NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


وَكَمْ سُقْتُ فِى اثارِكُمْ مِنْ نَصِيحَةٍ



Yüklə 15,72 Mb.
səhifə74/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   ...   70   71   72   73   74   75   76   77   ...   85
وَكَمْ سُقْتُ فِى اثارِكُمْ مِنْ نَصِيحَةٍ» «mən sizə qədər çox öyüd-nəsihət verdim».

1 Deyirlər ki, cahiliyyət dövründə Həməlin dəvələrini qarət edirlər, o gedib onları qaytarır bu şeri oxuyur. Sonra bu şer müharibə ilə hədələmək zamanında məsələ çevrilir.

1 O Həzrət bu vəsiyyətnamədə verdiyi çoxlu öyüd-nəsihətlərdə səadət xoşbəxtlik yollarını göstərib. Bu vəsiyyətnamədə İmam əleyhis-salamın sözlərinin hədəf məqsədi İmam Həsən əleyhis-salam deyil, bütün insanlardır. Buna görə «bu vəsiyyətnamədəki «dünya qulu qürur taciri» kimi ibarələr imamın şə'ni ismət məqamına layiq olmadığı üçün gərək onlar yozulsunlar, yəni, onların zahiri mənalarına göz yumulsun zahirdə olmayan mənalarına diqqət edilsin» deyilməsinə heç bir yer qalmır. Çünki söhbətin hədəf məqsədinin ümumi insanlar olmasını qəbul etsək, başqa yozuma ehtiyac qalmır. Hərçənd ki, Allahın, pak sum Əhli-Beyti hər bir eyb nöqsandan uzaq etməsi gözəl xislət sifətlərlə bəzəməsinə baxmayaraq, onlar Allah-təalanın göstərişi ilə özlərini tərifləməyiblər zahirdə özlərini başqaları kimi göstəriblər. Bütün bunlarla yanaşı, «Nəhcül-Bəlağə»nin şərhçilərindən olmuş mərhum Bəhrani mərhum Əbu fər ibn Babəveyh Qumidən nəql edib ki, İmam əleyhis-salam bu vəsiyyəti öz oğlu Məhəmməd ibn Hənəfiyyəyə yazıb.

2 Çünki o Həzrətin mübarək yaşı altmışı keçmişdi altmış yaş təbii ömrün yarısıdır bu yaşa az adam çatır. Əgər kimsə təbii ömür yaşına çatırsa da, altmış yaşdan sonra yerdə qalan, keçəndən az olur. Buna görə insan altmış yaşdan sonra ömürə arxa çevirmiş sayılır.

1 Xülasə, bizim, taparaq əldə edilməsi üçün zəhmət çəkdiyimiz şey heç bir çətinlik xərcsiz sənin yanına gəlib. Bir daha yada salırıq ki, bu sözlər imamət ismət məqamına malik olmaqla ziddiyyət təşkil etmir. Çünki heç şəkk-şübhə yoxdur ki, İmam əleyhis-salam burda özünü övladını başqalarının yerinə qoyub bu mübarək sözləri hər bir ata oğul üçün nümunə örnək edib.

1 Əgər keçmişlərin yoluna uyğun hərəkət etmək, davranmaq istəmirsənsə, azğın azdırıcıların müxtəlif sözləri əməllərinə etina etmə. Ehtiyat təmkinliliyi əldən vermə səy təlaş et ki, özün həqiqəti əldə edə biləsən.

1 O, sıra tərtibi sayında işlədilən «əvvəl» deyil, həqiqi «əvvəl»dir. Çünki əgər əvvəl olmaq həmin say mənasında götürülsə, onda Onun vaxtsa yox olması sonradan yaranması, meydana çıxması təsəvvür edilir. Bu sifət isə vücudu vacib olan varlığa deyil, mümkün olan varlığa aiddir.

2 Çünki Onun sonu olsa, yoxluğa qovuşacaq. Belə olanda isə zatən vacib əl-vücud olmayacaq.

3 O, qəlblərin elm biliklə ya gözlərin zat sifətlərinin həqiqətlərini görərək Onu dərk etməsindən üstündür. Çünki O, qətiyyən əhatə edilməz məhdudlaşmaz.

4 Şərhçi Bəhrani burada belə deyir: təzilə, işlərin yaxşı pis olmaları meyarının ağıl olması məsələsində bu bu kimi kəlamlara istinad edir.

1 Bəli, bəndənin Onun yolunu gedərkən gördüyü əziyyət çətinlik rahatlıq asudəlik olar. Məşuqu ilə vüsal axtarışında olan şəxs üçün gördüyü zərər-ziyan xeyir mənfəət olar.

1 Qurani-Kərimin Ənkəbut surəsinin 64- ayəsində buyurulur: «وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ» «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər

2 Onlara dini məlumatları olmayan, amma şəriətin zahirinə əməl edərək günahlardan çəkinənləri misal göstərmək olar. Şərhçi Bəhraninin dediyi kimi: «Onlar, çobanın bağladığı heyvanlar kimidirlər».

1 İmam əleyhis-salamın bu sözü metaforadır. Yəni, dolayı yolla demək istəyir ki, insan dünyada həmişə qalmalı olacağını güman edir. Amma gecə ilə gündüzün onu, ömrünü sona çatdırması üçün gəzdirməsindən qafildir.

1 Çünki söz, qədər ki, deməmisən, sənin ixtiyarındadır. Deyəndən sonra isə sən onun ixtiyarındasan. Buna görə susmaq çox danışmaqdan daha yaxşıdır.

2 Tuluğun ağzının ipi boş olsa, su yerə tökülər aradan gedər. Həmçinin əgər insanın dilinin düyünü möhkəm olmasa, ondan yersiz sözlər çıxar. Sonrakı peşmançılıq isə fayda verməz.

1 Yaxşılıq etməklə olan qələbə intiqam qələbəsindən daha şirin daha faydalıdır bu yaxşı xeyirxah insanların fikridir. Amma şər görənlərin fikrincə intiqam alaraq qətl qarət etmək daha şirindir.

2 Dostundan ayrılanda ya onunla savaşanda ağzına gələni demə ağlına gələni etmə. Barışmağa yer saxla ki, sizin hər biriniz peşman olan zaman işinizə yarasın.

3Nanəcib insanların xüsusiyyəti ehtiyac zamanı özlərini alçaltmaq, ehtiyacları aradan qalxandan sonra isə kobudluq itaətsizlik etməkdir. Allah-təala Qurani-Kərimin Məaric surəsinin 19-21-ci ayələrində onları məzəmmət edərək belə buyurur: «إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا» «Həqiqətən insan çox həris, tamahkar kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir (mal dövlət) nəsib olduqda (ondan Allah yolunda paylayaraq bağışlamağa) xəsislik edər

1 Sənə çatmayan şeyə görə ah-zar etməyin bir xeyri olmadığı kimi, əlindən çıxan şey üçün nalə etməyinin heç bir faydası yoxdur. Buna görə qarşıya çıxanlarla razılaşaraq dünya malı üçün ruhdan düşüb kədərlənməməlisən.

1 Bu da bir metaforadır. Məqsəd budur ki, haqq yol geniş, asan aşkar nişanələri olan bir yoldur. Batil nahaq yol isə dar qorxulu bir yoldur.

2 Bil ki, ağıl tədbirlə deyil, Allahın insanı müvəffəq etməsi ilə baş tutur. Buna görə öz fikir, düşüncə ayıq-sayıqlığına öyünərək məğrur olma işlərində Allah-təalaya arxalan, güvən.

3 Deməli, ağıllı ona əmin olmayan, ürək bağlamayan onu xar sayandır ki, gördüyü hər bir pisliyi ondan gözlənilməz hesab etmir.

4 Çalışan, amma məqsədinə çatmayan kəs kədərlənməməlidir, Allahın istəyinə Onun təqdirinə razı olmalıdır.

5 İbn Əbil-Hədid burada belə yazır: «Ənuşirəvan bir gün ölkəsinin idarəçiliyi ilə məşğul olan məmurları bir yerə topladı əlində bir mirvari fırlada-fırlada belə dedi: «Kim ölkənin əkilmiş tarlalarına nəyin daha çox ziyan vurmasını desə, bu mirvarini onun ağzına qoyacağam». Biri dedi: «Çəyirtkələrin hücumları». Digər biri: «Suyun çatmaması», başqa birisi «yağışın yağmaması», o birisi isə «cənub küləyinin əsməsi şimal küləyinin əsməməsi, yəni, iqlimin müxtəlifliyi» deyə cavab verdi. O sonra öz vəzirinə dedi: «Sən de. Güman edirəm, sənin ağlın rəiyyətin hamısının ağlı ilə bərabər hətta bəlkə onlardan artıqdır». Vəzir dedi: «Hökmdarın rəiyyət barəsindəki fikrinin dəyişməsi onlarla pis rəftar edərək zülm etmək qərarına gəlməsiƏnuşirəvan dedi: «Əhsən sənin bu ağıl dərrakənə ki, mənim ata babalarım səni bu məqama əbəs yerə layiq görməyiblərSonra isə mirvarini vəzirin ağzına qoyur.

1 Çünki bəzən bəzi adamları evə gətirməyin fəsadı qadınların çölə çıxmalarından çox olur. Bəzən qadınların onların yanına gəlməsinin fəsadı kişilərdən çox olur.

1 Nalayiq işlərdən uzaq olmağa əhəmiyyət verən qadına pis işlər nisbət vermək nəticəsində həmin işləri görmək ona asan gələr ola bilər ki, o, onları yerinə yetirsin.

1 «Rical» alimləri onu etibarlı inanılmış şəxslərdən Əmirəl-möminin əleyhis-salamın səhabələrinin yaxşılarından hesab ediblər. O Həzrət əleyhis-salam bu məktubda onu Müaviyənin casuslarından xəbərdar edərək sayıq olmağa çağırır. İbn Meysəm (əleyhir-rəhmə) burada belə yazır: Bu məktubun göndərilmə səbəbi Müaviyənin Həcc mövsümündə Məkkəyə bir dəstə adam göndərməsi idi. Müaviyə onları göndərmişdi ki, xalqı onun itaətinə çağıraraq Əli əleyhis-salama yardım etməkdən saxlasın. Həmçinin xalqa bu fikri təlqin etsinlər ki, İmam əleyhis-salam ya Osmanın qatilidir, ya da həmin qətldə qatillərlə şərik əlbir olub. Yaxud da Osmana köməyini əsirgəyib. Bütün bunlara görə imamət səlahiyyətinə layiq deyil. Həmin qrupun digər vəzifəsi Müaviyənin onların nəzərində olan yaxşılıq xeyirxahlıqlarını onun gözəl davranışı bəxşişləri ilə nəql etmək idi. İmam əleyhis-salam Qusəm ibn Abbası bu işdən xəbərdar etmək onun siyasət, tədbir düşüncə ilə hərəkət etməsi üçün bu məktubu ona göndərdi. Bəziləri deyiblər ki, Müaviyənin Məkkəyə göndərdiyi bir qoşun idi o, həmin qoşunu həcc mövsümündə Məkkəni ələ keçirmək üçün göndərmişdi.

1 Məhəmməd İmam əleyhis-salamın arvadının oğlu idi. Çünki onun anası Umeys Xəsəmiyyənin qızı Əsmadır o, Peyğəmbərin zövcəsi Meymunənin Fəzl ilə Abdullahın anası, Abbas ibn Əbdülmüttəlibin arvadı Lulabənin bacısıdır. Əsma Həbəşistana hicrət etmiş qadınlardandır. O, həmin vaxt 'fər ibn Əbu Talibin arvadı idi Həbəşistanda onun 'fərdən Məhəmməd, Abdullah Aun adlı üç oğlu oldu. O, 'fər ilə Həbəşistandan Mədinəyə qayıtdı. fər Mu müharibəsində şəhid olduqdan sonra Əbu Bəkr Əsmanı aldı Məhəmməd ibn Əbu Bəkr dünyaya gəldi. Əbu Bəkrin vəfatından sonra Əmirəl-möminin onunla evləndi Yəhya ibn Əli ondandır. Xülasə, Məhəmməd ibn Əbu Bəkrə İmam əleyhis-salam tərbiyə verdiyi üçün onu öz övladı adlandırır. Bu barədə altmış yeddinci kəlamın şərhində danışılıb.

1 Əqil barəsində «Rical» alimləri arasında fikir ayrılığı mövcuddur. Bəziləri onu Əmirəl-mömininin səhabələrindən hesab edərək tərifləyirlər. Şeyx Səduq əleyhir-rəhmə «Əmali» kitabının iyirmi yeddinci məclisində öz sənədi ilə İbn Abbasdan belə rəvayət edib: Əli əleyhis-salam Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi alih) soruşdu: «Əqili çox istəyirsənBuyurdu: «Bəli, Allaha and olsun, onu çox istəyirəm. Onu iki cəhətdən çox istəyirəm. Biri onun özünə görə, biri ona görə ki, Əbu Talib onu çox istəyirdi». «Rical» alimlərinin bəziləri isə onu qardaşı Əli əleyhis-salamı buraxıb Müaviyəyə qoşulduğu üçün pisləyiblər. Amma mərhum ayətullah Mamqani «Tənqihul-məqal» kitabında belə yazır: «Əqil Əli əleyhis-salamın qardaşı, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) əmisi oğlu Müslümün atası olduğu üçün hörmət məqsədi ilə biz onun barəsində bir söz danışmırıq. Amma bununla belə, onun xəbərlərinə inanmır etimad etmirik. Xülasə, İmam əleyhis-salam bu məktubunda Qureyşin pis rəftarından şikayət edərək gileylənir Allah yolunda qarşıya çıxacaq hər bir çətinliyə dözərək möhkəm durub müqavimət göstərəcəyini xatırladır.

2 «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin