Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə16/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   12   13   14   15   16   17   18   19   ...   107
Seçim mərhələsi
Bu mərhələ də siyahı ilə işləməyi nəzərdə tutur və özünüməhdudlaşdırma mərhələsi kimi müəyyən edilir. Buna görə o, da hər şeydən əvvəl empirik materiala əsaslanır. Bir şey məlumdur: birinci mərhələ – oriyentasiya mərhələsi nə qə­dər uğur­la keçərsə, məlumatın müəllifinin də bu məqamda fakt­ların tərkibinə dair bir o qədər aydın təsəvvürü olar.

Seçim mərhələsində təbii şəkildə danışan insanın məq­sədləri ilə əlaqədar olaraq toplanmış materialdan hansının daha diqqətlə nəzərdən keçirilməsi məsələsi həll edilir. Başqa söz­lə, bu mərhələdə empirik materialın içərisində daha mühüm olan­ların müxtəlif aspektləri də öz aralarda fərqləndirilir; bura­da mövzunun müxtəlif aspektlərinin öz aralarındakı əlaqələri müəyyənləşdirilir. Aşağıdakı dixotomiyalarla, məsələn,

əsas – ikinci dərəcəli,

mühüm – qeyri-mühüm,

köhnə – yeni,

hamı tərəfindən qəbul edilmiş – orijinal

məlum – naməlum və s. - işləmək lazım gəlir

Bu dixotomiyaları izah etmək hələ tələb olunmur – sadəcə olaraq sonralar diqqət yetirmək üçün məlumatın müəllifinin ixtiyarında olan toposlarla alınmış strukturun müqayisə edil­məsi məsləhət görülür. Bəzi hallarda – konstruksiyada çatış­mamazlıqlar hiss ediləndə – bu konstruksiyanı hətta toposdan istifadə etməklə qurmaq lazımdır; bəzən bu o qədər də yax­şı olmayan faktlar toplusunun yaratmış olduğu problemi aradan qaldırır.

Aydındır ki, bütün bunların gedişində siyahı müəyyən dərəcədə diqiqləşir; - onu artıq siyahı da adlandırmaq düzgün deyil: o, iki dərəcəli törəməyə çevrilir. Bu o deməkdir ki, məlumatı təşkil edən əsas material ön plana keçir və məlumat, be­lə­liklə, struktur əldə etməyə başlayır.

Strukturun mövcudluğu göstərilən tama artıq hansısa miqdarda «kənar» elementlərin daxil edilməsinin mümkünlüyünü nəzərdə tutur: onlar artıq strukturu məhv edə bilməzlər. Buna görə də bu mərhələdə yalnız empirik deyil, həm də ensiklopedik materialla işləmək olar.

Ensiklopedik material köməkçi material kimi nəzərdən keçirilir: o, sitat gətirilmiş mənbə kimi çıxış edir, mətnin daha yaxşı ihaz edilmədisinə kömək edir. Amma onda empirik materiala nisbətən daha çox sitat ediləcəyini və ya geniş istifadə ediləcəyini güman etmək olmazdı: ritorika həmişə ensiklopedik materiala «qismən istifadə edilən» material kimi baxırdı. Kompilyasiya, daha doğrusu artıq məlum olan və müəllifə məxsus olmayan fikirlərdən ibarət olan mətnlər heç bir zaman müvəffəqiyyət qazanmırdı: təsadüfi deyildir ki, «compilatio» sözünün özü latın dilindən «soyğunçuluq» kimi tərcümə edilir.

Ensiklopedik material müvafiq bilik sahələrindən «primar» və «sekundar» ədəbiyyatın geniş isttifadəsini nəzərdə tu­tur. Onun axtarışı bu və ya digər məsələnin aktual vəziyyətini əks etdirən bütün mətnlər toplusu üzrə aparılmalıdır. Belə mətn­lər aşağıdakıdır:

- ensiklopediyalar,

- təzauruslar,

- leksikonlar,

- monoqrafiyalar,

- elmi və işgüzar sənədlər,

- arayış kitabçaları və s. Bütün bu mətnlər üçün ümumi cəhət isə onların «gerçəklik fraqmentlər»inə dair artıq təsdiqini tapmış informasiya verməsidir.

Amma eyni zamanda ensiklopedik məlumatlardan hansı ilə razılaşmağın mümkünlüyü və ya qeyri-mümkünlüyü məsələsini də həll etmək lazımdır.

Yeri gəlmişkən, ensiklopedik materialın seçim mərhələsinə daxil olması hətta informasiya almaqdan daha çox zəruri hallarda istifadə edilə biləcək imkanlar toplusu kimi onun mənbəyinin aşkar edilməsini nəzərdə tutur. Bu mərhələyə ümumiyyətlə, «imkanların kolleksiyasının toplanılması» kimi də tərif vermək olar: növbəti mərhələnin, müdaxilə mərhələsinin müvəffəqiyyətlə keçməsi bir çox cəhətdən əlavə informasiya almaq üçün danışan insanın ixtiyarında olan imkanlardan asılıdır.

Ensiklopedik materiala müraciət etməyin nə üçün bu qədər zəruri olduğunu başa düşmək lazımdır. Ritorika onu məlumatın müqayisə edildiyi obyektiv mühit kimi qiymətləndirir. Artıq seçilmiş və ilkin olaraq sistemləşdirilmiş faktlar toplusu, beləliklə, zəruri perspektiv – tarixi, mədəni, elmi-əldə etdir. Bu perspektivlərin yaranması əslində üçüncü dərəcəli planın yaranması deməkdir, çünki faktlar qrupu onlar üçün müvafiq olan sistemi yaradır.

Bu sistem belə şəraitdə üstünlük təşkil etmir: məlumatın tematik planı "predmetin məntiqi"nə uyğun olaraq tərtib edilir, bu səbəbdən də ensiklopedik informasiya yalnız asılı, ikinci dərəcəli mövqedə çıxış edir. Beləliklə, onların ön planda olmaq imkanı yoxdur.

Amma ensiklopedik material heç də ornamental (təmtəraq) funksiyasını daşımayıb. Müəllif onu məlumatın strukturuna daxil etməklə, birincisi, öz "tikinti"sinin möhkəmliyini yoxlamağa başlayıb (bu məqsəd növbəti sistemləşdirmə mərhədəsində daha aktual olacaq), ikincisi, məlumata polifoniya (çoxsəslilik) xarakteri verir. Bu xarakter klassik ritorika nöqteyi-nəzərindən mükəmməl nitqin ayrılmaz tərkib hissəsidir.

Aydındır ki, məhz bu mərhələ – empirik materialın tərkibində faktlardan ən mühüm olanların fərqləndirilməsi və fəsillərə bölünməsindən (1), həmçinin ensiklopedik materialdan fraq­mentlərin tam nitqə daxil edilməsindən (2) sonra – planın korreksiyası ilə qurtarmalı idi. Amma müəllifin əldə etdiyi ensiklopedik material planın hər hansı yerində aydın nəzərə çarpmamalıdır.

Bu material – sistemləşmiş şəkildə (müvafiq mövzunun, mənbənin, sənədlərin və s. öyrənilmə səviyyəsi) "əl altında" olmalıdır: bəzən məlumatın əsas hissəsinə giriş və ya ondan çıxış üçün onun bir hissəsindən istifadə etmək olar, amma invensiyanın bütün prosedurlarında (o cümlədən növbəti mərhələlər­də də) ensiklopedik material konkret lokos (nitqdə yer) alma­yıb.

Məlumatın planı isə empirik materiala əsaslanır və konkret xarakter daşıyır.



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin