı azotdan istifadənin səmərəliliyi 10% və daha çox artır. Həmçinin, buğda zəmisində tirənin üzərindəki cərgələrdə mikroiqlim dəyişdiyindən bitkilərin yatması problemi və bəzi xəstəliklərə yoluxması azalır. Deməli, yaxşı aerasiya hesabına bitkilərin çətiri altında rütubət azaldığından xəstəliklərin inkişafına maneçilik törədilir və bitkinin daha sağlam böyüməsinə şərait yaradılır.

Drenləşməsi zəif olan torpaqlar yazda gec isindiyi üçün bu torpaqlarda tirənin səthinə səpilən bitkilər şırıma səpilən bitkilərə nisbətən ümumi azotdan daha yaxşı istifadə etməklə daha çox məhsul verir. Bunu tirənin üst hissəsində şırıma nisbətən daha yaxşı drenajın olması və torpağın isti olması ilə izah etmək olar. Yağıntıların az düşdüyü və beləliklə rütubətin çatışmadığı şəraitdə rütubət daimi tirələrdə bitki qalıqları vasitəsilə daha yaxşı tutulub saxlanır və idarə olunur. Yazda tirələrdə torpaq adi səthə nisbətən daha tez isinir.

Bitkilərin tirədə becərilməsi və şırım üsulu ilə suvarılması zamanı becərmələrin sayını minimuma endirmək və suvarmalara qənaət etməklə istehsal xərclərini azaltmaq olur. Üstünlüklər bunlardır: - suvarma suyuna təqribən 30% qənaət olunur və şorlaşma təhlükəsi olan torpaqlarda qrunt suyunun səviyyəsinin qalxmasının qarşısı alınır; izafi yağıntılar və artıq suvarma səbəbindən bitkilərin su altında qalması təhlükəsinin azalması; tirədə torpağın su, hava, istilik rejimləri və fiziki xassələri bitkilərin inkişafı üçün optimal olur, həm də qida elementlərindən səmərəli istifadə olunur.

Bu texnologiyada tirə üzərində 2-3 cərgə səpin aparılır, tirənin hündürlüyü 15-30 sm olur və suvarma tirənin araları ilə selləmə üsuluna nisbətən daha mütərəqqi suvarma üsulu hesab edilən şırımlarla aparılır.

Tirəyə səpin metodu güclü kollanan sortlar üçün əlverişlidir. Bu üsulla becərildikdə kollanma düyünündən ayrılmış həmin gövdələrin əksəri məhsuldar gövdələrə çevrilir və beləliklə düz səthə səpinlə müqayisədə məhsuldarlıq demək olar ki, bərabər və daha yüksək olur.


Tirəyə səpində cərgə aralarının kultivasiyası vasitəsilə alaqların məhv edilməsi və torpağın yumşaldılması, azotla yemləmənin istənilən vaxtda verilə bilməsi bu texnologiyanın ekoloji əhəmiyyətini də üzə çıxarır. Belə ki, adi səpində alaqlara qarşı mübarizə aparmaq üçün herbisidlərdən geniş istifadə edilir və N-la yemləmə gübrəsi yazda bir dəfəyə verilir ki, bu da ətraf mühitin çirklənməsinə səbəb olur və ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Bundan başqa tirəyə səpində suvarma suyundan səmərəli istifadə olunmaqla suvarmaların da sayı azaldığından aran zonasının qrunt sularının səthə yaxın olduğu şorlaşmaya meylli ərazilərində torpaqların təkrar şorlaşmasının da qarşısı alınmış olar.

Tirəyə səpin texnologiyasının tətbiqi zamanı üstünlüklər aşağıdakılardır:

  • Suvarma suyunun idarəedilməsini yaxşılaşdırır.

  • Səpindən qabaq sahənin arat edilməsini asanlaşdırır və tirəni düzəldərkən

alaqların səpinə qədər məhv edilməsi prosesi də gedir.

  • Bitkilərin yatmasının qarşısı alınır.

  • Alaqlarla mübarizədə cərgəaralarında mexaniki alaqetmənin mümkünlüyü.

  • Daha az toxum tələb olunur.

  • Yenidən forma verilərək eyni tirələr buğdadan sonra əkiləcək bitkilər (pambıq,

qarğıdalı və s.) üçün istifadə oluna bilir.

  • Herbisidlərdən asılılığı azaldır.

  • Əllə alaq etməyi asanlaşdırır.

Tirəyə səpin Azərbaycanın su, hava, fiziki və istilik xassələri əlverişsiz olan, bəzən şorlaşmış, ağır qranulometrik tərkibli çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar zonasında alternativ metod kimi müvəffəqiyyətlə tətbiq oluna bilər.


Suvarma- Pambığın nəmliyə olan tələbatını ödəmək üçün torpağın köklər qidalanan qatında tarla rütubət tutumunu 65-70 %-də saxlamaq zəruridir. Arat və vegetasiya suvarmaları mövcuddur. Torpaqda nəmlik ehtiyatının toplanması, toxumun cücərməsi və çıxışların alınması üçün payız-qış dövründə ehtiyat suvarması tətbiq edilir. Suvarma norması hektara 1000-1500 m3-dir.

Nəmlik itkisinin qarşısını almaq üçün yazda torpaq 1-2 iz malalanır.

Vegetasiya suvarmaları qönçələməyə qədər (2 dəfə), qönçələmə dövründə (3-4 dəfə) və yetişmə dövründə (1 dəfə) aparılır. Ümumiyyətlə vegetasiya dövründə torpaq tipindən və qrunt sularının səviyyəsindən asılı olaraq pambıq 2-10 dəfəyə qədər suvarılır. Torpağın vəziyyəti və çıxışlardan asılı olaraq birinci suvarmanı 3-4 həftədən sonra həyata keçirmək lazımdır.

Səpin – Səpin üçün çiyidlərin təmizliyi 97 %, cücərmə qabiliyyəti isə 85 % olmalıdır. Səpin keyfiyyətinə görə ilk açılmış qozalardan alınmış toxumlar daha yaxşı hesab olunur.

Adətən çiyid zavodlarda dərmanlanır əvvəlcə üçxlorfenolyat mislə (TXFM), sonra heksaxloranla 1 ton toxuma 7 kq hesabı ilə dərmanlanır. Çiyid 20 sm qalınlıqda sərilir və kürəklə yaxşı qarışdırılır.

Çiyidi islatmaq üçün sement və ya asfalt döşənmiş meydançalarda 20-30 sm qalınlığında və 1,0-1,5 m enində sərirlər. Bir ton çiyidə bir dəfəyə 250-300 litr su çilənməlidir. İsladılmış çiyid 60-70 sm tığa yığılır. Suyun çilənməsi və tığın qarışdırılması 3-4 saatdan bir təkrar olunur. İsladılma müddətində 1 ton quru çiyid 500-800 litr su uda bilir.

Kökçürümə xəstəliyi və gəmirici həşəratlara (sovka) qarşı 1 ton toxuma 12 kq TMTD və cücərtiləri gəmiricilərdən qorumaq üçün 40 kq heksaxloran dustu sərf edilir.



Səpin müddəti, üsulu və norması. İstər faraş, istərsə də gecikdirilmiş səpinlər yaxşı nəticə vermir.

Ən yaxşı səpin müddəti torpaqda temperatur 11-120 C havanın temperaturu 13-140 C olduğu vaxtdır. Torpaqda normal havalanma getdikdə və çiyid yaxşı nəmləndikdə 10-15 günə normal çıxışlar alınır.

Səpin müddəti torpaq tipindən asılıdır. Qranulometrik tərkibi yüngül olan torpaqlar (çınqıl qatı səthə yaxın) tez qızdığına görə səpin tez, ağır və gilli torpaqlarda isə nisbətən gec aparılmalıdır.

Pambıq cərgəvi, kvadrat-yuva, və yuva üsulu ilə səpilir. Ən sadəsi cərgəvi səpin üsuludur. Kvadrat-yuva üsulunda çiyid sərfi, 2 dəfə azalır və maşınla iki istiqamətdə sahənin eninə və uzununa becərmə aparmaq mümkün olur.

Pambıqçılıqda cərgəarası 60 və 90 sm bitki arası məsafə isə 10-30 sm götürülür.

Son dövrlərdə tirəyə səpin üsulu tətbiq edilir. Bu vaxt 20-30 sm hündürlüyündə tirələr yaranır. Həmin tirələrdə torpaq yaxşı qızır, məsamələr yaranır və nəmlik saxlanılır ki. Bu da yaxşı çıxışların alınmasını təmin edir.

Hər hektara səpin norması cərgəarası məsafədən, toxumun keyfiyyətindən asılı olaraq, 40-50 kq-dan 70-80 kq-a qədər dəyişir. Bitki sıxlığı hər hektarda 100-120 min olmalıdır. Toxumun basdırılma dərinliyi 4-5 sm-dir.

Qulluq işləri. Hektarda olan bitki sıxlığını müəyyən etmək üçün qidalanma sahəsini bilmək lazımdır. Bir hektarı (10 000 m2) həmin ədədə bölərək yuvadakı bitkilərin sayına vururuq (məs. 60 x 60 sxemində bir yuvada qidalanma sahəsi 0,6 m x 0,6 m = 0,36 m2: 10 000 m2 : 0,36 m2 = 27777 yuva, hər yuvada 3 bitki saxlanarsa onda 27777 x 3 = 83331 bitki olmasını tapırıq).

Çıxışlar alınana qədər əgər qaysaq varsa yüngül mala ilə dağıtmaq lazımdır.

Çıxışlar alındıqdan sonra cərgəaralarının becərilməsinə başlanılır. Birinci kultivasiya 6-8 sm dərinliyində cərgələrin hər tərəfindən 10-12 sm müdafiə zolağı saxlanılmaqla aparılır. İkinci kultivasiyanı birinci vegetasiya suvarmasından 2-3 gün sonra aparırlar. İkinci yaxud üçüncü kultivasiyadan başlayaraq müdafiə zonasını 15-16 sm çatdırırlar.

Qulluq işlərindən daha əhəmiyyətlisi alaqlarla mübarizədir. Hektara 1-1,5 kq herbisid 200 litr suda həll edilərək 20-30 sm enində cərgələrə çilənir.

Ucvurma da mühüm qulluq işlərindəndir. Bitkinin boy nöqtəsi qırılıb atılır, bu üsul qönçələrin və çiçəklərin tökülməsinin qarşısını alır, bitkinin işıqlanması və qidalanması üçün əlverişli şərait yaranır.

Xəstəlik zərərvericiləri. Xəstəlikləri göbələklər, bakteriyalar və viruslar törədir.

Ən qorxulu xəstəliklər soluxma və hommozdur.



Vilt (soluxma) xəstəliyini Verticillium göbələyi törədir (bu xəstəliyə pomidor, kartof, günəbaxan, xiyar, badımcan, bibər, şaftalı, gilas, çiyələk ətirşah xrizontema və s. tutulur). Bitki əsasən bu xəstəliyə qönçələmə və çiçəkləmə fazasında tutularaq vegetasiyanın sonuna qədər davam edir. Xəstəliyə tutulmuş bitkinin yarpaqlarının üzərində dilim şəkildə solğun-sarı ləkələr görünür, sonra bu ləkələr qonurlaşır və quruyaraq tökülür. Bu hal boy tumurcuqlarında da olur. Gövdəni bıçaqla çəpəki kəsdikdə boruların tam qəhvəyi rəngdə olması və toxumanın parçalanması aydın görünür.

HommozXanthomonas malvacearum bakteriyası törədir. Pambıq cücərtisi torpaq səthinə çıxdıqda ləpə yarpaqlarında tünd-yaşıl, şəffaf yağlı ləkələr olur. Ləkə tədricən tündləşir və üst tərəfini ağ pərdə örtür.

Qoza üzərində dairəvi, batıq şəkildə olur. Gövdə üzərində uzunsov yarıq əmələ gətirir, yarıq artdıqca bitki həmin yerdən nazilir, qaralır və nəhayət qırılır. Qozalarda ləkələr çox olduqda qozanın yarı hissəsi açılır yaxud bəzən də tamamilə açılmır. Qarşısını almaq üçün bir ton toxuma 7 kq 20 %-li misüçxlorfenolyat preparatı işlədilir.



Kökçürüməsi əsasən yeni cücərtilərdə olur və 6 əsl yarpaq əmələ gələnə qədər bitkini zədələyə bilir (törədicisi Rhisoctonia Aderholdii göbələyidir). Bitkinin kök boğazında tünd qəhvəyi ləkə şəklində əmələ gəlir. Qabıq çatlayır, dağılır, gövdə çox nazilir, köklər xəstəliyə tutulur və bitki məhv olur. Cərgə aralarını erkən becərmək nəmliyi azaltmaqla torpaqda qarşısını almaq mümkündür.

Yarpaqların qıvrılması. Bu xəstəliyi viruslar törədir. Yarpaqların kənarları yuxarıya və aşağıya doğru qıvrılır. Qönçələmə fazasından başlayaraq vegetasiyanın sonuna qədər davam edir. Bəzən yarpaq dilimlərində qıvrılma boruşəkilli olur. Yarpaq saplaqları və gövdə qırmızı rəng alır və yapışqanlı olur. Bu xəstəlik məhsuldarlığı 50 %-ə qədər azalda bilir.

Pambığa 17 növ həşərat ziyan vurur. Ən qorxulusu pambıq sovkasıdır. Tor gənəciyi, mənənə tripsi və s. də məhsuldarlığa xeyli ziyan vurur.



Pambıq sovkasıəsasən dörd nəsil verir. Bu nəsillər biri digərinin daxilində əmələ gəlir. Torpaqda pup halında qışladıqdan sonra, aprelin axırı mayın əvvəllərində puplardan kəpənəklər çıxıb uçaraq alaq otları və mədəni bitkilərin (qarğıdalı, pomidor, noxud) üzərinə yumurtalarını qoyurlar. Sonrakı üç nəsil isə pambıq bitkisinə ziyan vurur. (digərləri, tor gənəciyi (çor),payız sovkası, pambıq mənənəsi, tütün tripsi s. ).

Məhsulun yığılması. Qozalar eyni zamanda yetişmir. Onların yetişərək açılması iki aya qədər (don düşənə qədər) davam edir.

Pambıq həm əllə, həm də maşınla yığılır. Birinci yığım maşınla aparılır. Qabaqcadan yarpaqların tökülməsi üçün defolyasiya edilir, hər hektara 8-12 kq maqnezium xlorat çilənir. Yarpaqlar tam tökülmədikdə bitkinin gövdəsini tam qurutmaq üçün desikasiya, yəni hektara 25-30 kq maqnezium xlorat yaxud 50 kq kalium xlorid-xlorat çilənir.

Toxumluq məhsulun əl ilə yığılmasına kolun aşağı və orta hissəsində 5-6 qoza açıldıqda başlanılır.

Yığılmış pambığı asfalt döşəmələrə 10 sm qalınlığında sərərək qurudurlar. Bu zaman kürəklə qarışdırmaq lazımdır. Yağmurlu günlərdə qurutma qurğusu olan binalarda 60-800 C-də qurudulur. Yüksək temperaturda qovrular və yana bilər.




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin