Müqəddİmə Bir neçə zəruri xatırlatma


Haram yolla cünub olmuş (özündən sperma xaric etmiş) şəxsin təri



Yüklə 9,34 Mb.
səhifə5/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   2   3   4   5   6   7   8   9   ...   88

Haram yolla cünub olmuş (özündən sperma xaric etmiş) şəxsin təri


Məsələ 131: Zina, livat (homoseksualizm), istimna kimi haram yollarla cünub olmuş şəxsin təri murdar deyil. Amma vacib ehtiyata əsasən belə bir tərlə nəmlənmiş bədən və ya libasla namaz qılınmamalıdır.

Məsələ 132: Müstəhəb ehtiyata əsasən, haram yolla cünub olanın tərindən çəkinmək lazımdır. Bu ehtiyata riayat üçün qüsl zamanı bədən tərləməsin deyə ilıq su ilə qüsl vermək daha yaxşıdır. Əlbəttə, az su ilə qüsl verdikdə bu şərt nəzərə alınmalıdır. Amma kürr və kürr kimi sularla qüsl verdikdə suyun isti olmasının eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, bu halda qüslü bitirdikdən sonra bütün bədəni bir dəfə suya çəkmək yaxşıdır.

Məsələ 133: Aybaşı günlərində və mübarək ramazan ayında gündüzlər yaxınlıq etmək haramdır. İnsan belə bir yaxınlıq zamanı tərləyərsə vacib ehtiyata əsasən bu təri haram yolla cənabət təri saymalıdır.

Məsələ 134: Haram yolla cənabət təri dedikdə yaxınlıq zamanı, yaxınlıqdan sonra qüsl verənədək görünən tər nəzərdə tutulur.

Məsələ 135: Haram yolla cünub olmuş şəxs su olmadığından, vaxtın azlığından və ya başqa bir səbəblə təyəmmüm edərsə, bədəninin təri pak olar, belə bir vəziyyətdə namaz qıla bilər.

Murdarlığın sübuta yetmə yolları


Məsələ 136: Bir şeyin murdar olması üç yolla sübuta yetir:

1. İnsan buna əmin olmalıdır. Hətta ciddi bir güman bəs etmir. Bu əsasla, insan murdar zənn etdiyi yeməkxanalarda xörək yeyə bilər. Orada murdarlığa əminlik olarsa çəkinmək lazımdır.

2. Mal sahibi (ev sahibi, satıcı və ya xidmətçi) ixtiyarında olan şeyin murdarlığını bildirərsə kifayatdir.

3. İki, hətta bir nəfər ədalətli şəxs şəhadət verərsə kifayatdir.

Məsələ 137: Öncə pak olmuş bir şeyin sonradan murdarlanmasına şəkk edilərsə, həmin şey pakdır. Öncə murdar olmuş bir şeyin sonradan paklandığı şəkk edilərsə, həmin şey murdardır.

Məsələ 138: Əgər insan ixtiyarında olan iki qab və ya iki libasdan birinin murdarlandığına əmindirsə və hansı birinin murdarlandığını bilmirsə, hər ikisindən çəkinməlidir. Amma öz libası və ya istifadəsində olan başqa birinə məxsus libaslardan hansı birinin murdarlandığını bilməzsə, onlardan çəkinməməlidir.

Məsələ 139: Vasvası insanlar paklıq-murdarlıq məsələsində öz baxışın əhəmiyyət verməməlidirlər. Onlar adi şərtlərin hansı hallarda bir şeyi pak və ya murdar saymasını əsas götürməlidirlər. Vasvasılıqdan uzaqlaşmaq üçün ən yaxşı yol e’tinasızlıqdır.

Məsələ 140: İslam şəriəti paklıq-murdarlıq məsələlərinə ifrat diqqət yetirilməsini bəyənmir, vasvasılıq yaradacaq həddə ehtiyatı nöqsan sayır.

Məsələ 141: İnsan bir şeyin murdarlanmasını güman etdikdə araşdırma aparmamalı, sual verməməlidir. Əgər həmin axtarış vasvasılığa səbəb olarsa bəyənilmir.

Məsələ 142: Paklıq-murdarlıq qaydalarına riayat etməklə yanaşı müstəhəbdir ki, bədənin, libasın, evin, məskənin, miniyin və bütün yaşayış mühitinin təmizliyi gözlənilsin. İslam Peyğəmbəri (s) və mə’sum imamlar bu nöqtəyə əhəmiyyət vermişlər.

Murdarlığın sirayat etmə səbəbləri


Məsələ 143: Əgər pak bir şey murdar bir şeyə toxunarsa və onlardan biri rütubətli olarsa, pak şey murdarlanar. Əgər hər iki şey quru olarsa və ya rütubət yaşdan quruya sirayat edəcək həddə olmazsa, murdara toxunan pak şey pak qalar. (Amma meyyit qüslundan öncə hətta quru şəraitdə meyitə toxunmamaq vacib ehtiyatdır.)

Məsələ 144: Əgər pak şeyin murdar şeyə toxunmasına və ya onların rütubətli olmasına şəkk varsa, toxunma zamanı pak şey murdarlanmaz.

Məsələ 145: Xalça və ya libasın hansı hissəsinin murdarlandığı bilinmirsə, onun bir hissəsinə toxunan əl murdarlanmaz. İki şeydən biri murdardırsa və onlardan hansının murdar olduğu bilinmirsə, toxunduqdan sonra hər ikisi murdar sayılmaz.

Məsələ 146: Torpaq, parça və ya bu kimi başqa bir şey rütubətli olduğu vaxt ona murdar şey toxunarsa, həmin toxunan hissə murdar sayılar. Amma rütubət elə bir həddə olarsa ki, bir yerdən o birinə sirayat etsin, həmin şey bütövlükdə murdar sayılar. Xiyar, qarpız, qatıq və bu kimi şeylər çox rütubətli olmazsa, yalnız murdara toxunan hissə murdarlanar.

Məsələ 147: Yağ və şirə axıcı olarsa, bir nöqtəsi murdarlandıqda bütünlüklə murdar sayılar. Əgər axıcı olmazsa, rütubət bir yerdən o birinə sirayat etmədiyindən yalnız toxunan hissə murdar sayılar. Həmin murdar hissəni götürüb atmaq olar.

Məsələ 148: Əgər milçək və ya onun kimi başqa bir həşərat rütubətli murdar bir şeyin üzərindən qalxıb pak bir yerə qonarsa, həmin həşəratın ayağının rütubət götürməməyini düşündükdə onun qonduğu yer murdar sayılmaz. Əgər həşəratın öz ayağında murdar şey apardığını və onun qonduğu yerə sirayat etdiyini biləriksə, həmin yer murdar sayılar.

Məsələ 149: Bədənin tərli yeri murdarlansa tərin sirayat etdiyi yerlər murdar sayılar.

Məsələ 150: Burundan və ya boğazdan gələn bəlğəm qatı olarsa qan olan nöqtə murdar sayılar. Əgər axıcı olarsa, bütünlüklə murdardır.

Məsələ 151: Əgər altı deşik qab murdar yerə qoyularsa, ondakı su təzyiqlə xaric olduğu vaxt qabın içi murdarlanmaz.

Məsələ 152: İynə kimi bir şey bədənin daxilində qan kimi murdara toxunarsa bayıra çıxarılarkən bulaşıq olmasa da, vacib ehtiyata əsasən murdar sayılar. Ağız və burun suyu ağız və burunun daxilində qana toxunarsa ehtiyata əsasən bu sudan çəkinmək lazımdır.

Məsələ 153: Sidiyə batmış əl kimi murdarlanmış şey rütubətli halda pak şeyə toxunarsa onu da murdarlayar.

Murdarların hökmləri


Məsələ 154: Əvvəla, murdar bir şeyi yemək və ya içmək haramdır. Spirtli içkilər kimi murdarın əslini uşaqlara içirtmək də haramdır. Murdarlanmış şeyi vacib ehtiyata əsasən uşaqlara da vermək olmaz. Amma bir şey onların öz əlilə murdarlanarsa eybi yoxdur.

Məsələ 155: Murdar şeyi satmağın və ya istifadəyə verməyin eybi yoxdur. Bu barədə mə’lumat vermək də zəruri deyil. Amma əgər bir şeyi alan və istifadəyə götürən şəxsin həmin şeydən yeməkdə, namazda və bu kimi sahələrdə istifadə edəcəyi bilinərsə, vacib ehtiyata əsasən, murdarlığı e’lan etmək lazımdır. Bir şey istifadəyə götürən şəxsin yanında murdarlanarsa, onu geri qaytaran vaxt eyni şəkildə rəftar olunur.

Məsələ 156: Əgər insan bir şəxsin xəbərsiz halda murdar şey yediyini və ya murdar libas və paltarla namaz qıldığını görərsə, ona bildirməsi vacib deyil. Amma qonaq rütubətli libas və bədənlə murdar xalça üzərində oturmaq istəyərsə ehtiyata əsasən ona e’lan etmək lazımdır.

Məsələ 157: Əgər ev sahibi yemək əsnasında yeməyin murdar olduğunu anlayarsa, vacib ehtiyata əsasən, qonaqlara deməlidir. Amma qonaqlardan biri yeməyin murdar olduğunu başa düşərsə, yalnız özü çəkinməli, o birilərə deməməlidir. Amma həmin adamlarla ünsiyyətdədirsə murdarlığın ona keçməməsi üçün yeməkdən sonra onlara e’lan edə bilər. Məqsəd bu olmalıdır ki, onlar əl və ağızlarını suya çəksinlər.

Məsələ 158: İkincisi, Qur’anın yazısını və vərəqini murdarlamaq haramdır. Murdarlanmış Qur’an yazısı və vərəqini dərhal suya çəkmək lazımdır. Qur’an cildinin murdarlanması Qur’ana hörmətsizliyə səbəb olarsa, bu iş də haram sayılar.

Məsələ 159: Qur’anı murdar yerə qoymaq ona hörmətsizliyə səbəb olarsa, bu iş haramdır və Qur’anı həmin yerdən götürmək lazımdır.

Məsələ 160: Murdar mürəkkəblə Qur’an yazmaq haramdır. İnsan bilərəkdən və bilməyərəkdən bu işi görərsə, ya həmin yazını məhv etməli, ya da suya çəkməlidir.

Məsələ 161: Qur’anın kafirin əlinə verilməsi ona hörmətsizlik sayılarsa bu iş haramdır. Əgər kafirin bu yolla doğru yola gələcəyinə ümid varsa və ya bu yolla İslam təbliğ edilirsə, ona Qur’anı vermək olar, hətta bu iş vacibdir.

Məsələ 162: Qur’an vərəqi, dua və ya Allahın, Peyğəmbərin (s) və mə’sum imamların adı yazılmış vərəq murdar yerə düşərsə, onu dərhal götürmək və suya çəkmək lazımdır. Bu işin xərci ağır olarsa və ya həmin iş mümkünsüz olarsa, vacib ehtiyata əsasən, məsələn, həmin yazı ayaqyoluna düşdükdə onun çürüyüb aradan getməsinə əmin olanadək, həmin ayaqyolundan istifadə edilməməlidir.

Məsələ 163: Qur’anın vərəqini paklamaq yalnız onu murdarlayanın vəzifəsi deyil. Qur’an vərəqinin murdarlanmasından xəbər tutan hər kəs onu paklamağa vəzifəlidir. Bu vəzifəni biri yerinə yetirdikdə o birilərin öhdəsindən götürülür. Amma Qur’an başqasına məxsus olduqda paklanarkən korlanarsa, onu murdarlayan şəxs zərəri ödəməlidir.

Məsələ 164: İmam Hüseynin türbətini murdarlamaq haramdır. Murdarlanmış türbəti paklamaq vacibdir. Türbət murdar yerə düşdükdə 162-ci məsələdə göstərilmiş qaydada hərəkət etmək lazımdır.

Məsələ 165: Dördüncüsü, məscidi murdarlamaq haramdır, murdarlanmış məscidi paklamaq vacibdir. Bu Məsələ məscidin hökmləri bəhsində namaz qılanın yeri haqqında danışılarkən ətraflı şərh olunacaq.

Məsələ 166: Beşincisi, namaz qılan şəxsin bədəni, libası və səcdə yeri pak olmalıdır. Bu Məsələ namaz qılanın libası və məkanı bəhsində şərh ediləcək.

Məsələ 167: Bir şəxs öz ixtiyarında olan malın murdar və ya pak olduğunu bildirərsə, onun sözünü qəbul etmək lazımdır. Onun ədalətli olub-olmaması şərt deyil. Sadəcə, həmin şəxs büluğ həddində olmalıdır və büluğ həddinə çatmayan birinin sözləri qəbul deyil. Amma bir şəxsin dediklərindən əminlik yaranarsa, büluğ həddi şərt sayılmaz.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin