Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Şam və Trablis ətrafındakı bayatlar



Yüklə 6,75 Mb.
səhifə33/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   29   30   31   32   33   34   35   36   ...   128
2. Şam və Trablis ətrafındakı bayatlar

Bayatlara məxsus bəzi kiçik oymaqlara XVI əsrdə Şam və Trablis ətra­fın­da yaşayan türkmənlər arasında rastlanılır­dı. On­lardan Şam ətrafında ya­şayan oymaq çox kiçik olub sayı ancaq 39 ev idi. Trablis yörəsindəki oymaq isə biri 73, digəri 64 nəfər (vergi verən) olmaqla iki qola ayrılmiş və o böl­gə­dəki səllu­riyyə (salur) təşəkkülünə bağlı idi1. Bu bayat obalarının Hələb türkmənləri arasındakı ana boydan ayrıldıqları anlaşılır.



3. Boz-ulus bayatları

XVI əsrdə boz-ulus arasında ancaq iki bayat oymağı vardı. Bunlardan bi­ri əsil boz-ulus elatında, digəri isə boz-ulusun dul­qədirli təşəkkülləri ara­sında idi. II Səlim dövründə yazılmış boz-ulus dəftərinə görə əsil boz-ulus qolundakı bayat oyma­ğı­nın əhalisi vergi verən 206 nəfərdən ibarət idi. Boz-ulusun dul­qədirli qolunda olan və şam bayatı adlanan oymağın əhalisi isə 344 nəfər (vergi verən) idi2.



4. Dulqədirli bayatları (Şam bayatı)

Dulqədirli elinə daxil olan bayatlar Şam bayatı adlanırlar. Adından da gö­ründüyü kimi, bu bayat qolu Şimali Suriyadakı bayatlara mənsubdur. Hə­min bayat qolunun böyük bir qisminin Boz-ox bölgəsində yurd saldığı bi­li­nir. Bundan başqa, Yeni-el­də, ulu-yörüklər arasında və gördüyümüz kimi, boz-ulusun dul­qədirli qolu içində də bəzi şam bayatı oymaqları vardır.

Şam bayatı oymağının diqqətəşayan bir cəhəti də onun qaçar boyunun təşəkkülündə oynadığı roldur, qaçar (İran qay­naq­larında qacar) boyuna dair ən qədim məlumat 897-ci ilə (1491/1492) aiddir. Bu tarixdə qacarlar əsasən Azərbay­canın Qarabağ bölgəsində yaşayırdılar. Ağqoyunlu xanəda­nı­na mən­­sub olan və İbə Sultan adı ilə tanınan Dana Xəlil oğlu İbrahim bəy 987-ci ildə qacar ləşkəri ilə birləşərək, ağqoyunlu xanəda­nın­dan Maqsud bəy oğ­lu Rüstəm bəyi hökmdar etmək üçün onu həbsə salındığı Əlincə qalasından çıxarmışdır3. İbə Sultan onu ağqoyunlu taxtına çıxardıqdan sonra 898-ci ildə (1492/1493) yenə qacar ləşkəri ilə birlikdə Gilana səfər etmişdi4. Daha əvvəl də deyildiyi kimi, ehtimal ki, qacar sözü bir şəxsin adı ilə bağlıdır. Qacarlar sonra Şah İsmayılın xidmətinə daxil olaraq səfəvi dövlə­tinin qurulmasında rol oynamışlar. Bu təşəkkül XVI əsrdə Şam bayatı, ağca qoyunlu, ağcalı və yıva obala­rın­dan meydana gəlmişdi. Bu oymaqların ana qolları Boz-ox böl­gəsində yaşayırdı. Bu xüsus qacar boyunun Anadoludakı Yoz­qat bölgə­sin­dən Azərbaycana ağqoyunlu dövründə getdiyinə heç bir şübhə yeri qoymur.

a) Boz-ox.

Boz-oxdakı Şam bayatı bu bölgənin Gədük yörəsində ya­şa­yırdı. Bu yörə Kayserinin şimal-şərqində, Gəmərək ilə Man­cı­lıq arasındakı torpaqları əhatə edirdi. Burada yaşayan Şam ba­yatları əsasən xızırlı, həsəncili, kəsməzli, şeyxli, şərqili, qızıl donlu və qaraca-qoyunlu kimi oymaqlara ayrılmışdı. Bu obalar tarlalarında əkinçilik edir, qışda Suriyaya gedirdilər. Ancaq XVI əs­rin ikinci yarısında Şam bayatları qışda Suriyaya get­mək­dən vaz keçmişlər.



b) Yeni-el.

Bu eldə yaşayan Şam bayatı qolu ancaq 5-6 obadan ibarət idi. Tatar-əlili müstəsna olmaqla digərləri Boz-ox yörəsindəki şam bayatı obalarının qolla­rıdır.



c) Ulu-yörük.

Ulu-yörük icmasına bağlı təşəkküllərdən biri də inallu oy­ma­ğıdır ki, o, Şimali Suriyadakı inalluların bir qoludur. Amas­ya ətrafında yaşayan inallu təşəkkülünün arasında şam bayatı adlı bir neçə oba vardı1. Əvvəlcə də de­diyimiz kimi, bu hal ba­yatlarla ilallular arasında qəbiləvi bir qohumluqla əla­qədar ola bilər.



ç) Ankara.

Şam bayatına mənsub iki kiçik oymağın da 929-cu ildən əvvəl (1522) Ankaranın Kalecik qəzasında yurd saldığı bilinir. Onlardan biri Çuna, digəri isə Tavşancıq kəndlərində yerləş­mişdi2.



d) Maraş.

Şam bayatına mənsub bir oymaq Behisniyə tabe Qorucu kəndində, vergi mükəlləfiyyətli 40 nəfər əhalisi olan başqa biri isə Antakyanın Hacılu kən­dində qışlayırdı3.

Boz-oxda yaşayan Şam bayatının İrandakılar kimi şiə, yəni qızılbaş ol­duğu, hətta İranla əlaqə saxladığı bilinir. 986-cı ildə (1578) Boz-oxdakı Şam bayatına mənsub bir şəxs özünün 984-cü ildə (1576) öldürülən səfəvi hökm­darı II Şah İsmayıl oldu­ğunu elan edərək başına xeyli adam toplayıb Qır­şəhirdəki Hacı Bəktaş Vəli təkkəsində tərəfdarları önündə qurban da kəs­mişdi. Ancaq onun hərəkatı qısa bir müddət sonra yatırıldı.4

Şam bayatının həm Boz-ulus, həm də Yeni-eldəki obaları bu icmaya məxsus digər oymaqlar kimi 1022-ci ildə (1613) Orta Anadoluya gəlmişlər. Onlara da 1100-cü ildə (1688/1089) Orta Anadoluda qələbəlik dəstəsi ilə qul­durluq edən Gədikin cəzalandırılması tapşırılmış, ertəsi il digər türkmən təşəkkülləri kimi Avstriya səfərinə çağrılmışlar5.

Orta Anadoluya gələn və deyildiyi kimi, Yeni-elə və Boz-ulu­sa mənsub olan Şam bayatı oymaqlarının harada yerləş­dik­ləri haqqında dolğun məlu­ma­tımız yoxdur. Onlardan bir və ya bir neçə obanın Çuxurovaya endikləri və Qaraisalı qəzasında bu gün öz adları ilə adlanan kəndlərdə yerləşdikləri anla­şılır1. Onlardan başqa bir obanın Qaraman qəsəbəsində yerləşdiyi mə­lumdur. Orada ayrı bir məhəllə təşkil edən oba camaatı bu gün də öz qəbilə­vi mənşəyini unutmamışdır.
5. Kütahya

XVI əsrdə bayat adını daşıyan bir oymağa da Kütahya yö­rükləri ara­sında təsadüf edilmişdir. Kütahyanın Geyiklər yö­rəsində yaşayan bayat adlı bu oymağın II Bəyazid dövründə vergi mükəlləfiyyətli 53 nəfər əhalisi vardı. Digər tərəfdən hə­min əsrdə Uşaq yörəsində yaşayan boz quş adlı böyük bir oy­mağın obaları arasında da vergi mükələfiyyətli 25 nəfər əhalisi olan qara-bayat adlı bir oba olmuşdur2. Həmin əsrdə bayat adlı digər bir oymağa isə An­talya (Təkə) sancağında rast gəlirik3. Anadolu bayatları haqqında əldə edilən məlumat bunlardan iba­rətdir.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin