Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə31/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   ...   27   28   29   30   31   32   33   34   ...   57
Bədən, ruh eşq
Dəli sevgi – bütöv bir həyat,

ağıllı sevgi – həyatın bir hissəsidir.
Əbu Turxan
Ruh özünə uyğun gələn, onu öz könül güzgüsündə ay­dınca əks etdirən başqa bir ruhu görən kimi tanıyır, du­yur, onunla vəhdətdə olmağa çalışır.

Bədən də özünə uyğun, öz zövqünü oxşayan başqa bir bədəni görən kimi ona can atır, ona qovuşmağa ça­lışır.

Ruh tapdığı ruhun bədənini ilk anlar seçmir… bu, heç onun üçün maraqlı da olmur.

Bədən də tapdığı bədənin ruhunu ilk anlar gör­mür… bu, ona heç maraqlı da deyil.

Ruh öz bədənini unudaraq yad bir bədəndəki ruhla doğmalaşır.

Hər ikisi öz zövqünə can atır, bütün vasitələrlə öz var­lığını qarşısındakına çatdırmaq istəyir, ən ki­çik imkan­la­rı belə qaçırmaq istəmir, harmoniya axtarır. Ruhun si­la­hı yalnız baxışlar, atəş dolu nə­fəsdir, bədənin silahı isə çox­dur – insanın bütün imkan və bacarıqları: bütün hiss or­qanları üstəgəl söz.

Ruh daha sərbəst, daha azaddır. Onlar tez qovuşur, tez dil tapırlar.

Bədənlər isə maneə tapmaqda sanki bir-birilə yarışa gi­rirlər. Bunun adı gah naz olur, gah qürur, gah küsü, gah abır-həya, gah ictimai rəy, gah da romantika.

Ruhlar heç cür bir ahəngə gələ bilməyən bədənləri gör­mədən belə öz vəhdətlərinin zirvəsinə çatırlar.

Hər addım başı maneələri dəf etməklə məşğul olan bə­dənlər üçün heç bir sərhəd tanımayan ruhların ardınca ye­tişmək çox çətindir, hətta mümkünsüzdür.

Ruhlar bərabər ola bilməyəndə bədənlər ünsiyyətdə ol­salar da, bir-birilə müəyyən şərtlərlə bağlı qalsalar da, öz­ləri də bilmədən ayrı yaşayan, haralardasa öz həmdə­mi­ni axtaran ruhlarının ayrılığını yaşamalı olurlar, bə­ra­bər olsalar da elə hey bir ayrılıq mehindən üşüyürlər.

Bədənlər dil tapa bilməyib ayrılsalar da, ruhlar bə­ra­­bər qalırlar. Hərəsi öz bədənində təklikdən üşüsə də, bir-birinin hənirinə qızına bilirlər, bu atəş onları donub heç olmağa imkan vermir.

Ruhlar və bədənlər arasındakı təmaslar böyüdükcə, his­slər dolub-daşdıqca, zövq oxşamaqdan sevgiyə, sev­gi­dən eşqə yüksəldikcə bir an gəlir ki, ruhun bədənə, bədə­nin də ruha möhtaclığı ortaya çıxır. Yaşanan duyğuların tam olması üçün ruh və bədənin təklikdə yox, bir-birilə vəh­dət halında olması bir zərurətə çevrilir. Ya bədən ruhu öz da­lınca sürüməyə çalışır, ya da ruh bədənə öz qa­nad­la­rı­nı tax­mağa cəhd göstərir. Bəlkə buna görə Əbu Turxan de­­yir ki, «məhəbbət ruhla bədənin ittifaqından yaranır»? Bəl­kə bu ittifaq olmayanda yaranan duyğular qırıq və ya­rımçıq qalır? Bəlkə ruh və bədəni bir ittifaqa gətirən elə məhəbbətdir?

Bəs ittifaqa gələ bilmiş ruh və bədən nə əldə edir?

Ruh bədənə ağırlığını, nisbiliyini, qara torpaqdan ya­randığını unutdurur. Bədən ruhun aşıb-daşan işıq selini za­hirə çıxardır. Ruh bədənin qaranlıqda azmış, vurnuxan hiss­lərinə nur verir, bədənin özünün də xəbərsiz olduğu cə­hətlərini işıqlandırır. Bədən ruhun duyduqlarını, təsəv­vür­­lərini reallaşdırır, onlara maddiyyat qatmaqla ruhun tə­­səvvürünə belə gəlməyən həqiqətlər anladır ona.

Bir-birini kəşf edə-edə ruh və bədən bir varlıq kimi ka­milləşir, bir-birini tamamlaya-tamamlaya bir varlıq ki­mi bütövləşirlər.

İlk vaxtlar kənar bir qüvvə kimi təsir göstərən eşq hər ikisinin tərkib hissəsinə çevrilir: nur olub ruhun işı­ğına qarışır, qan olub bədənin damarlarında axır, … ma­hiy­yət olub İnsanı var edir.

İnsan


Ruhunla ülvi, kamil bir dünyaya bağlısan. Bu bağ­lı­lığı dərk etdiyinə görə həmin ülvilikdən, kamillikdən öz payını ala bilirsən. Böyük qara bir pəncərədə iynə boyda gö­rünən işıq get-gedə böyüyür, qaranlıq azalır və bir bə­dən çərçivəsinə sığmayıb ətrafa da saçılmağa başlayır. İçin­də qaynayan, dolub-daşan bu duyğular, düşüncələr ya­zıya, tabloya, notlara köçür. Qara dünya sənə yad­laş­dıq­ca, nurlu aləm sənə doğmalaşır. Bu işıqla hansı qa­ran­lı­ğa baxsan, orada basırılmış, çirklənmiş nuru görə bilir­sən… və onun da parlamasına çalışırsan.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin