Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə38/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

● Ayə 46:


﴿الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا﴾

Var-dövlət övladlar dünya həyatının zinətidir. Layiqli davamlı işlərin Allah yanında daha üstün mükafatı var. Onlara ümid etmək yaxşıdır.”



Nöqtələr


● Rəvayətlərdə “baqiyatus-salihat” təbiri üçün beş vaxt namaz, Allahın zikri, Əhli-beytə (ə) məhəbbət kimi nümunələr göstərilir.1

● Dünyanın bütün maddi nemətləri dünya zinətidir. Var-dövlət və övladın isə daha çox cazibəsi var. Bu səbəbdən də həmin iki nemət xüsusi qeyd olunmuşdur. Çünki adətən, qız yox, oğlan övladlar iqtisadi və fəal qüvvədir. Bu səbəbdən də “mal” sözü ilə yanaşı “bənat” yox, “bənun” sözü işlədilmişdir.


Bildirişlər


1. Var-dövlət və övladın cazibəsi yalnız dünyaya aiddir və bu iki nemətin axirətdə heç bir faydası yoxdur.

2. Maddi imkana malik olanlar lovğalanmasınlar. Var-dövləti olmayanlar da qəm yeməsin.

3. Var-dövlət və övlad əbədi deyil. Yalnız davamlı şeylər haqqında düşünüb, onlara könül verək.

4. Allah qarşısında heç bir saleh əməl zay olmur. Onların mükafatına zəmanət verilmişdir.

5. Yaxşı işlərin dəyərini hamı bilmir. İnsanların çoxu xeyir-bərəkəti maddi ləzzətlərdə görür.

6. Mükafat və cəza tərbiyə şərtidir və Allahın rübubiyyət şənindəndir.

7. Yalnız mükafat haqqında düşünməyin, ən əsası davamlı gələcəkdir.

8. Xalqın təlim-tərbiyəsində onların arzu və ümidlərindən istifadə edək.



● Ayə 47:


﴿وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا﴾

(Xatırla,) o gün ki, dağları hərəkətə gətirərik yeri aşkar (saf, hamar) görərsən. Hamını ayağa qaldırarıq kimsəni boşlamarıq.”



Nöqtələr


● Quran qiyamət astanasında dağların vəziyyətini müxtəlif şəkillərdə bəyan edir:

1. Zəlzələ, yerin və dağların titrəyişi.2

2. Hərəkət, yerdəyişmə.

3. Parçalanma və qum şəklinə düşmə.3


Bildirişlər


1. Dünya həyatına bağlanmamaq üçün qiyaməti xatırlamaq lazımdır.

2. Yaxşı işlər çox yerlərdə, o cümlədən dağların hərəkətə gələcəyi qiyamətdə fayda verir.

3. Qiyamətdə və məhşər səhnəsində heç bir alçaqlıq və hündürlük yoxdur.

4. Həşr və qiyamət qaçılmazdır.

5. Qiyamət hamı üçündür və bu işdə heç bir istisna yoxdur.

● Ayə 48:


﴿وَعُرِضُوا عَلَى رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا﴾

(Həmin gün) bütün insanlar cərgələnib Rəbbinə təqdim olunar. (Allah onlara buyurar:) «Sizi ilk dəfə yaratdığım kimi (bu gün ) Bizə doğru gəldiniz. Yoxsa düşünürdünüz ki, heç vaxt verdiyimiz vədi yerinə yetirməyəcəyik?»”



Nöqtələr


● “Səf” nizam, ardıcıllıq, ədəb və təvazö nişanəsidir. Quranda mücahidlər, eləcə də, mələklər vəsf olunarkən “səf” təbirindən istifadə olunur. Quranın “səf və “saffat” adlanan iki surəsi var.

● Əgər dünyada silahlı qüvvələr başçıların qarşısında dayanırsa, qiyamətdə bütün insanlar məcburi şəkildə və nizamlı halda Allahın hüzurunda dayandırılar.


Bildirişlər


1. Qiyamətdə iştirak və Allah qarşısında hüzur qətidir.

2. Dünyadakı təbəqələşmə qiyamətdə aradan qaldırılır, varlılar və yoxsullar eyni bir cərgədə dayanar.

3. Nizam həm dünya, həm də axirətdə öz yeri olan dəyərdir. Cəmiyyətdə və ibadətdə də nizam mühüm rol oynayır.

4. Qiyamət hüzuru dünyaya gəliş və hüzur kimidir. Həmin məqamda insan aciz, ağlar və üryan olur. (Münacatlarda insanın qiyamət səhnəsindəki üryanlığına işarə edilmişdir.)

5. Məad cismanidir.

6. Qiyamətdəki təkrar yaranış dünyadakı yaranış kimidir.

7. Məadı inkar edən kafirlərin heç bir dəlili yoxdur.

● Ayə 49:


﴿وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا﴾

Kitab (əməl naməsi) ortaya qoyular. Günahkarları bu naməyə görə qorxmuş görərsən onlar deyərlər: “Vay olsun bizə, bu necə yazıdır ki, heç bir (söz əməl) kiçik böyük ötürülməyib hesaba alınıb! Onlar öz əməllərini (qarşılarında) hazır görərlər Rəbbləri kimsəyə sitəm qılmaz.”



Nöqtələr


● Quran qiyamətə aid kitab, əməl naməsi ilə bağlı dəfələrlə söz açır: “Bizim mələklərimiz yazır.”;1 “İşlərin əsərləri də yazılır.”2; “Onların əməl namələri boyunlarından asılar.”3; “Əməl namələri qiyamətdə açılar.”4 “Namələr fərdlərin əlinə verilər; yaxşıların əməl naməsi sağ, pislərin əməl naməsi sol əlinə verilər; hər fərdin əməl naməsi olduğu kimi, hər bir ümmətin də kitab və naməsi var.”5

● Həzrət Peyğəmbər (s) Hüneyn döyüşündə qayıdarkən susuz bir səhrada dayandı. O öz səhabələrinə buyurdu: ”Dolanın və ətrafdakı çör-çöpü bir yerə yığın.” Səhabələr getdilər və hərə bir qədər çör-çöp gətirdi. Onlar gətirdiklərini üst-üstə qalaqladılar. Həzrət Peyğəmbər (s) buyurdu: ”Günahlar bu sayaq cəm olur, kiçik günahlardan çəkinin.”6

Uyğun proqramdan anlamaq olar ki, Allahın rəsulu (s) öz yoldaşlarının boş vaxtını doldurmaqla yanaşı döyüşdən sonrakı qürurun qarşısını almaq üçün müəyyən bəyanatlar verirdi. Belə məqamlarda səhabələr özlərini ya günahsız, ya da qismən günahkar sayırdılar.

● İmam Sadiq (ə) buyurur: “Qiyamət günü əməl naməsi insana verilən vaxt insan bu naməyə nəzər salıb, xırdalı-böyüklü bütün hərəkət və rəftarlarının qeyd olunduğunu görür. Ona elə gəlir ki, bütün bu işlər azca əvvəl baş vermişdir. Ona görə də “vay olsun mənə” deyir.” 7

● Dünyada biganə ömür sürüb, istənilən yola qədəm atanlar axirətdə peşman olur. Dünya həyatında vəzifəsini yerinə yetirib Allahdan qorxan möminlər isə axirətdə asudədirlər.8


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin