Məsələ 2024: İzdivac nikahı vasitəsi ilə qadın ilə kişi bir-birlərinə halal olurlar. Bu iki qismə bölünür: Daimi evlilik. Bu nikah oxunan qadına “daimə” deyilir. Müvəqqəti evlilik. Müəyyən müddət daxilində evlilik nikahı oxunur. Bu müddətin qısa və uzun olmasından asılı olmayaraq onu “müt’ə” və “siğə” də adlandırırlar.
Məsələ 2025: İstər daimi, istərsə də qeyri-daimi nikahda siğə oxunmalıdır. Qadın və kişinin təkcə razılıqları kifayat deyil. Əqd siğəsini ya qadınla kişinin özü oxumalı, ya da əqdi oxumaq üçün başqasını öz tərəflərindən vəkil etməlidirlər.
Məsələ 2026:Kişinin qadın, qadının kişi tərəfindən siğə oxumaq üçün vəkaləti maneəsizdir.
Məsələ 2027: Əgər qadın və kişi bir şəxsə nikah siğələrini oxumaq üçün vəkalət versələr, vəkilin siğəni oxuduğuna yəqin etməyincə, bir-birlərinə halal olmurlar. Lakin vəkil e’timadlı şəxs olsa və “oxumuşam” desə, kafidir.
Məsələ 2029: Müstəhəb ehtiyata əsasən, bir nəfər iki həyat yoldaşı (ər və arvad) tərəfindən əqd siğəsi oxumasın. Yə’ni əqdin iki tərəfi iki nəfər olsun. Həmçinin, müstəhəb ehtiyata əsasən, insan qadını özünə daimi və yaxud müvəqqəti əqd etmək üçün onun tərəfindən vəkil ola bilməz.