● ayə 2:
﴿وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ أَلاَّ تَتَّخِذُواْ مِن دُونِي وَكِيلاً﴾
“Biz Musaya “Məndən başqa vəkil tutmayın” deyə (səmavi) kitab verdik və onu Bəni-İsrail (İsrail övladları) üçün hidayətçi (doğru yol göstərən rəhbər) seçdik.”
○ Nöqtələr
● Allaha təvəkkül və Allahdan qeyrisinə təvəkküldən çəkinmək Quranın təkrar tövsiyələrindəndir. Təvəkkül əmri ilə yanaşı bu əmrin dəlili də bəyan olunmuşdur. Məsələn, “Əraf” surəsində buyurulur: “Nəhayətsiz elm sahibi Allah olduğundan Ona təvəkkül et.” 1 “Yusuf” surəsində buyurulur: “Hakimiyyət Onun əlində olduğundan Ona təvəkkül et.” 1 “Nisa” surəsində oxuyuruq: “Nə üçün-niyəsiz malik O olduğundan Onu özünə vəkil tut.” 2
● Bu ayədə Musanın Bəni-İsrailə hidayətçi göndərildiyi bildirilsə də, digər ayələrdə bəyan olunur ki, həzrət Musa bütün bəşəriyyət üçün seçilmişdir.3
● Bildirişlər
1. Bəzən təbliğatçının təbliğ etdiyi tərəflə həmvətənliyi və həmşəhərliyinin təbliğə təsiri olur.
2. Peyğəmbərlərin dəvətinin canı tövhiddir.
3. İnsanın dayağa ehtiyacı var. Peyğəmbərlər isə həqiqi dayaq kimi Allahı tanıtdırır.
● ayə 3:
﴿ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا﴾
“(Ey Bəni-İsrail!) Ey Nuhla birlikdə süvar etdiklərimizin övladları, həqiqətən, Nuh çox şükür edən bir bəndə idi. (Siz də onun kimi olun).”
○ Nöqtələr
● Həzrət Nuh bəşəriyyətin “ikinci atası” adlandırılmışdır. Çünki Nuhun tufanı zamanı onunla gəmiyə süvar olanlardan savay hamı qərq oldu. Bu səbəbdən də “Zurriyyətə mən həməlna” müraciəti “ ya bəni Adəmə” müraciəti ilə eyni mənadadır.
● Peyğəmbərlər arasında həzrət Nuh hamıdan çox yaşamışdır. O daim kafirlərin və inadkarların əzab-əziyyətinə məruz qalmış, amma çox şükür etmişdir4. Allah da Öz növbəsində həzrət Nuh üçün xüsusi bir hesab aparır və ona xüsusi bir salam göndərir5.
● Bildirişlər
1. Peyğəmbər məktəbində olmaq və onlarla yoldaşlıq qurtuluş və həyat rəmzidir.
2. Keçmişdəkilərin tarixi gələcəkdəkilər üçün xəbərdarlıq amilidir.
3. Övladların diqqətini ata-babaların şərafət və imanına yönəltmək onların tərbiyəsi və məsuliyyəti qəbul etməsi üçün hisslər üzərində qurulmuş bir yoldur.
4. Allaha bəndəlik hadisə və təhlükələrdən qurtuluş zəminəsidir.
5. Böyük və nümunə insanların tərifi tərbiyə amillərindəndir.
6. Şükrün bərəkətlərindən biri etibarlı övladlara malik olmaqdır.
09121498955
● ayə 4:
﴿وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا﴾
“Biz kitabda (Tövratda) Bəni-İsrailə elan etdik ki, siz, şübhəsiz, yer üzündə iki dəfə fəsad törədəcək, böyüklük sorağında olacaqsınız.”
○ Nöqtələr
● Ola bilsin ki, «Bəni-İsrailin iki dəfə fəsadı» dedikdə, öncə Şəyanın şəhadəti və aramilərin müxalifəti, sonra Zəkəriyya və Yəhyanın qətlə yetirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, digər macəralar da ehtimal olunur və sonrakı ayələrdə buna işarə olunmuşdur.
● Behişt istənilən şəkildə böyükyanalıq və təkəbbürdən uzaq insanlara məxsusdur. Özünü başqalarından böyük və üstün bilənlərə behiştdə yer yoxdur. 1
● Bildirişlər
1. Səmavi kitablar gələcəkdən də xəbər vermişdir.
2. Yəhudi qövmünün keçmişi Tövratda da qeyd olunmuşdur.
3. Fəsadın insan həyatına, mədəniyyətə, iqtisadiyyata, hərbi işlərə və siyasətə aid növləri var.
4. Üstünlük istəyi və yer üzündə fəsad dünyapərəstlərin xislətlərindəndir.
5. Təkəbbür üzərində qurulmuş və təkrarlanan fəsad daha təhlükəlidir.
6. Bəzən müstəzəflər (zəif düşmüşlər) də təkəbbürə uğrayırlar.
● ayə 5:
﴿فَإِذَا جَاء وَعْدُ أُولاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَا أُوْلِي بَأْسٍ شَدِيدٍ فَجَاسُواْ خِلاَلَ الدِّيَارِ وَكَانَ وَعْدًا مَّفْعُولاً﴾
“İlk fitnə vədi yetişdiyi vaxt qüvvəli və cəngavər qullarımızdan bir dəstəsini (sizi yerinizdə oturtmaq üçün) ayağa qaldırarıq. Evlərinizin içini axtararlar (ki, fitnəkarları tapıb cəzalandırsınlar). Bu, qəti bir vəddir.”
○ Nöqtələr
● Quran Bəni-İsraildən olan fəsadçıların kimin tərəfindən məhv ediləcəyini bildirmir. Amma təfsirlərdə qeyd olunur ki, nəzərdə tutulan Buxtun-Nəsr, Talut, Rum padşahı, Hitler və başqalarıdır. Amma bu açıqlamalar qiyamət və peyğəmbərlərin besətinə münasibətdə işlədilmiş “bəəsna” (“ayağa qaldırarıq”) müqəddəs sözünə uyğun gəlmir. Ola bilsin ki, nəzərdə tutulan məsələ gələcəyə aiddir.
● Bildirişlər
1. Tüğyançı təkəbbürlülərin məhvi ilahi sünnələrdəndir.
2. İlahi vədlərin gerçəkləşməsi cihad vədinin öhdədən götürülməsi mənasında deyil.
3. Cihad və zalım qüvvələrlə mübarizə təkcə İslama aid deyil.
4. Əl üstə çox əl var. Bəni-İsrail tüğyan qopardı, Allah da onlardan üstününü onlara hakim etdi.
5. Fitnəkarları öz yerində oturtmaq üçün güc hazırlığı, hətta ev-ev gəzmək bahasına onların rahatlığını əlindən almaq yaxşı bir işdir.
6. Səmavi vədlər hökmən yerinə yetəsidir.
● ayə 6.
﴿ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُم بِأَمْوَالٍ وَبَنِينَ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا﴾
“Sonra savaşı sizin xeyrinizə və onların əleyhinə döndərərik, sizə var-dövlət və övladlarla yardım göstərərik, sayınızı artırarıq.”
○ Nöqtələr
● Ayənin zahirindən belə anlaşılır ki, Allah Bəni-İsrailin fəsadından və məğlubiyyətindən sonra onlara yenidən sərmayə və övlad verdi. Amma ötən ayədə adı çəkilənlər də nəzərdə tutula bilər. Yəni cəngavər bəndələrə iki lütf olunar: Bəni-İsrail təcavüzkarlarının tar-mar edilməsi və onların qüdrət və hakimiyyətə çatdırılması.
● Bildirişlər
1. Möhlət vermək, yenidən sərmayə və övlad əta etməklə imtahana çəkmək ilahi sünnələrdəndir.
2. Sərmayə və canlı qüvvə qüdrət və hakimiyyət vasitəsidir.
3. İlahi lütf həm tövbə etmiş günahkarlara, həm də cəzalandırılmış günahkarlara aid ola bilər.
4. Cəmiyyətin çoxluğu ilahi nemətlərdəndir.
Dostları ilə paylaş: |