چه خوش است صوت قران زتو دلربا شنیدن.
بر خت نظاره کردن سخن خدا شنیدن.
Nə xoşdur səndən Quran səsi eşitmək.
Üzünə nəzər yetirmək Allahın sözünü eşitmək.
Heyf degil, bu kəmali-cəmal və bu fəsahəti-bəlağət ilən sariqliq edürsən və onun ilən kəsbi-məaş hasil qılursan. Nə oleydi ki, sən xəlifeyi-Bağdad hüzurunda nədim başçı olaydun.
Düzd dedi ki:
Beyt:
بختم ار یار شود فخر زمان خواهم شد.
ور نه چون گنج بویرانه نهان خواهم شد.
Əgər bəxtim yar olsa, zəmanənin fəxri olacağam,
Yoxsa viranədəki xəzinə kimi gizli qalacağam.
Qazi dedi: - Əgər bir dəfə mənim məclisi-mürafiəmdə hazır olsan, ömri-cavidani ləzzəti-ruhani apararsan.
Düzd dedi: - Məgər məsmu edməmisən ki, Şiraz vilayətində bir nəfər qazi var idi. Cəmii-ülumdə arastəvü hər fünun ilən pirastə idi və əhkami-şər`i vəqti-təmam ilə tari və cari qılırdı. Bir məratibdə idi ki, hər kəs bir nəfər şahid keçürsəydi, naçarü labüd idi ki, onun künhi-əfalına yetişsün ki, nə kəsbün var. Məsələn, tüccar qaziyi-qəvaidi-ticarəti cabeca ondan təfəhhüs edərdi. Həmin ki bir xəbərü xilafi ondan məfhum oleydi, ol vəqtdə əllameyi-dəhr olseydi, şəhadəti məsmu olmaz idi. Bir gün həman qazinin hüzuruna neçə nəfər şahid gətürmişdilər. Qazi bir-bir şahidlərdən öz sənətü əf`allərin təfəhhüsü sual edərdi, ta onların şəhadəti xilafi-şər`ə düşməsün. Ta inki lap axırda bir pirəmərdi-qəssali gətürdilər. Qazi buyurdı: Nə kəsbün var?
Dedi: - Qəssaləm.
Dedi: - Əcəbdir ki, sənin işün təmamından müşküldür. Bəhri-təqdir hərçi qazi sual edirdi, qəssal müvafiqi-şər`ə cəvabi-səvab verürdi.
Dedi: - Barəkəllah, məcmuin dürüstü həq dedün.Əmma qəssal, məyyitdən farüğ olandan sonra məyyitin qulağına nə dua oxursan?
Qəssali-biçarə təngə gəlüb dedi: - O halətdə məyyitin qulağına derəm ki, xoş halına, öldün, qazi hüzuruna şahidligə getmədün.
Qazi dedi:
Beyt :
Can fəda belə rüxü dideyi- mədhuş olasan,
Xuni-dili-giryəyə bu düzdüyün nuş olasan.
Əlhəq, müddəti-ömrümdə feyzü ləzzətiki aparmışam, həmin bu gecə idi, o da sizin söhbətinizdən.
Beyt:
نفسی عیش بیک عمر برابر باشد.
خاصه آن عیش که در صحبت دلربا باشد.
Bir anlıq kef bir ömrə bərabərdir
Xüsusilə o kef ki, güzəllə söhbətdə ola.
Hər cəhətdən kamil və niku xəsailsən. Lakin xatirün cəfayə maildir.
Düzd dedi: - Məgər eşidməmisən?
Beyt:
هر کس در مصر نکو می شود از حسن عزیز،
میل دارد به جفا گرچه پیغمر باشد.
Hər kəs Misir əzizindən yaxşılıq görsə,
Cəfayə meyl edər, peyğəmbər olsa, da.
Qazi dedi: - Axər zülm ya imandır, necə ki Xüdavəndi- mütəal öz kəlami-Məcidində buyurubdur ki,
1 وَ لَعنَةُ اللهِ عَلیَ القُومِ الظَّالِمینَ
-yəni “Allah –təala zalimin qəlbinə od salar.”
Sariq dedi: -Vəh-vəh, əcəb kəlami-sidq əncam buyurdun. Yəqin, sən zalımsan. Mən od [olub] düşmüşəm bu gecə sənin canüvə.
Qazi dedi: - Ey cəvan, Xudavəndi-aləm gərçi dirgirdir, vəlikən xeyli səxtgirdir.
Sariq dedi: - Bunı həq buyurdun. Bu vaxtacan sana möhlət vermişdi, ta indi. Bu gecə mənim əlimdə giriftar oldun.
Qazi dedi: - Küstaxlıqdır. Heç Pərvərdigari-aləmə ibadət edirsən?
Dedi: - Necə ibadət etməyüm bir xeyrül-raziqinə ki, səni nisfi-şəbdə xabi-istirahətdən bidar edüb, mənim çəngimə salubdur. Dəxi minbə`d üzrün məsmu degil. Durma, soyun ki, vəqt keçür. Mən müstəhəqqəm, sən müstövcib.
Qazi dedi: - Bu müqəddimeyi-şəbdən sənin üçün nə tərəqqi və nə feyzi hasil olacaqdur?
Sariq dedi: - Pərvərdigar aləmül-qeybdir. Olur ki, الخیر فیما دقع hədisinə görə bu müqəddimədən bir tərəqiyyati-külli mənim üçün müyəssər olsun.
Qazi dedi: - Ey cəvan, cənab əqdəsi-İlahi səni bu əmri şəniədən xilas edüb, rahi-rastə götürsün, necə ki öz kəlamında buyurubdur ki:
یَمحوُ اللهُ مَا یَشاءَ وَ ثَیبت عِندَهُ أُمُّ الکِتابِ1
- yəni “Pərvərdigari-aləm qadirdir hər hökmi qaytarmağa”.
Düzd dedi: - Həq buyurursan. Amma cənab Rəsuli- Əkrəm (s) buyurubdur ki:
2جَفُّ القَلَمِ بِمَا هُوَ کائِنٌ بَیِّنَا
- yəni “Hər zadi ki qələm əzəldə mərğüm edüb, digərgun olmaz”.
Qazi dedi: - İndi mənim üçün yəqin hasil oldı ki, hər nəyim var, səlbü qarət edəcəksən. Pəs, hər ikimiz bizim bağa ki, bu ənqəribdədir, azimü rəvanə olaq. Orda öz rizayi- rəğbətim ilə məcmui-libasü rəxtimi sənə mərhəmət edüm.
Sariq dedi: - Mən səndən məkkarətərəm. İstəyürsən məni öz həmrahun ilə həvaliyi-bağa aparub bağbanun ittifaqı ilə əsirü dəstgir edəsən. O bağbani piri-bitədbir kimi ki, cəvani- mehmanun ittifaqı ilə düzdi-biçarəni dəstgir qıldılar. Nəql edürlər: Bir gecə bir cəvani-sərvqəddi-gülüzar və bir pəripeykəri-lalərüxsar bir bağda bir nəfər bağbani-pirmərdə mehman idi. Bağban həman mehmanun rəxtxabın həman xiyabanda salub, özi üryan bir samanda xabə məşğul idi. Çün pasi gecədən keçdi, iki nəfər sariq bağa daxil olub gördülər ki, bağban bir güşədə yatubdur. Əmma bidar idi. Sariqlərdən biri xəncərin qılafından çəküb rəfiqinə dedi: - Sən bağa daxil olub mivəçinligə məşğul ol. Mən bağbanı mühafizət edüm. Əgər bidar olmalı olsa, mən xəncər ilən qoymayum. Rəfiqi mivədən ötri bağa rəvanə oldu. Bu dəxi bağbanun başın kəsdirub durdı. Bağbani-biçarə güşeyi-çeşm ilən münazirə qıldı. Gördi ki, bu məhlikədən ümidi-xilas mümkün degil. Öz xatirində fikrə piçidə olub dedi: - Tədbiri ki, şəmşirdən itidir, düzəltmək gərək, ta vəsileyi-hiylə ilən dami-təsxirə salub, xətasından əmin olmaq. Ahəstə-ahəstə aləmi-xabında durdı. Özülən danışmağa dedi: - Heyf qocaldum. Sariq dedi: - Qəribə haldur. Bağban aləmi-xabında özü ilən danışır. Ahəstə-ahəstə sədasın bülənd eylədi dedi: - Piri- natəvan oldum. Heyf, təəmmül ixtiyar etmədüm. Bir övrət aldum, cənab əqdəsi-Allah mənə bir fərzənd kəramət qıldi. Adın Şahmurad qoydum. Sariq qulaq asırdi və gülirdi ki, bu biçarə aləmi-xabında özü içün toy dutur. Dəxi bilməyir ki, xəncəri-bürəhnə ilə başının üstün kəsdirmişəm. Bağban dübarə dedi: -Bir gün bir çaydan keçürdüm, fərzəndim dəxi on səkkiz salə daldan gəlür idi. Çaydan keçəndə su məni qapub götürdi, ağzına salundum. Şahmurad, qoyma su məni apardi. Fəryad çəkdüm ki, harda qalmısan, ay Şahmurad, niyə dinmirsən? Bu dəfə avazi-bülənd ilə nərə çəküb dedüm ki, vay Şahmurad, gəl. Cəvan mehmanun adı dəxi Şahmurad idi. Bağbanun sədasın istima` edüb, filfövr hövlnak rəxtxabından qalxub gördi ki, bağbanın başın üstün bir nəfər düzd kəsdirüb durupdur. Dəf`ətən tiği-bidəriğin qilafından çəküb, özin tarəki-sariqə yetirüb düzdi dəstgir qıldi.
Ey qazi, Xudayi-təala öz kəlamında buyurub ki:
1وَ لَا تُلقوُا بِاَیدیکُم إلی الطَّهلُکَةِ
- yəni “Öz əliniz ilən özivizi həlakətə atmayun”.
Qazi dedi: - Ey cəvan, mənim nə tədbirim var ki, bağban mənim içün təmhid olsun? Məgər bu hekayəti-qərib guşuna istima` olmayub?
Sariq dedi: - Necə olupdur ol hekayət?
Dedi: - Nəql edirlər ki, bir nəfər şəxsi-büzürgün bir baği- əzimi var idi. Hər gecə sariq həman bağdan xali olmaz idi. Çox xarablıq edürlər idi. Və sahibi-bağın bir nəfər mülazimi var idi, dihat əhlindən. Bir gecə bağa mərsul edüb buyurdi ki, əgər bu sariqlərdən birin dəstgir edüb hazır qılsan, sana bir dəst xələti-faxir iblağ və mərhəmət edərəm. Sübh sahibi-bağ öz həmcəlisləri ilən mənzildə oturub söhbətə məşğul idilər. Nagah nökər qapudan içərü daxil olub fəryad çəkdi ki, ağa dur, sariqi dəstgir edmişəm. Sahibi-bağ dəxi şövqi-təmam və fərəhi-malakəlam ilən durub rəfiqləri ilən bağa rəvan oldılar. Nisfi-rah yol getmişdilər öz nökərindən xəbər aldi ki, xub, barı sariqi məzbüt və möhkəm bağlamısan, ya yox? Dedi: Bəli, hər iki ayaqlarından qaim bağlamışam.
Dedi: Yoxsa əlləri açuqdur?
Dedi: - Bəli, əllərin bağlamamışam.
Sahibi-bağ güldi, dedi: - Belə olsa, bu vaxtacan əllərilən ayaqların açub fərari-ixtiyar edübdür. Əsnayi-rahdən rəfiqləri ilən müraciət edüb öz məqamlərində oturub məşğuli-söhbət oldular. Bir saatdan sora dübarə həmin mülazimi-dihati daxili- məclis olub dedi: - Ağa dur gedüb sariqi bağdan dutaq ki, hənuz o bağdadur. Dedilər ki, sən ki bağa getməmüşdün. Onun hənuz bağda qalmaq yəqin nədən bilürsən?
Dedi: - Hər ikimiz bir dihatun əhlindənük. Əgərçi mənim əqlim çatmadı onun əllərin də bağlıyım, amma onun da əqli çatmaz ki, öz ayaqların açsun. Həzərat ittifaq ilən azimi bağ olub gördilər ki, həqiqət, ayaqları bağlu lap-lap baxır. Amma o qədər əqli yetişməyüb dura əllər ilə ayaqlarun açsun. Be hər təqdir, çox güldilər. İndi, ey cəvan, mənim bağbanum dəxi mənim kimidir. Sən mənim sədaqət və dəyanətimi bilməyürsən. Və gər nə, hərgiz mana müzahimi-hal və müsəddə` ovqat olasan
Sariq dedi: - Əmanət şöhrət ilən müyəssər olmaz. Necə ki, nəql edürlər bir nəfər şəxs var idi. Özin xəlq arasında xeyli sahibi-dəyanət və əmanət göstərmişdi. Necə ki, əfvahi- ən`amdə iştihari-tamamı var idi. Bir gün əkradi-səhranişindən biri şəhrə varid olmişdi. Lakin yanında on tümən pul mövcud var idi. Həmin şəxsi-əminin hüzuruna müşərrəf olub ərz eylədi ki, neçə gündür bu şəhrə daxil olmışam və bir-iki həftə dəxi burda qalacağam. Lakin bu on tümən berəsmi-əmanət sizin hüzurinizdə baqi qalsun. Həngami-müraciətdə gənə əmanəti mənə təslimü təfviz qılarsan.
Şəxsi-əmin dedi: - Mane yoxdur, öz əlün ilən həmin sanduğa daxil eylə. Hər vəqt xahişmənd olsan, gənə gəlüb öz əlün ilən ixrac edüb apar. Müxtəsər, mərdi-fəqir həman mənbələri həman şəxsi-əminə təbliğ edüb müraciət qıldı. Neçə gündən sonra mərdi-kürd gəlib dedi ki, əmanəti müraciət qıl ki, gedürəm. Şəxsi-əmin münkir olub dedi: - Nə əmanət, və hali-anki səni indi görürəm. Biçarə hərçi ciddü cəhd eylədi, əlacpəzir olmadı. Axər, labüd və naçar birun olub, əzimət edərkən bir nəfər övrəti-xöşsurət tavusi-məst kimi zinətə qərqü təzərvi-zərrin tək zivərə mütəfərriq idi, küçədən übur edürdi. Mərdi-kürdi giryəkünan görüb, səbəbin istixbar qıldı. Biçarə hekayətin övrətə şərhü bəyan qılıb, durdu ağlamağa. Övrətün xatiri biçarənin əhvalına yanub dedi: - Gəl mənim ilən. Bir nəfər pirəzati ki, övrətin tayəsi idi, öz darülsarayına göndərüb dedi: - İki cəbə cəvahir və iki üç nəfər mülazim özün ilən götürüb gətirsün. Bir vəxtdə ki, mən şəxsi-əminin hüzurunda nişimən edərəm, həmin mərdi-kürd daxil olub, əmanətin mütalibə qılsun. Bir saatdan sonra nökərlər bir-birinin təaqübi ilə sarayıma gəlüb desünlər ki, ağa səfərdən təşrif gətürdi. Dayeyi-ifritə fövrən iki cəbə cəvahir xatir qıldı. Övrəti-cəmilə manəndi-kəbki-xuraman və dayə qabaqda manəndi-zaği- biyaban rəvan oldılar. Çün şəxsi-əminin mənzilinə yetüşdilər, şəxsi-əminin çeşmi rövşən və mənzili manəndi-gülşən oldı. Mərdi-əmin məqami-təəccübü bəşaşətdə mütərənnəmi-bu əbyat olub, dedi:
Beyt:
زدر درآمد و بزم ما منور شد،
زنگهت سر زلفت هوا معطر شد.
Qapıdan içəri girdi məclisimiz işıqlandı,
Səri-zülfünün tamaşasından hava ətirləndi.
Ləvazimi-təarüfdən sonra övrəti-cəmilə dedi: -Şövhərim ticarət qəsdinə azimi-səfər edüb. Evdə taifə zükur olmamağa görə ehtiyat edüb, bu iki cəbə cəvahiri ki, iyirmi tümən edir, əmanət təriqilə sizə tapşururam. Çünki siz əmanətü dəyanətdə iştihari-təmam tapmusuz. İnşəallah-taala şövhərim səfərdən müraciət edəndən sonra ümidvaram əcri-xəcalət bəndə baqi qalmassan. Şəxsi-əmin cəbeyi-cəvahiri-tənə öz vəsfi-əmanət və nə`ti-dəyanətindən dəm və nazənin sənəmin sineyi- əbginəsinin təmaşasından məstü ləyaləm idi. Bu əsnadə mərdi-kürd daxili-əndərun olub oturdi.
Şəxsi-əmin dedi: - Ey xanım, o cümlədən bu şəxs dəxi on tümən əmanət təriqilə mənə təslimü təfviz edib. Ta hal əl vurmamışam bəəyinihi durur. Dəxi kisəni sanduqdan ixrac edüb, həman kürdi-səhranişinə təxviz qıldi. Nazənini-firiştəkirdar zəbani-gühərbar ilən şəxsi-əminin əmanətü dəyanətə iqrar edüb, afərin oxudi. Bu əsnadə mülazimlər daxili-məclis olub, ərz etdülər ki, xanım müjdə olsun ki, ağa səfərdən təşrif gətürdi.
Xanım fövrən qalxub dedi: - Hər əl üstündə bir əl var. Ta hal öz vəsfi-övsafından təqrir edürdün. Məndən dəxi degilən.
İndi, ey cənab qazi, ulaqdan düş, sabahdur.
Qazi dedi: - Sən Allah heyf degil ki, bu kəmal ilən sariqliq edirsən. Bir işlə məşqul olginən. Hər kəs səni təsdiq etsə, nə təkzib, sariq.
Sariq dedi: - Ey qazi, o şəxs ki, həzrət imami-Rza əleyhissəlamı xəlifə hüzurunda təsdiq eylədi, o mənim atam idi. Bir gün atamı sariqliqdə dəstgir edüb, xəlifə hüzuruna aparmışdılar. Xəlifə onun ilən mutəkəllim olub, nəhayət fəsihlisan gördi .
Xəlifə dedi: - Heyf degülmi, bu fəsahət və bəlağət ilən qəttaüttəriqliq edirsən?
Atam dedi: - Ey xəlifə, bəndə sariqliq əxtərlərdəndür, nə ixtiyarım. Xəlifə səbəbin xəbər aldi. Müvafiq nəssü ayət isbat qıldı ki, mali-füqərani siz sərf edürsünüz. Biz laəlac qalıb, sariqliğə mürtəkib oluruq.
Xəlifə dedi: - Mən sənə hədd durram.
Atam dedi: - Qulun nə həddi var ağasına hədd dursun.
Xəlifə dedi: - Nə cürət edirsən bu sözləri mənim üzümə deməyə? Xilaf ki, demərəm. Anan kənizi-zərxəridədür, atan onu puli-füqəradan alıb. İndi sən bəndeyi-füqərasan. Heç bir füqəranı azad eyləyə bilməz. Xəlifə mütəğəyyirü qəzəbnak oldi. Üzün həzrətə dutub dedi: - Siz nə buyurursunuz? Həzrət buyurdı: Süxəni-səvabə nə cavab deyim?
Pəs qazi sariqə dedi: - Hazırcavablıq sizdə irsi-pədəri imiş. Naçar qalub, məcmui-libasin ixrac edüb, sariqə verdi. Al, atavun iti olsun. Açıl başımdan ki,
أَنتَ المُفَسِّخرُ وَ أَنتَ المُحخَبِّرُ وَ أنتَ النَّجمُ وَ المُهَندِسُ وَ أنتَ العَالِمُ وَ أَنتَ الواعِظُ وَ أنتَ الحافِظُ وَ أنتَ الشّاعِرُ وَ أنتَ المُدَبِّرُ وَ أنتَ المُبارِزُ وَ أنتَ السّاحِرُ وَ أنتَ الشُّجاعُ وَ أنتَ السّارِقُ لاَ بَارَکَ اللهُ عَلَیک.
Sən fateh, sən hədis nəql edən, sən mühəndis, sən alim, sən vaiz, sən hafiz, sən şair, sən müdrik, sən aşkar edən, sən sehr edən və sən oğrusan.
Axər fazil bir pirahən və bir zircamə ilən rəvaneyi-xanə oldı. Bu tərəfdən sariq ulağa səvar olub, qazini vida edüb, yola düşdi. Elə ki, məhmizi-xarəngizin ulağa aşina edürdi, heyvani-bizəbanı rəqsə götürürdi. Qaziyi-biçarə gecə ilən daxili-xanə olub, qəmgin və mütəhəyyir durdi. Çünki sübh oldı, miyani-şəhrdə avazə düşdi ki, bu gecə qazini qəttaüttəriq qarət edübdür. Ona görə əşrəfi-şəhr və əyani- vilayət fövc-fövc qazinin məclisinə daxil olub, əhvalpürsanlıq edürdilər. Bu əsnadə, həmin sariq əlində bir kitab məclisə daxil olub, qazinin pəhlusində iki kündə zanusun vurub əgləşdi. Çün qazi sariqi görüb, mütəhəyyir qaldı,- dedi:
- Sübhanəllah, bu nə bəlayi-bəd idi gənə nüzul qıldı. Axər əmiri-üməraların birinə imavü işarə ilən bildirdi ki, gecə məni qarət edən sariq həmin şəxsdir. Əmir dəf`ətən qalxub xəlifənin hüzuruna rəvanə olub, ərz eylədi ki, qazini bu gecə istehlal ilən qarətü bürəhnə edən düzd, əlan həman məsciddə qazinin hüzurunda əgləşibdir. Ona siyasət əzm etmək lazımdır ki, qeyrilərə ibrət olsun, ta bir belə əf`ali- şeynə mürtəkib olmasunlar. Xəlifə əmr eylədi ki, gətürüz hüzura, ta görüm nə növ sariqdur. Həman əmir dəxi müqərrəb və daxili-məşvərət idi, ərz eylədi: - Ey xəlifə, o sariq qayətdə fəsihülbəyan və səriüllisandr. Qorxuram, fəsahəti-bəlağət səbəbi ilən xəlifəyə həm bazi gələ ki, xilasə bais ola. Eyni-məsləhətdür ki, nadidə qazinun dilculuğundan ötri ona siyasət edüz. Ta ibrətül-nazirin olsun. Xəlifə buyurdı: - Pəs aparuz səri-minarəyə. Minarəni möhkəm bənd qıluz, ta orda tələf olsun. Bir vaxtda ki, sariq sədri-cələsədə əgləşmişdi. Fərraşani-xəlifə daxili-məclis olub, sariqi dəstgir edüb, səri-minarəyə apardılardur. Minarəni məsdud qılıb, müraciət qıldılar. Gecə qazi aləmi-xəyalbazlıqda fikrə piçidə olub, öz-özünə dedi ki, bu qədər siyasət ona kifayət edər. Eyni- səvabdur ki, ona dilculuq edüb, bu məhlikeyi-üqubətdən xilas etmək ondan ötri ki, heyfdür bir belə düzdi-fazil mərəzi-tələfə getsün. Öz mülazimlərindən birin ehzar edüb buyurdı ki, sabah piş əz tülu` payi-minarəyə azim olub, mənim dilim ilən sariqdən əhvalpürsanlıq edüb, deyərsən ki, ehtiyat etməyüb xatircəm olsun ki, sabah özünin şəfaətin edəcəgəm. Və hər nə ehtiyac həm lazımi olsa, ta əsəri-sübh nümudar olmamış ona yetirsün. Mülazimi-qazi piş əz tülu` azim olub qazinun peyğamın sariqə əlaqə eylədi və dedi ki, hər nə zərurundur, buyur əncampəzir olsun.
Sariq dedi: - Gedüb bir qədər əbrişəm və bir halqa və bir tənab və üç-dörd murçeyi-büzürg əcələtən hazır et gəlin. Mülazimi-qazi dəf`ətən məcmuin hazirü amadə qıldı.
Sariq dedi: - Bir qədər yağ murçələrün sərü dimağına sürt, sora onları minarədən balayə rəvanə qıl və hər birinin ayağına bir əbrişəm dəxi bənd eylə. Çün mürçələri minarədən yuxarı rəvanə qıldı, yuxarıdan buyi-rüğən onların dimağına dəgdi, durdilər sür`ətilə səri-minarəyə qalxmağa. Bu tərəfdən bir əbrişəm sariqin əlinə düşdi.
Dedi: - Tənabı əbrişəmə bənd qıl. Çün tənab və həlqə sariqin əlinə düşdi, həlqəni minarənüin sərinə möhkəm bağlayub, tənabı həlqədən keçürdi. Tənabun bir başın öz kəmərinə bənd qılub, bir başın mülazimi-qaziyə verdi.
Dedi: - Sən dəxi kəmərivə bənd qıl. O halətdə sariq minarənün bir tərəfində tənab ilə əndək-əndək aşağa enirdi. Milazimi-qazi ahəstə-ahəstə yuxaru qalxırdı.
Mülazimi-qazı dedi: - Ey sariq, məni haraya aparursan?
Dedi: - İstəyirəm səni büləndmərtəbə qılam. Sariq yerə düşdi. Mülazimi-qazi onun yerinə qalxdı. Sariq ordan xəlifənün hüzuruna gəlüb, ləvazimi-duavü sənadan sonra ərz eylədi:
-Ey xəlifə, məni tanıyursan?
Dedi: - Xeyr.
Dedi: - Mən həman düzdəm ki, nadidə və narəsidə mənim siyasətimə hökmü fərman vermüşdün. Afərin olsun sənün ədalətüvə. Əcəb hakimi-adilsənmiş.
Xəlifə dedi: - Əvvəl de görək sənin istixlasuva bais kim oldı və o məhlikeyi-pürxətərdən necə nicat tapdun? Özünin tədbiri ilə aşağa yenməgin və mülazimi-qazinün səriminarəyə qalxmağın müfəssəl xəlifə hüzurunda nəql qıldi. Xəlifəyə çox xoş gəlüb, onun hüsni-tədbirinə matü mütəhəyyir qaldı.
Dedi: - Öz hökmi-xilafəmin babətindən min tümən sana ə`namü mərhəmət qıldum və qazi dəxi öz səbiyeyi-möhtərəmi ilən min tümən sizə ianət edüb əlavə təqsirindən keçsün. Çünki ədayi-cəvabından aciz qalıbdur. Hüsni-ittifaqdən biri budur ki, o əmiri ki, sariqun siyasətinə mühərrik idi, həmin məclisdə xəlifənin hüzurunda idi. Sariq bilirdi ki, özünin siyasətinə bais o olmışdı və mabeyni-söhbətdə əmir tez-tez canibi-düzdə nigahü mülahizə edürdi.
Sariq dedi: - Ey xəlifə, min tümən siz ə`nam edmisüz və min də qazi və mün tümən də həmin əmirdən tələbim var.
Əmir istehza təriqilə dedi: - Məgər qeyb bilürsən?
Dedi: Bəli, bilürəm.
Sariq dedi: - Ey xəlifə, əgər mən qeybdən xəbər verdüm, belə ki, əmir özü dəxi təsdiq qıldi. Min tümən də o mənə versün. Vəillah, min tümən mən ona verrəm.
Xəlifə dedi: - Əcəb şərtdir, əmir də dedi ki, çox yaxşı, qəbul edərəm. Bəlkə iki min tümən verrəm.
Düzd dedi: - Ey xəlifə, dünən gecə iki saat iyirmi beş dəqiqə tülu`i-sübhə qalmış həmin əmir qalxub, dəstəmaz alub, iki rik`ət hacət namazı qıldıi və əyalun cəm qılub ki, yeddi nəfər səğir və dörd nəfər kəbir idilər, səri-məhtaba apardı. Kəlleyi-başların açub, əmir dua eylədi ki, Allah mənim ömrümdən kəsüb xəlifənin ömrinə cala.
Əyalları dedi: - Allah amin. Əmir filfövr toprağa düşüb dedi: - Vallah əcəb qeyb dedün ki, guya orda var idün. Səri- muyi-xilaf dögül. Ba vücud inki təmamən kizbü dürüğ idi və lakin bir hikmət arastə qıldi ki, əmir onun kizbin təsdiq eylədi və iki min tümən də ona mərhəmət eylədi. Xəlifə nə ki, hüzurda vaqe və hadis olmişdi, məcmuin yazıb, qazinun hüzuruna göndərdi. Əlavə toy məktubunda işarə vurdı ki, zehi nikbəxtlikdür ki, bir belə vəladun olmuş ola gərəkdür ki, bevürudi-mürasileyi-ərus tüfəng tədarükində ol ki, səbiyəvi sariqə namizəd qılmışam. Min tümən dəxi qazi göndərib, cəvabi-rəv`edə yazdı ki:
Beyt:
در این مژده گر جانم فشانم رواست،
که این مژده آسایش جان ماست.
Bu müjdədə əgər canım çıxsa, rəvadır,
Bu müjdə canımızın rahatlığıdır.
Həzrət qazi şövqi-təmamü nəhayəti-ehtimam ilən ərusluq tədarükinə düşdi və xəlifə dəxi bir dəst libasi-faxir sariqə ianə edüb, iltifat ilən müqərrər qıldı ki, hər gün azimi- zühur olsun. İttifaq cənab xəlifə bir il mundan müqəddəm zərgərbaşçiyə təladən bir fil tərtib verdürmişdi və filin şikəmində bir çərx və bir piç dürüst qılmıişdılər ki, hər vəqt xəlifə təxti-filə səvar olurdi, bir şəxs o filin şikəmində çərxə piç verürdi, fil hərəkət edürdi və yol gedürdi. Amma zərgərbaşı təla adına xəlifədən hədsiz almışdı və lakin xəlifə hərçi istəyirdi ki, fili çəküb, təhqiq eyləsün ki, zərgərbaşı filə nə qədər təla məsrəf edübdür, amma fili çəkmək mümkünü məğdur olunmayurdı. Bu tədbirdə nəhayət aciz idi və cəmii- ümənayi-dövlət dəxi məəttəl idilər. Bir gün sariq xəlifənin hüzurunda durmışdı. Xəlifə hikayəti sariqə şərhü bəyan eylədi.
Düzd dedi: - Fili çəkmək çox səhlü asandır. Hərgiz tədbirə ehtiyac yoxdur.
Xəlifə dedi: - Bir surətdə ki, filə şikəst ayid olunmasun və vəzni məlum olunsun. Hərçi zərgərbaşı onun təlasında xəyanət etmiş olsa, o təlanun təfavütün sana mərhəmət edərəm. Xəlifə əmr eylədi məcmui əhli-Bağdad səqirən və kəbirən dərya kənarində hazır olsunlar. Xud xəlifə həm əyani- əşrəfinin və ümənayi-dövlətin ittifaqilə dərya kənarına rəvanə oldilər. Sariqi hüzura tələb qılıb, dübarə bir dəst xələti-faxir mərhəmət qıldi və nəvazişi-besyarü iltifati-bişumar edüb, dedi: -Hər növ vəsilə ilən filin təlasını çəkməklikdə tədbir eyləmisən. Əlan vəqtdür gərəkdür ki, öz hünərivü xəlqə zahir edəsən.
Sariq dedi: - Kəştini nəzdikə gətirüb və fili-təlayəni həmlü nəql etdülər. Kəşti durdı suvun üzi ilən getməgə. Bir həddə ki, kəşti sudan birun idi, nişanədən ötri oraya mıx vurdilər və sora dedi: - Həman fili-təlanı kəştidən ixracü birun qıldilər. Və əndəruni-gəmiyə taş dökdilər, ta bir mərtəbəyə ki, taşın ağırlığından gəmi ta beihəddi-nişanə suva daxil oldı ki, orayacan ki, mıx vurmişdilər.
Sariq dedi: - Buyur, ta bu daşı çəkün, ta vəzni-fil cənab xəlifəyə məlum olsun.
Xəlifə dedi: - Üç min tümən zərgərbaşıya bağışladum və üç min tümən dəxi sariqə, üç min tümən dəxi gərək xəzanəyə təhvil verüm. Bu qərar ilən təqsim oldi dört min tümən xəlifədən sariqə mübəddəl oldı. İki min tümən də əvamir sariqə verdi və min tümən dəxi qazi mərhəmət qıldı. Xəlifənin vəziri həm xeyli şəxsi-mühib idi.
Vəzir dedi: - Bu sariqdən mənim nəhayət xoşum gəldi. Lazımdur ki, məndən də bir feyz ona aid olsun.
Sariq dedi: Müşkil buradır ki, xaneyi-sükna yoxumdur. Vəzir adam göndərüb bir dəst imarətin qəbaləsin üç min əşrəf ilən hazir etdirüb sariqün bərabərində yerə qoydilər və ümənayi-dövlətdən hər biri nəqdən cinsən sariqün toyunda qulluq eylədilər. Qazinun səbiyəsi bir dəfə sariqi görmişdi qürfədən. Sariq həm onu görüb aşiq olmişdi. Hər ikisinin məhəbbəti mərtəbeyi-eşqə yetüşmişdi. Həngami-məhəbbət mərtəbeyi-eşqə yetüşmişdi həngami-ərusluqda. Bir gün düzd imarətdə əgləşmişdi. Nökərlər hər tərəfdən bərabərində səf çəkmişdilər. Gördi dayeyi-səbiyeyi-qazi qapudan içərü daxil olub, bir rüq`ə sariqün bərabərində yerə qoydı. Mütaliə qıldı, gördi qazinun səbiyəsi yazdurupdur. Mütaliə qıldı, gördı və düxtəri-qazi yazdurupdur ki:
Beyt:
ما بدان مقصد عالی نتوانیم رسید،
هم مگر پیش نهد لطف دعا کامی چند.
Biz o ali məqsədə çata bilmərik,
Yalnız bir neçə duanın sayəsində.
Sariq məzburi püşti-məlfuzədə məstur qıldı ki:
Beyt:
خوش باشد از سر شوق لعل لبت گزیدن.
از دوست یک اشاره از ما به سر دویدن.
Şövqün təsirindən xoşdur lə`li ləbin sancmaq.
Dostdan bir işarə bəsdir yanına qaçmaq üçün.
Cəvabi-rüq`əni məlfuzəgünə büküb, tayəyə təslimü təfviz qıldi və hini-əzimətdə dayə ərz eylədi ki, səhni-imarətdə qazinun bir bağçası var. Həmin bağa təşrifi-şərifinizi-ərzani dutuz. Mən məşuqədən həman yerdə sana yetirrəm. Düzdi cəvan razı olub düxtəri-qaziyə müjdə apardı. Qız dəxi sübhəcən eyni-bəşarətün bəşaşətündən yuxuni özünə haram edüb, bidar qaldi. Çünki sübhi-sadiq tül`u qıldı, dilaram özin zərü zivər ilən arastəvü xələti-faxir ilən pirastə qılub, miyani- bağçədə müntəziri-qüdumi-möhnəti-lüzumi-sariq idi. Nagah tayə damadı bağçaya daxil qıldi. Çün sərvi-xüraman manəndi- Yusifi-Kənan kəkiləfşanü zülfi-pərişan ilə bağçanın guşəsində nişimən qıldı.
Beyt:
Dostları ilə paylaş: |