Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,17 Mb.
səhifə80/91
tarix24.05.2018
ölçüsü3,17 Mb.
#51256
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

Nöqtələr


●“Fətva” və “fəta” sözləri eyni kökdəndir. “Şab” dedikdə istənilən bir gənc nəzərdə tutula bilər. Tədbirli, şücaətli, ağıllı və qətiyyətli gənc isə “fəvta” adlandırılmışdır. “Fəvta” sözü isə ağıllı, bişmiş və kamil söz mənasını bildirir.

Bildirişlər


1. Bilqeys öz ətrafındakıları dəyərləndirir və onlarla məsləhətləşirdi.

2. Bəzən güc və imkan haqqın qəbuluna mane olur. (Güc və məqam Bilqeysin müşavirlərini qürrələndirirdi.)

3. Hökumətdə son sözü bir nəfər deməlidir. (Ətrafdakılar fikrini bildirir, son qərar isə bir nəfər tərəfindən bəyan olunur.)

4. Bilqeys öz dövründə silahlı qüvvələrin komandanı idi.


Ayə 34:


﴿قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً وَكَذَلِكَ يَفْعَلُونَ﴾

(Bilqeys) dedi: “Şübhəsiz, padşahlar abad bir məntəqəyə daxil olduqda oranı xarabaya çevirir, o yerin izzətlilərini zəlalətə salır. Bu, onların həmişəki qaydasıdır.”



Bildirişlər


1. Padşahların ruhiyyə və xislətlərinin etirafı Bilqeysin alicənablığını göstərir.

2. Bilqeysi həm Süleyman qarşısında məğlubiyyət, həm də ölkəsinin xarabazara çevrilməsi narahat edirdi.

3. Təkcə öz gücümüzə güvənməyək. Başqalarını da nəzərə alaq. (Bəlqisin ətrafındakılar qüdrətdən danışırdı. Amma o, xəbərdarlıq etdi ki, Süleymanı gücsüz bilməyin.)

4. Qeyri-ilahi hökumətlərin qaydası məntəqələrdə və xalq arasında fəsad və zəlalət yaratmaqdır.

5. Fatehlik arzusu, döyüşə səy, virançılıq hakimiyyət və gücün bəlalarındandır.

Ayə 35:


﴿وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ﴾

Həqiqətən, mən (döyüşü məsləhət bilmirəm,) onlara dəyərli bir hədiyyə göndərəcəyəm, gözləyəcəyəm görüm, elçilərim nə xəbərlə qayıdacaq. (Ola bilsin ki, Süleyman hədiyyəni qəbul edə və biz amanda qalaq.)”



Bildirişlər


1. Qadın zatən davakar deyil.

2. Maddi istəklərlə bağlı hərəkətlər maddiyyata çatdıqda aramlaşır. (Hədiyyəyə aldanmaq padşahların xislətidir.)

3. Bəzən qarşı tərəfi susdurmaq üçün hədiyyə adı ilə rüşvət verilir.

4. Düşmənlər də bizi hədiyyələr göndərməklə sınağa çəkirlər.

5. Zalım güclər və padşahlar yaxşı bilirdilər ki, peyğəmbərlərin maddiyyat əldə etmək məqsədləri yoxdur. Amma yenə də onları susdurmaq üçün səy göstərirdilər.

Ayə 36:


﴿فَلَمَّا جَاء سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ﴾

Elə ki, (hədiyyə gətirən elçi) Süleymanın yanına gəldi, (Süleyman) ona dedi: «Mənə əhəmiyyətsiz bir şeylə yardım edirsinizmi? (Bilin ki,) Allahın mənə verdiyi siz verdiyinizdən daha üstündür. (Sizin hədiyyəniz məni sevindirməz.) Bu sizsiniz ki, öz hədiyyənizə sevinirsiniz.»


Ayə 37:


﴿ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ﴾

(Süleyman Bilqeysin elçisinə) dedi: «Onların yanına qayıt. Biz hökmən onların üstünə gücləri çatmayacaq bir qoşun göndərərik. Onları zəlalət duyacaq bir halda (məntəqədən) çıxarıb avara qoyarıq.»



Bildirişlər


1. Allah övliyalarının məqsədi maddiyyat deyil. (İlahi insanlar özlərini pula satmırlar. Çünki onlar dünyanın əsiri yox, ağasıdırlar.)

2. İlahi insanlar itigözlü, ayıq və qətiyyətlidirlər. Onlar hədiyyələrin arxasında dayanan çirkin məqsədləri görür, məqsəd sahiblərini məzəmmət edirlər.

3. Həqiqi hədiyyəni ədəblə qəbul edin və təşəkkürünüzü bildirin.1 Amma hədiyyə adı ilə verilən rüşvətdən uzaq olun.

4. Kafir hamını özü kimi bilir.

5. Dünya malı mühüm bir şey deyil.

6. İlahi insanlar əldə etdikləri nemətləri Allahdan bilirlər.

7. Bəzən insan öz qüdrətini bəyan etməli olur.

8. Haram malı rədd etmək üçün ən üstün vasitə Allahın lütflərinə diqqətdir.

9. Allahın övliyaları ilahi lütflə, maddiyyat əhli maddiyyatla aramlıq tapır.

10. Elm və hikmət maldan üstündür.

11. Məntiqdən sonra növbə gücə çatır.

12. Yalnız gücə güvənənlərlə qətiyyətli danışın.

13. Əvvəlki dinlərdə də cihad mövzusu olmuşdur.

14. Təbliğ və nəsihət hicrət və gücsüz səmərə vermir.

15. Yalnız maddiyyata göz yuman insan qətiyyətlə danışıb haqqı müdafiə edə bilir.

16. Rəhbər öz silahlı qüvvələrindən yetərincə arxayın olmalıdır.

17. Haqq əhlinin hərbi gücü batil əhlinin hərbi gücündən üstün olmalıdır.

18. Küfr və şirk hakimiyyətlərini alçaltmaq caizdir.


Ayə 38:


﴿قَالَ يَا أَيُّهَا المَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِي مُسْلِمِينَ﴾

(Süleyman) dedi: «Ey əyanlar! Sizlərdən hansınız onun (Səba mələkəsi Bilqeysin) taxtını onlar təslim olmuş halda gələnədək mənim üçün gətirə bilər?»


Ayə 39:


﴿قَالَ عِفْريتٌ مِّنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ﴾

Cinlərdən olan (qüdrətli və fərasətli) bir ifrit dedi: “Yerlərindən qalxmamış mən onu sənin yanına gətirərəm. Şübhəsiz, mən bu iş üçün qüdrətli və etibarlıyam.”



Nöqtələr


●“İfrit” sözündə şiddət və qüdrət mənası var.

●Bilqeysin elçiləri apardıqları hədiyyələri geri qaytardıqda və Səba mələkəsi (padşahı) Süleymanın sadəcə bir padşah olmadığını anladıqda qərara gəldi ki, özü şəxsən Süleymanın yanına getsin. Bilqeysin yola düşdüyündən xəbər tutan Süleyman qüdrətini nümayiş etdirmək üçün hazırlaşdı.


Bildirişlər


1. Süleymanın ətrafındakıların qeyri-adi qüdrətləri vardı.

2. Sağlam rəqabətə yer verin.

3. Münasib şəraitdə başqalarının qüvvəsindən faydalanın.

4. Meyar növ yox, ləyaqət və gücdür. Süleymanın ətrafında cinlər, quşlar, insanlar olsa da, üstünlük ölçüsü onların növü yox, taxtı gətirə bilmələri idi.

5. İnsanın taxt-tacı əlindən alındıqda, o asanlıqla təslim olur.

6. Quran “teyyül-ərz” (uzun məsafəni bir anda adlamaq kəraməti) məsələsini qəbul edir.

7. Güc nümayişində qarşı tərəfin səviyyəsi nəzərə alınmalıdır.

8. Başqalarını doğru yola çağırarkən onların öz imkanlarından da istifadə edin.

9. Düşməndən öncə addım atan kəs qalibdir.

10. Qeyri-adi işlər ali məqsədlərlə həyata keçməlidir.

11. Həzrət Süleymanın qeyb elmi vardı.

12. Müvəffəq bir quruluşda hər qüvvədən öz yerində istifadə edilməlidir.

13. Cin insana kömək edə bilər.

14. Ləyaqətlərinizi başqalarına elan edin.

15. Böyük işlərin icrası üçün sürət, qüdrət və əmanətdarlıq kimi səciyyələrə malik olmaq lazımdır.

Ayə 40:


﴿قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ﴾

(İlahi) kitabdan qismən xəbəri olan (Asəf ibn Bərxiya adlı) bir şəxs dedi: “Mən onu (taxtı) gözünü qırpmamış sənin yanına gətirərəm. (Süleyman təklifi qəbul etdi və o, taxtı gətirdi.) Elə ki, onu (taxtı) yanında gördü (qürrələnmək əvəzinə belə) dedi: “Bu, (kitabdan və ismi-əzəmdən bir qədər bilən vəzirimin qüdrəti) Rəbbimin lütfündəndir. Bununla mənim şükür edib-etməyəcəyimi sınayır. Şübhəsiz, şükür edən kəs öz xeyrinə şükür etmiş, nankorluq göstərən (öz zərərinə addım atmışdır həqiqətən mənim Rəbbim (xalqın şükründən) ehtiyacsızdır və kərəm sahibidir.”


Ayə 41:


﴿قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ﴾

(Süleyman) dedi: “Taxtı onun tanımayacağı hala salın, görüm anlayacaq, yoxsa anlamayanlardandır?”




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin