NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


فَإِنْ كُنْتَ بِالشُورى مَلَكْتَ أُمُورَهُمْ فَكَيْفَ بِهذا وَ الْمُشِيرُونَ غُيَّبُ



Yüklə 15,72 Mb.
səhifə49/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

فَإِنْ كُنْتَ بِالشُورى مَلَكْتَ أُمُورَهُمْ فَكَيْفَ بِهذا وَ الْمُشِيرُونَ غُيَّبُ


وَ إِنْ كُنْتَ بِالْقُرْبى حَجَجْتَ خَصِيمَهُمْ فَغَيْرُكَ أَوْلى بِالنَّبِىِّ وَ أَقْرَبُ

Yəni: «Əgər sən (Əbu Bəkr) şura və ümmətin ümumi nəzəri ilə xalqın işlərinin idarəçiliyini ələ almısansa, bəs nəzər və düşüncə sahibləri (Bəni-Haşim, xüsusilə İmam əleyhis-salam həmin şura icmada) iştirak etməyə-etməyə ona necə nail olmusan? Yox əgər (Peyğəmbərə) qohumluğa əsaslanıb onların (xilafət barəsində) mübahisə edənlərinə dəlil gətirib onlara qalib gəlmisənsə (Əbu Bəkr Səqifədə Ənsarla mübahisə edərək dəlil gətirib ki, biz Peyğəmbərin qohum yaxınlarıyıq), onda başqası (İmam əleyhis-salam) Peyğəmbərə daha yaxın və bu işə daha layiqdir. (Çünki əgər Peyğəmbər sənin qızını alıbsa, İmam əleyhis-salam onun kürəkəni əmisi oğludur.)»


182

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:

İnsan dünyada ölümlərin (ölüm amillərinin) ox atdığı hədəf, bəla və dərdlərin ona tərəf tələsdikləri qarət edilmiş qənimətdir. Hər içməyində boğaz tutulması, hər loxmasında kədərlər var (hər bir ləzzət kefi qəm-qüssə ilədir). Bəndə bir nemətə ancaq digər bir nemətdən ayrılmaqla çatar; həyatının (yeni) bir gününə ancaq (onun üçün təqdir edilmiş) öz (ömür) müddətinin digər bir günündən ayrılmaqla üz tutar. Buna görə də biz ölümün yardımçılarıyıq (ki, hər gün ona yaxınlaşırıq çəkdiyimiz hər bir nəfəslə ona tərəf bir addım atmış oluruq) və canlarımız məhv olmaq və ölümlərə hədəfdir. Belə isə əbədiliyə necə ümidvar ola bilərik, halbuki gecə ilə gündüz nəyə şərafət və böyüklük veribsə tez ona tərəf dönərək qurduqlarını viran, topladıqlarını isə darmadağın edib?!1

183

İmam Əli əleyhis-salam (mal toplamaq üçün çalışmaq barəsində) buyurmuşdur:

Ey Adəm övladı! Öz azuqə və ruzindən artıq qazandığın şeydə (var-dövlətdə) başqası (varislər ya digərləri) üçün xəzinədarsan (ki,onu onlara verəcəksən onun sənə heç bir xeyri olmayacaq).

184

İmam Əli əleyhis-salam (bir işə məcbur etməyin ziyanı barəsində) buyurmuşdur:

Həqiqətən qəlblərin istəmək, üz tutmaq və üz döndərmək xüsusiyyətləri var. Buna görə də (meylsizlik istək olmayan yol ilə deyil) istək və üz tutmaq yolu ilə onlara tərəf gəlin (onları həmin hallarda olanda işə vadar edin). Çünki qəlb (bir işi görməyə) məcbur ediləndə korlaşır (yorğunlaşıb acizləşərək onu düz yerinə yetirmir).
185

İmam Əli əleyhis-salam (qəzəbi udmağa həvəsləndirərək) buyumuşdur:

Qəzəblənib üzümü turşudan zaman qəzəbimi nə vaxt boğum? İntiqam almaq və cəzalandırmağa gücüm çatmayanda və «mənə, (əgər güclənənə kimi) səbr etsəydin (yaxşı olardı)» deyiləndə, yoxsa intiqam almaq qüdrətim olanda və mənə «əgər bağışlasaydın (yaxşı olardı)» deyiləndə? (Hər halda, insanın qüdrətli zəif olmasından asılı olmayaraq öz qəzəbini boğması təqdirəlayiqdir.)
186

İmam Əli əleyhis-salam zibillikdə olan murdarın yanından keçən zaman (dünya malına ürək bağlamamaq barəsində) buyurmuşdur:

Budur xəsislərin xəsislik etdikləri şeyin nəticəsi! (Seyyid Rəzi deyir:) Digər bir rəvayətdə o Həzrətin belə buyurduğu deyilir: Bu, sizin dünən onun üçün çalışaraq rəğbət göstərdiyiniz şeydir.

187

İmam Əli əleyhis-salam (əldən çıxmış şey barəsində) buyurmuşdur:

Malının sənə öyüd verəni əlindən çıxmayıb. (Əlindən çıxmış şeyin ziyanının qəmini çəkmə. Çünki o sənə təcrübə öyrədir təcrübə həmişə işinə yarayacaq.)
188

İmam Əli əleyhis-salam (elm bilikdən təngə gəlməmək, yorulmamaq barəsində) buyurmuşdur:

Bədən və cisimlər (bir növ yemək yeməkdən bir cür görməkdən) təngə gələrək yorulduğu kimi, bu qəlblər də (tərkib hissəsi bir-biri ilə eyni olduğu üçün bir mövzu ətrafında düşünərək fikirləşməkdən) bezərək yorulur. Buna görə də həmin qəlblər (onların yorğunluqlarını çıxarmaq) üçün (ləzzət alaraq rahatlandıqları) yeni və maraqlı hikmət və elmlər (din başçıları alimlərin müxtəlif sözləri kimi şeylər) axtarın (ki, hikmət kəsb edilməsi elm əldə edilməsində çalışasınız yorulmayasınız).
189

İmam Əli əleyhis-salam Xəvaricin «hökm ancaq Allaha məxsusdur» sözlərini eşidəndə (onların bu sözdən məqsədlərinin səhv olması barəsində) buyurmuşdur:

O, haqq və düz sözdür ki, onlar ondan batil və səhv nəticə alırlar. (Bu cümlənin şərhi xütbələr fəslində qırxıncı kəlamda keçdi.)
190

İmam Əli əleyhis-salam fitnəkar adamlar barəsində buyurmuşdur:

Onlar bir yerə toplaşanda irəliləyir, dağılışanda isə tanınmırlar (ki, fitnə-fəsadlarına görə cəzalandırılsınlar. Seyyid Rəzi-rəhiməhullah-deyir:) Deyirlər ki, İmam əleyhis-salam elə deyil belə buyurmuşdur: Onlar bir yerə toplaşanda zərərlidirlər (çünki həmin zaman işlər dayanır) və dağılışanda xeyirlidirlər. Sonra dedilər: Bir yerə toplaşmalarının ziyanını bildik, bəs dağılışmalarının xeyiri nədir? Buyurdu: Sənət və peşəsi olanlar öz iş-sənətinə qayıdırlar və xalq onlardan faydalanır, bənnanın öz tikintisinə, toxucunun öz iş yerinə və çörəkçinin öz çörəkxanasına qayıtması kimi.
191

İmam Əli əleyhis-salamın yanına bir cinayətkar gətirdilər və onunla birlikdə fitnəkar adamlar da var idi. O Həzrət (onların məzəmmətində belə) buyurdu:

Ancaq çirkin və rüçvayçı işlərin yanında görünən üzlər heç açıq və şad olmasın!
192

İmam Əli əleyhis-salam (əcəl çatmayınca ömrün sona çatmaması barəsində) buyurmuşdur:

Hər bir kəsin yanında onu qoruyan iki mələk var. (İlahi) təqdir gələndə (onun əcəli çatanda) həmin iki mələk onunla təqdirin arasını boşaldır. Ömür müddəti (ölüm müqabilində) möhkəm qalxandır. (Buna görə ömür sona çatmayınca şəxs ölmür.)
193

İmam Əli əleyhis-salam Təlhə və Zübeyr (Osman öldürüldükdən sonra) o Həzrətə «biz sənə bu işdə (xilafətdə) şərik olmaq şərti ilə bey’ət edir, əhd-peyman bağlayırıq» deyəndə (onların istəklərinin rədd edilməsi barəsində) buyurmuşdur:

Xeyr! (Birdən artıq imam rəhbər olmaz.) Amma siz kömək və yardım etməkdə şərik olun (yardıma ehtiyac olanda kömək edin) və acizlik və çətinlikdə kömək olun. (Əgər hansısa bir işdə aciz qalınması çətinlik çəkilməsini görsəniz onun aradan qaldırılması düzəldilməsinə kömək edin.)
194

İmam Əli əleyhis-salam (pərhizkarlığa təşviq edərək) buyurmuşdur:

Ey insanlar! Danışdığınızı eşidən və gizlətdiyinizi bilən Allahdan qorxun. Sizi qaçsanız da haqlayacaq, dayansanız belə tutacaq və əgər yadınızdan çıxarsanız belə (ömrün keçməsi, zəiflik, acizlik, dərdlər xəstəliklərlə) yad edəcək ölümü (ibadət bəndəliklə) qabaqlayın (özünüzü onun vəhşət qorxusundan qurtarın).

195

İmam Əli əleyhis-salam (yaxşılıq etməyə təşviq edərək) buyurmuşdur:

Sənin yaxşılığının müqabilində təşəkkür etməyən kəs, səni yaxşılıq etmək həvəsindən salmasın. Çünki sənə həmin yaxşılığına görə o kəs (Allah) təşəkkür edəcək ki, həmin yaxşılıqdan bəhrələnməyib. Və sən həmin təşəkkür edənin təşəkküründən (Allahın sənə verəcəyi mükafatdan), o nankorun zay etdiyindən çox şey əldə edəcəksən. Allah yaxşılıq edənləri sevir.
196

İmam Əli əleyhis-salam (elmin mədhində) buyurmuşdur:

Elm və bilik qabından (sinə qəlbdən) başqa hər bir qab içinə qoyulan şeylə daralır (dolur). O isə (ona elm doldurulduqca) genişlənir ( digər bir elmi qəbul etmək üçün tutuma malik olur).
197

İmam Əli əleyhis-salam (səbrliliyin xeyri barəsində) buyurmuşdur:

Səbrli şəxsin səbrliliyindən (qazandığı) ilk xeyir və əvəz budur ki, xalq (vuruşma dava zamanı) nadan və səbrsizin müqabilində onun yardımçısı olur.
198

İmam Əli əleyhis-salam (səbrliliyə təşviq edərək) buyurmuşdur:

Əgər səbrli deyilsənsə də, özünü səbrliliyə vadar et. Çünki az olur ki, insan özünü bir dəstəyə bənzətsin və onlardan olmasın. (Ona görə ki, insan özünü təbiəti olmayan xislətə vadar edəndə həmin xislət onun üçün adətə çevrilir adət, ikinci - təbiətdir. İmam əleyhis-salamın bu kəlamı əxlaq sifətlərin dəyişilməsinin mümkünlüyünə dəlalət edir.)
199

İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyurmuşdur:



Öz hesabını aparan kəs qazanıb. Ondan qafil olmuş kəs isə ziyana düşüb. (Allahdan) qorxan (qiyamət gününün əzab cəzasından) amanda olar. Hər kim (dünyadan) ibrət götürsə (axirət işində) gözüaçıq olar. Gözüaçıq olan kəs (pis ilə yaxşını) başa düşər, dərk edər. Başa düşən kəs isə (Allahı tanımaqda) alim olar.

200

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin