Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə7/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   2   3   4   5   6   7   8   9   10   ...   57
Mən hədər yaşamadım!

Ola bilsin çətinliklər tufanında,

Mübarizədə sınmışam, tez sönərəm.

Ancaq içimdə nə isə var ki, ölməz,

Nə ölüm, nə zamanın gedişi,

Nə düşmənin böhtanı məhv etməz.2
Bəli, söhbət məhz cismani ölümdən düşəndə onlar riş­­­xənd edir, onun gücsüzlüyünə gülürlər. Bu gülüş özlə­ri­nin ölüm­dən güclü olduqlarını görməkləri zaman yaranır və haqlı gü­lüşdür. Məsələn, Kyer­keqor «Qorxu anlamı» əsə­rini özü­nün «yelbeyin əsərləri» sırasına daxil edirdi.3 Ya­xud Ülvi yazır:
Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun acısından, ağrısından,

«Ölüm» adlı yuxusundan mən qorxmuram.4
Bayaq qeyd etdiyim kimi, bu qorxu şəxsi məhvindən ya­­ra­nan qorxu deyil, daha yüksək, dü­şündürücü bir qor­xu­dur. Çi­yinlərindəki yüklə və ya içlərində alışıb yanan od­la yaşadığı cə­miyyətin tələbləri bir-birinə zidd gəldikcə gəncin qorxusu da artır: bu yükü çəkə bilməmək qor­xu­su, ona verilən mə­su­liy­yəti doğrulda bilməmək qorxusu. Kyerkeqor belə hesab edir ki, «narahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə həqiqi mü­nasibətdir və … bu, xristian üçün çox ciddi şeydir…2

Gənclik ömrün elə bir çağıdır ki, o, mum kimi öz döv­­­rü­nün «formasını» alır. Uşaq bir süngər kimi gör­dük­lə­­rini, eşit­diklərini içinə çəkir, gələcəkdə qurulacaq bi­na­nın özülünü ha­zırlayır. Artıq kamillik çağına çatmış bir in­san müşahidəçi, hət­ta istiqamətverici ola bilər. Gənc isə ilk növbədə güzgü ki­mi üzərinə düşən işığı əks etdirir. Yalnız sonradan, buna tə­fək­kürü çatarsa, həmin hadisəni təh­lil edir, mənfi və müsbət tə­rəflərini dəyərləndirir. Tə­sa­dü­fi deyil ki, cəmiyyətin hansı is­ti­qamətdə inkişaf etdiyini gənclərin əxlaqından, təfəkkür tər­zindən bilmək müm­kündür.

Təbii ki, ilahi missiya daşıyıcısı olan gənclər də cə­miy­yət­də gedən proseslərə reaksiya verirlər. Lakin burada fərqli bir reaksiya müzakirə mövzusudur. Gənc ruhuna, da­şıdığı əma­nətinə yad olan bu təzyiqlər altında nəinki «for­­masını də­yişmir», buqələmun kimi rəngdən rəngə düş­­mür, əksinə on­lar­la mübarizəyə qalxır. Şellinq yazır: «Hər varlıq yalnız öz ziddi ilə açıqlana bilir: sevgi yalnız nif­­rətlə, vəhdət – mübarizə ilə. Əgər başlanğıcın bölün­mə­si olmasaydı, vəhdət öz qüdrətini gö­rə bil­məz­di, ayrılıq ol­­masaydı, həqiqi məhəbbət ya­ran­maz­dı. İnsan elə bir zir­və­yə qaldırılıb ki, o orada özü­nün xeyirə və şə­rə is­ti­qamətlənən hərəkətlərinin mənbələrini eyni dərəcədə eh­tiva edir. Onda baş­lan­ğıcların əlaqəsi zəruri deyil, azad­dır. O, yolayrıcındadır. O, nə seçirsə seçsin, qərar onun əmə­lidir. Am­­ma qərar qəbul etməyə bilməz, çünki Allah zə­ruri olaraq açıl­malıdır, çünki məxluqda ümu­miy­yət­lə heç nə ikili qal­ma­ma­lıdır».1 Və gənc aşkar, yaxud gizli – şeirlərilə, əsərləri ilə mü­barizəyə qalxır.

Hələ neçə əsrlər əvvəl sufi mütəfəkkiri Mənsur Həl­lac da bil­dirirdi ki, «əşyalar öz zidləri ilə tanınırlar. Zərif ağ ipək qa­ra işlərdən (toxunuşdan) yaranır».2 Deməli, ət­raf­la ziddiyyətdə ol­ması gəncə öz içindəki nuru – mis­si­ya­nı da­ha aydın gör­mə­yə imkan yaradır.

Lakin danmaq olmaz ki, bu da bir növ inikasdır. Yə­­ni bir var yüksək inkişaflı bir cəmiyyətin, bir də var zid­­­diyyət, nöq­san dolu bir «toplum»un nümayəndəsinin re­­ak­siyası. Bu ba­xımdan, Ülvinin dedikləri obyektiv bir həqiqətdir:
Atam, anam zəmanədi,

Mən zəmanə uşağıyam.3
Lakin bir həqiqət də var ki, gənclərin daşıdıqları mis­­siya vahid bir aləmə aid olduğununa görə, onların re­ak­­si­ya­la­rın­da, mübarizə üsullarında oxşar cəhətlər çox­dur. Əlbəttə, cə­miy­yət nə qədər az inkişaf olursa, təzyiqi də bir o qədər artıq olur. Bu baxımdan, naqis cəmiyyətdə gənc üçün fəaliyyət gös­tərmək, yaratmaq, ümumiyyətlə, var olmaq həddindən ar­tıq çətindir, ağırdır.

Bunlar XVIII əsrin çaxnaşma, «zəhər» dolu ingilis cə­miy­yəti haqqında Bayronun dedikləridir:



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin