1.4.3 Sistem Uyuşmazlığı
Naqilli şəbəkə qurarkən müxtəlif istehsalçıların istehsal etdiyi NIC-lərdən istifadə ediləbilər. Onlar hamısı IEEE 802.3 standartına cavab verdikləri üçün bibiriləri ilə uyumlu olurlar və eyni şəbəkədə istifadə olunan fərqli NIC-lər səbəbiylə heç bir problem yaranmır. Naqilsiz şəbəkələr üçün isə bu hələki mümkün deyil. Buna görə də naqilsiz şəbəkə qurarkən eyni istehsalçıya aid cihazlar istifadə olunmalıdır ki, cihazların uyuşmazlığı problemi çıxmasın.
Şəbəkə təhlükəsizliyi dedikdə informasiyanın itməsinin, pozulmasının və icazəsiz istifadə olunmasının qarşısının alınması ağla gəlir. Naqilsiz şəbəkələr üçün təhlikəsizlik ilə əlaqəli əsas məsələ informasiyanın gizliliyidir.
Təhlükələr - Naqilsiz şəbəkələr, xüsusən də radio-dalğadan istifadə edənlər üçün əsas təhlükələrdən biri də informasiya radio-dalğalarının nəzarət edilən coğrafi ərazinin xaricinə çıxmasıdır. Həmin şəbəkədə istifadə olunan NIC-in eynisindən istifadə edən hər hansı bir şəxs şəbəkədən yayımlanan informasiyanı qəbul edə bilər. Və bundan heç kəsin xəbəri də olmaz. Naqilli şəbəkələrdə bu problem çox daha kiçikdir. Naqillərdən keçən elektrik cərəyanın yaratdığı elektromaqnetik dalğa yüksək həssaslığa malik cihazlarla qəbul ediləbilər.
Yarabiləcək başqa bir problem isə pis niyyətli hər hansı bir şəxsin şəbəkənin işinə manə olmaq məqsədi ilə şəbəkənin radio-dalğalarını kəsməsidir. Bildiyimiz kimi naqilsiz şəbəkədə bir stansiya dalğa göndərərkən digərləri gözləyir. Beləliklə şəbəkədəki cihazların eynisinə sahib istənilən şəxs arasıkəsilməz dalğalar göndərərək şəbəkənin işini poza bilər.
Qorunmalar - Naqilsiz cihaz istehsalçıları problemləri aradan qaldırmaq üçün informasiyanın istifadəsini bəzi çərçivələr daxilinə salaraq həll yolu tapırlar. Məhsulların bir çoxu şəbəkə üçün bir kodun təyin olunmasını tələb edir. Sonra bu kod şəbəkədəki bütün işçi stansiyalara mənimsədilir. Əyər naqilsiz stansiyanın kodu şəbəkənin kodu ilə üst-üstə düşmürsə həmin stansiya o şəbəkənin imkanlarından və informasiyasından istifadə edə bilməyəcək.
Bəzi istehsalçılar isə çıxış yolu olaraq kodlamanı görürlər. Burada əsasən iki kodlama istifadə olunur. Birincisi DES (Data Encryption Standard - İnformasiya Kodlama Standartı), digəri isə AES (Advanced Encryption Scheme - İnkişaf Etdirilmiş Kodlama Planı). DES və AES algoritmlərinin hər ikisi kodlama üçün 16 rəqəmli onaltılıq bir açardan istifadə edirlər.
Dostları ilə paylaş: |