Мяним йухуларымда мяня дедикляринин анламы нядир



Yüklə 1,96 Mb.
səhifə6/57
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#108798
1   2   3   4   5   6   7   8   9   ...   57
Qorxu, üsyan cəngavərlik
Qorxu mürəkkəb bir hissdir. Qorxunun mürək­kəb­li­yin­­dən­dir ki, rəzil olduğu kimi, müqəddəs də ola bilir, irə­li apar­dı­ğı kimi, qaçıb gizlənməyə də sövq edir, ürəyinin ən ülvi duy­ğu­larını dilə gətirdiyi kimi, içindəki ən qara hisslərini də üzə çı­xardır. Mürəkkəblik həm onu yaradan səbəbdən, həm də özü­nün səbəb olduğu nəticədən gəlir. Sə­bəb nə qədər ucadırsa, nə­ticəsi də bir o qədər insanı ucal­dır. Düşmən qarşısından qa­çan bir fərari ilə, düşmən üstünə yeriyən qəhrəmanın qorxusu ara­­sın­da yerlə göy qə­dər fərq var. Biri öz varlığının məh­vin­dən qorxur, biri Və­­təninin məhvindən. «Yer­lə göy» nisbəti tə­sa­düfi deyil. Yer­­lə bağlı olan qorxunun hüdudları elə maddi dün­ya ilə bi­­tir: var-dövlət, övlad-uşaq, vəzifə-pul, şan-şöhrət, bu mad­­­di dünyadan əldə etdiyi daha nələri isə itirmək qor­xu­su. Göylərdən enən hisslərin isə bir ucu insanın ruhuna, di­­­gər ucu qüdsiyyət aləminə bağlıdır. Bu hissi itirmək qor­­­xusu daha bö­yükdür. Bu, göylərlə əlaqənin itməsi, ru­hu­­nun ləkələnməsi qor­­xusudur və bu qorxu insanı günü-gün­dən daha çox ucal­dır, daha çox paklaşdırır.

Qorxu gənc müdriklərin ən çox və ən birinci mü­raciət et­dikləri mövzudur. Bu qorxunun ­ o qədər dərin, o qə­dər mürəkkəb, …o qədər həzin, kədərlidir ki!

Cəmiyyət bu gənci qəbul etmir, nəinki qəbul etmir, hət­ta onu məhv etməyə çalışır. Onu başa düşən, nə demək is­tə­di­yi­ni anlayan yoxdur. Bu tənhalıq hissinin verdiyi ilk hiss qor­xu­dur. Kyer­ke­qo­run fikrinə görə, «fərd qorxu için­­də günahkar ol­duğunun qarşısında deyil, onu gü­nah­kar sayanların qar­şı­sın­da günahkar olur».1 Bəli, hər kə­sə bən­zəmədiyi üçün bir gü­­nahkarlıq duyğusu, bu gü­nahdan do­­ğan tənhalıq və bu tən­ha­lığın verdiyi qorxu.

Lord rütbəsinə sahib ola-ola mül­kiy­yət­­çiləri bə­yən­mə­diyinə görə kəskin tənqid edilən Bayron öz qəh­rəmanı Çayld Qarold vasitəsilə əslində özünü təsvir edir:


O, qüssəni çağırır, sevincdən doymuşdu

Cəhənnəmə qaçmağa hazırdı.2
İki şeirindən birində tənhalığı tərənnüm edən, özü­nü gah tən­ha yelkənə, gah tənha quşa, gah tənha yolçuya bənzədən Ler­montov yazır:
Əvvəl mən həyatın fərəhdən uzaq

Tək-tənhalığını sevərdim müdam.

Qüssəmi içimdə daldalayaraq,

Qorxardım gizləyə bilməyib, ancaq

Hamıda tərəhhüm hissi oyadam.3
Bu tənhalıq hissindən yaranan qorxudur ki, Ülvi özünü daş altındakı yalqız bir çiçəyə bənzədir:

Çoxu səni alaq bilir,

Alaqlar da sənə gülür.

Kökün durur, canın ölür,

Daş altında bitən çiçək.1
Gəncin hiss etdiyi tənhalıq həm də özünü di­gər­lə­rin­dən fərq­li görməsindən gəlir. O, hər kəsin səviyyəsinə enə bildiyi hal­da, onun səviyyəsinə, onun olduğu mərtə­bə­yə, məqama bir kim­sə qalxa bilmir. O, öz yaratdığı dünyada tək qalır və bu tək­lik onda qorxu yaradır. Bütün dərk etdiklərinə, altına gir­di­yi yükün ağırlığına baxma­ya­raq o, gəncdir axı! Təc­rü­bəsizdir!

Lermontov yazır:



Öz əqlimdə mən yad dünya yaratdım,

Yad varlıqlar surəti,

Mən zəncirtək onları bir-birinə bağladım

Onlara görkəm verdim, amma ad vermədim.

Qəfil qış boranı qorxunc uladı, -

Yalançı varlıq uçulub-dağıldı.2
Eyni bir hüzün, kədər Ülvinin də şeirlərinə sirayət edib:
Ülviyəm, özümə yuva hördüm ki,

Bəxtimlə yaşayım axıra təki.

Səbəbin bilmədim, amma gördüm ki,

Bir uşaq səsiylə hönkürür bəxtim.3
Bu şeirlərdəki pessimist notlar bəzən gəncin öz er­kən ölü­münü xəbər verməsi kimi də yo­zu­lur. Mübahisə et­mirik. Tən­halığın yaratdığı hisslərdən biri də ölümdür. Ölüm duy­ğu­su hər kəsdə bir üşən­ti yaradır. Lakin nəzərə almaq lazımdır ki, bu gənclər öz ruhları ilə həmişə ölüm deyilən bir ke­çidin hə­mən yanında olurlar, ölümü hər an görürlər, hər yarat­dıq­la­rı ilə ölüb dirilirlər. Cismani ölüm onlar üçün nədir ki! S.Xə­li­lov yazır: «Şair üçün bir böyük yol var: son məqsədə, ideala apa­ran yol! Bu uzaq yolun yolçusu üçün ölüm sanki bir məqam, mən­təqədir. Burda bir anlıq dayanıb yenidən yola çı­xırlar, ta əbədiyyətə qədər!»1 Bayron deyir:

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin