253
12. Əsas məsələ sərmayənin xərclənməsi yox, haraya xərclənməsidir.
Ayə 17, 18, 19, 20:
ُباَحْصَأ َكِئَل ْوُأ﴿﴾ِةَمَح ْرَمْلاِب ا ْوَصا َوَت َو ِرْب صلاِب ا ْوَصا َوَت َو اوُنَمآ َنیِذ لا َنِم َناَك مُث﴿
َنَمْیَمْلا
﴾ٌةَدَص ْؤُّم ٌراَن ْمِهْیَلَع﴿﴾ِةَمَأَْشَمْلا ُباَحْصَأ ْمُه اَنِتاَیآِب اوُرَفَك َنیِذ لا َو﴿﴾ِة
17. “Sonra isə iman gətirib bir birlərini səbr və mehribançılığa çağıranlardan
olsun”; 18. “Onlar yəmin əshabıdırlar”; 19. “Ayələrimizi inkar edənlər əməl naməsi
sol əlinə verilmiş bədbəxt əshabdır”; 20. “Onlar üçün örtülü və əhatəli od var.”
Nöqtələr
◘”Summə kanə minəlləzinə amənu” fadəsi iki şəkildə mənalandırılır:
a) Qul azad etmək və acı doyurmaq kimi xeyirli işlər imana gəliş və başqalarının
xeyirə dəvəti üçün zəmindir.
b) İmanın məqamı və dəyəri acı doyurmaq və qulu azad etməkdən ucadır.
1
◘”Məymənə” sözü “yəmin” sözündəndir və bərəkət mənası bildirir. “Əshabul-
məymənə” dedikdə daimi bərəkətə çatanlar nəzərdə tutulur. Onların
əməl namələri sağ
əllərinə verilmişdir.
◘”Məşəmə” sözü mübarək olmayan mənası bildirir. “Musədəh” sözü “isad”
sözündən olub qapını bağlayıb möhkəmlətmək mənasını ifadə edir.
◘Qurani-kərimdə “təvasəv” sözü dörd dəfə işlədilmişdir. Bunlardan biri haqqa, ikisi
səbrə, biri mərhəmətə çağırışda istifadə olunmuşdur.
◘”Təvasəv” sözünün bir ayədə təkrarı ya israr üçündür,
ya da səbr və mərhəmətin
ayrı-ayrı vəzifə olduğunu bildirir. Onlardan birini tərk etdikdə o biri üçün zəmin aradan
qalxır.
2
◘Kimsə tapşırıq və təşviqdən ehtiyacsız deyil. “Təfaül” babında işlənmiş “təvasəv”
əmrindən aydın olur ki, yaxşılığa çağırış qarşılıqlı olmalıdır.
◘Ötən ayədə tövsiyə olundu ki, yetimlərə və miskinlərə diqqət göstərilsin. Bu ayədə
isə başqalarını da bu işə dəvət etmək tapşırılır.
◘Adətən imana çağırışdan sonra saleh əmələ çağırış bəyan olunur. Amma hazırkı
ayədə saleh əməl əvəzinə səbr və mərhəmətə çağırışla rastlaşırıq. Zahirən belə görünür ki,
bu iki tövsiyə saleh əmələ çağırışa bərabərdir.
◘İslam xeyir işlə yanaşı insanların əqidələrinə də diqqət ayırır. İnsan qullara və
yetimlərə diqqət göstərməklə yanaşı iman əhli olmalıdır.
Elələri də var ki, xeyirxahlıq
göstərir, amma haqq yolu qəbul etmir. Belələri də geri qalmışlardan, dolamaları adlaya
bilməyənlərdən sayılır.
Quranda bildirilir ki, həmin dolamalardan keçid üçün
ehtiyaclılara yardım göstərməklə yanaşı imanlı olmaq lazımdır.
◘Cəhənnəmin örtülü olması dedikdə oddan örtüklər nəzərdə tutula bilər.
3
Dostları ilə paylaş: