Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə25/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

Nöqtələr


● “Xəbət” sözü şöləni yatırtmaq mənasını bildirir. “Səir” dedikdə alışma mənası başa düşülür və cəhənnəmin adlarından biri “səir”dir.

Sual: Əgər azğınlar qiyamətdə kar, kor və lal olursa, nə üçün digər ayələrdə onların odu görməsindən, cəhənnəmin səsini eşitməsindən, şivən qoparmasından danışılır?1

Cavab: Qiyamətin çoxsaylı mərhələləri və dayanacaqları var. Hər dayanacağı növbəti dayanacaqdan fərqləndirən xüsusiyyətlər var.”2

● Bildirişlər.


1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.

2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.

3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilər. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!

4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.



● ayə 98:


﴿ذَلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُواْ بِآيَاتِنَا وَقَالُواْ أَئِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا﴾

Bu (cəhənnəm), onların cəzasıdır. Çünki, kafir oldular və dedilər: “Sümük və tikə-tikə olduqdan sonra doğrudanmı yeni yaranmış surətində ayağa qaldırılacağıq?”



○ Nöqtələr


● “Rufat” dedikdə saman qırıntıları nəzərdə tutulur. Bu qırıntıları ikinci dəfə qırmaq mümkün olmur.2

● Bildirişlər


1. Allah kafirləri əsassız yerə cəzalandırmır. Onlar öz əməllərinin nəticəsini görürlər.

2. Kafirlərin məadın inkarına dəlilləri yoxdur. Onların dedikləri istehza, təəccüb və istisnadan başqa bir şey deyil.

3. Məad cismanidir.

● ayə 99:


﴿أَوَلَمْ يَرَوْاْ أَنَّ اللّهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ قَادِرٌ عَلَى أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلاً لاَّ رَيْبَ فِيهِ فَأَبَى الظَّالِمُونَ إَلاَّ كُفُورًا﴾

Yoxsa düşünməyiblər ki, Allah göyləri və yeri yaratmışdır. Bu sayaq xalq da yarada bilərmi? Allah onlar üçün heç bir şəkk olmayan müddət müəyyənləşdirmişdir. Sitəmkarlar isə boyun qaçırıb, küfrdən başqa bir şeylə razılaşmırlar.”



○ Nöqtələr


● “La rəybə fihi”, yəni Quranda heç bir şübhə yeri yoxdur. Bu təbirdən “kimsə ona şübhə ilə yanaşmır” mənası anlaşılmır.

● Quran məada şəkk-şübhəni aradan qaldırmaq üçün dəfələrlə göylərin və yerin yaranışına, varlıq aləminin əzəmətinə, ilahi qüdrətə işarə etmişdir. Quranda buyurulur: “Sizin yaranışınız, yoxsa göyün yaranışı daha çətindir?”1 Yəni bir şeyin mümkün olması üçün ən üstün dəlil onun baş verməsidir.

● Qiyamətdə bərpa olası sümüklər həmin dünyadakı sümüklər, onlardakı ruh isə həmin dünyadakı ruhdur. Amma Quran “oxşar, misil” təbirini işlədir. Necə ki, kərpic əzildikdən sonra yenidən düzəldilərsə, “bu, həmin kərpicdir” yox, “bu, əvvəlki kərpic kimidir” deyirlər. Halbuki onlar eyni maddədən hazırlanmışdır.2

Bildirişlər


1. Məadın mümkünlüyü üçün ən üstün dəlil Allahın təbiətdəki qüdrətinə diqqət yetirməkdir.

2. Dünya həyatı bir neçə gündən artıq deyil. Kafirlər inadkarlıq göstərdiyi zaman ya ölümləri çatar, ya da qiyamət qopar.

3. Allahın qüdrətinə və qiyamətə şübhə zülümdür. Zülm isə küfr üçün zəmindir.

● Ayə 100:


﴿قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّي إِذًا لَّأَمْسَكْتُمْ خَشْيَةَ الإِنفَاقِ وَكَانَ الإنسَانُ قَتُورًا﴾

De ki, əgər siz Rəbbinin rəhmət xəzinədarı olsaydınız, şübhəsiz, infaq qorxusundan kimsəyə bir şey verməzdiniz. İnsan dar baxışlı xəsisdir!”



Nöqtələr


“Qitr” sözündən olan “qətur” sözü xəsislik, bəxşişdən çəkinmək mənasını bildirir.

Bildirişlər


1. Var-dövlət həris və xəsis adamları səxavətli etmir. Bəzilərinin gözü doymur. Onlar var-dövlət yığdıqca mallarının azalmasından qorxurlar.

2. Yoxsulluq qorxusu xəsisliyin köklərindəndir.

3. Bəşərin rəftarı onun ruhiyyə və xislətlərindən qaynaqlanır.

● Ayə 101:


﴿وَلَقَدْ آتَيْنَا مُوسَى تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ جَاءهُمْ فَقَالَ لَهُ فِرْعَونُ إِنِّي لَأَظُنُّكَ يَا مُوسَى مَسْحُورًا﴾

Şübhəsiz, Musaya doqquz aşkar möcüzə verdik. (Musa,) onların sorağına gələn vaxt sual ver. Firon (bütün möcüzələri görüb) dedi: “Ey Musa! Həqiqətən mən səni ovsunlanmış sayıram.”



Nöqtələr


● Həzrət Musanın doqquz möcüzəsini nəzərdən keçirək: əsanın əjdaha olması, ovucundakı ağlıq, əsa ilə dəryanın parçalanması, tufan, çəyirtkələrin hücumu, bitlərin hücumu, qurbağaların hücumu, suyun qana dönməsi, əsanın toxunması ilə daşdan on iki çeşmə qaynaması.

Həzrət Musanın on səkkiz möcüzəsi olması fikri də var. Hər bir möcüzənin əvvəlki halına qayıtması da digər bir möcüzədir.

Sual: Quranda həzrət Musanın bu doqquz möcüzədən əlavə də möcüzələri bəyan olunmuşdur. Məsələn, dağın qopub yəhudilərin başına etməsi, “mənn və səlva” təamlarının nazil olması, kəsilmiş inəyin ətini ölüyə toxundurmaqla onun dirildilməsi. Bəs nə üçün yalnız doqquz möcüzə zikr olunur?

Cavab: Bu doqquz möcüzə Fironla bağlı möcüzələrdir. Firon bu möcüzələri görsə də iman gətirmədi. Digər möcüzələrin Fironla heç bir əlaqəsi olmamışdır.1

Bildirişlər


1. Allah Öz peyğəmbərlərinə arxa durur.

2. Allah peyğəmbərlərə möcüzə verməklə yetərli dəlillər gətirir, höccəti tamamlayır, bəhanəyə yer qalmır.

3. Tərs insanların daha çox dəlil və möcüzəyə ehtiyacı var.

4. Möcüzə aşkar və qəti olmalıdır.

5. Peyğəmbərlər xalqın sorağına gəlmiş həkimlərdir. (Həzrət Əli (ə) Nəhcül-bəlağənin 108-ci xütbəsində həzrət Peyğəmbəri (s) ümmətin həkimi kimi tanıtdırır.)

6. Təkəbbür əhli möcüzə və dəlillərə təhqirlə cavab verir.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin