Ayə 7, 8, 9, 10, 11, 12, 13, 14, 15:
﴿فَإِذَا بَرِقَ الْبَصَرُ﴾﴿وَخَسَفَ الْقَمَرُ﴾﴿وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ﴾﴿يَقُولُ الْإِنسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ﴾﴿كَلَّا لَا وَزَرَ﴾﴿إِلَى رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ﴾﴿يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ﴾﴿بَلِ الْإِنسَانُ عَلَى نَفْسِهِ بَصِيرَةٌ﴾﴿وَلَوْ أَلْقَى مَعَاذِيرَهُ﴾
“Gözlərin bərələcəyi; ayın tutulacağı; günəşlə ayın birləşəcəyi zaman; həmin gün insan deyəcək: “Hara qaçmaq olar? Əsla sığınacaq yoxdur! O gün dayanacaq yalnız Allahın hüzurundadır; həmin gün insana öncədən göndərdikləri və özündən sonraya saxladığı əməlləri xəbər verilər; buna baxmayaraq ki, insan öz nəfsini görür nə qədər bəhanə gətirir gətirsin!”
Nöqtələr
◘”Fəiza bəriqəl-bəsər” dedikdə insanın gözlərində müşahidə olunan qorxu və dəhşət nəzərdə tutulur.
◘”Vəzər” dedikdə dağ və qala kimi sığınacaqlar nəzərdə tutulur. İnsan qiyamət günü ya Allahdan həya etdiyi, ya sorğu-sualdan qaçmaq üçün sığınacaq axtarır.
◘”Məazirət” “mənzərət” sözünün cəm formasıdır. Bu söz günahın nəticələrini yuyacaq bir şey tapmaq mənasını bildirir. Bu həm yerli, həm də yersiz üzürxahlıq ola bilər.
◘İnsan adətən öz büdrəmələrinə don geyindirmək üçün bəhanələr gətirir. Məsələn: bəzən deyir ki, xəbərsiz olmuşam(Qeyd)1; bəzən də deyirlər ki, başçılarımız bizi azdırdı(Qeyd)2; bəzən isə “şeytan bizi azdırdı” söyləyirlər. Amma şeytan “məni məzəmmət etməyin, özünüz müqəssirsiniz” deyə cavab verir. (Qeyd)3
◘İmam Baqir (ə) “bima qəddəmə və əxərə” ayəsinin təfsirində buyurur: “Əgər insan özündən sonra üçün yaxşı yol qoyarsa, insanlar ona əməl etdikdə mükafat alar. Əgər özündən sonra üçün pis yol qoyarsa, insanlar həmin yolda günaha batdıqca cəzalandırılar.”4 (Qeyd)
Bildirişlər
1. Varlıq aləmindəki nizam qiyamət günü pozular.
2. Qiyamət hadisəsinin dəhşəti insanın bütün vücudunu bürüyər. Gözlər bərələr qəlblər lərzəyə gələr, ağıllar çaşar, insanlar məst halda görünər.
3. Qiyamət günü insanlara onların günahları anladılar.
4. İnsan həm öz əməllərinə həm də özündən sonraya qoyduğu yolu gedənlərin əməllərinə görə cavab verər.
5. Qiyamət məhkəməsində insanın əleyhinə şəhadət verən ən əsas şahid onun vicdanıdır.
6. Həmin gün insan üzürxahlıq üçün göstərdiyi səbəblərə özü də inanmaz.
Dostları ilə paylaş: |